Icma.az
close
up
RU
Avropa Parlamentinin Azərbaycana qarşı sərt mövqeyi ikili standart siyasətidir POLİTOLOQ

Avropa Parlamentinin Azərbaycana qarşı sərt mövqeyi ikili standart siyasətidir POLİTOLOQ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Avropa Parlamentinin son illərdə Azərbaycana qarşı qəbul etdiyi qətnamələr və keçirdiyi dinləmələr regionda formalaşan sülh prosesinə təsir baxımından haqlı olaraq ciddi narahatlıq doğurur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, xüsusilə Vətən müharibəsinədək AP-nin Azərbaycanın ərazi bütövlüyünü Gürcüstan, Ukrayna və Moldova ilə müqayisədə yetərincə dəstəkləməməsi və bir çox hallarda ölkəmizə qarşı böhtan xarakterli yanaşma sərgiləməsi, beynəlxalq aləmdə ikili standartların sistematik təzahürü kimi qiymətləndirilə bilər: "Görünən odur ki, Avropa İttifaqı müxtəlif platformalarda öz siyasətini Cənubi Qafqazdakı maraqları naminə qurur və bu, sistematik şəkildə Azərbaycanın maraqlarına zidd addımlar şəklində özünü göstərir. Belə bir yanaşmanın aydın nümunəsi Aİ-nin Ermənistanla imzaladığı son sənəddir. Həmin sənəddə ABŞ-ın vasitəçiliyi ilə hazırlanmış TRİPP layihəsinə istinadın olmaması, Avropa və Ermənistanın Vaşinqtonun təşəbbüslərinə qarşı çıxdığını göstərir. İkili standartların əsas səbəbi isə geosiyasi və institusional maraqlardan irəli gəlir və özünü müxtəlif sahələrdə göstərir. Biz bunu Aİ-nin sanksiya siyasətndə də görürük. Belə ki, Azərbaycanın bir neçə gəmisinə qarşı sanksiya tətbiq edən Aİ nədənsə hələ də Yunanıstan və Kiprin gəmiləri ilə bağlı oxşar qərarlar qəbul etmir və ya hələ də Rusiyadan böyük miqdarda neft alan Almaniya və digər Ai ölkələrinə qarşı müvafiq addımlar atmır. Rusiyaya sanksiyalardan yayınmaq üçün dəstək verən, Avropada istehsal olunan strateji məhsulların reeksporu ilə məşğul olan Ermənistanla bağlı da oxşar qərarlar qəbul etmir. Avropa Parlamentində insan haqları mövzusunda keçirilən dinləmələr də olduqca qərəzli xarakter daşıyır. Ermənistanda çoxlu sayda müxalifətçilərin, kilsə nümayəndələrinin, media təmsilçilərinin və ictimai fəalların həbsinə baxmayaraq, Aİ bu ölkə ilə bağlı heç bir dinləmə təşkil etməyib. Bunun əksinə olaraq, Azərbaycan hədəfə alınır, müharibə cinayətkarlarının azadlığa buraxılmasına dair çağırışlar edilir. Bu, Azərbaycanın sülh gündəliyinə mane olmaq və prosseslərə ikili standartlar prizmasından yanaşmağın ən bariz göstəricisidir.

Yekun olaraq, Avropa Parlamentinin Azərbaycana qarşı sərt və tənqidi mövqeyi ikili standart siyasətinin sistematik təzahürü kimi qiymətləndirilə bilər. Bunun arxasında həm geosiyasi maraqlar, həm ideoloji yanaşmalar və həm də lobbiçilik dayanır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Dekabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see131

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri