Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"Tehranda Ermənistanın İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrildiyi barədə bir fikir formalaşmaqdadır".
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami yanvarın 14-də keçirilən mətbuat konfransında bildirib.
"Bir qrup insanın Ermənistandakı İran səfirliyinə gəlib hörmətsiz və təhqiramiz ifadələr işlətmək imkanı var. Onlara icazə verilir".
"Altı gündür ki, saat 18:00-dan 21:00-dək İran səfirliyinin binasının qarşısında hörmətsiz və təhqiramiz ifadələr səsləndirilir və etirazımızı bildirməyimizə baxmayaraq, bu proses davam edir. Etirazımızı dəfələrlə Ermənistanın müvafiq qurumlarına çatdırmışıq. Ən çətin anlarda Ermənistan hökumətinin yanında olmuşuq, buna çoxlu nümunələr var. Bu gün çətin vəziyyətdəyik və Ermənistanda İran səfirliyinin binasının qarşısında baş verənlər İran xalqının tarixi yaddaşında qalacaq. Düşünürəm ki, hər şeyi aydın şəkildə demişəm”, - deyə Şirqolami qeyd edib.
Onun sözlərinə görə, çoxları İranda qeyri-sabitliyin olacağını və ölkəni bölmək məqsədi güdən separatçı qüvvələrin fəallaşacağını gözləyir.
"İsrailin əvvəlcə planlaşdırdığı şey məhz bu idi. Onlar uğur qazana bilməyəcəklər, amma əgər buna nail olsalar, Ermənistan uduzanlardan biri olacaq. Düşünürəm ki, bu məsələnin əlavə aydınlaşdırılmasına ehtiyac yoxdur", - deyə səfir əlavə edib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 14 Yanvar 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















