Icma.az
close
up
RU
Avropa Parlamentinin Azərbaycana təsir planları uğursuzluğa düçar olur ŞƏRH

Avropa Parlamentinin Azərbaycana təsir planları uğursuzluğa düçar olur ŞƏRH

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Avropa Parlamenti yenə də Azərbaycana qarşı qərəzli mövqeyindən geri çəkilmədi. İlin sonunda qəbul edilən və vətəndaş cəmiyyəti, müstəqil media ilə bağlı qətnamə bunun növbəti nümunəsidir. Qurum daha əvvəl də Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli sənədlər qəbul etmiş, ölkəmizi siyasi təqib və insan hüquqları pozuntularında ittiham etmişdi.

Rəsmi Bakının əsassız saydığı bu qətnaməyə 434 deputat lehinə, 30-u əleyhinə səs verib, 89-u isə iştirak etməyib.

Bu barədə Metbuat.az-a geniş açıqlama verən millət vəkili Cavanşir Feyziyev bildirib ki, Avropa Parlamentinin vaxtaşırı Azərbaycana qarşı yersiz müzakirələr açması və qərəzli qətnamələr qəbul etməsi bizim üçün yenilik deyil:

“Əvvəllər demokratik rejim kimi təqdim və təqdir etdikləri Gürcüstana qarşı da son aylarda belə qətnamələr qəbul etməyə başlayıblar. Gürcüstana münasibət o zaman dəyişdi ki, Gürcüstan hakimiyyəti Avropa İttifaqının ölkənin daxili işlərinə qeyri-qanuni müdaxiləsinin qarşısını almaq üçün müvafiq addımlar atmağa başladı. Bu da onu göstərir ki, Avropanın gen-bol istifadə etdiyi “insan hüquqları”, “mətbuat azadlığı” və “siyasi məhbus” kimi terminlər Avropa siyasətçiləri üçün sadəcə manipulyasiya vasitəsidir”.

C. Feyziyev deyib ki, onların müstəqil dövlətlərin daxili işlərinə qarışması, ictimai-siyasi sabitliyin zəif olduğu ölkələrdə dövlət çevrilişləri təşkil etmək cəhdləri ifşa olunanda sadəcə həmin dövlətə qarşı şər-böhtan kampaniyasına başlamaqdan başqa çarəsi qalmır:

“Bunu təkcə biz demirik. Son həftələrdə Avropa Parlamentinin bəzi üzvləri də bu barədə açıq danışır və Avropa İttifaqının digər ölkələrə qarşı aqressiv və qərəzli siyasətini sərt şəkildə tənqid edirlər.

Azərbaycanda insan haqları və media azadlığıilə bağlı ciddibir problem yoxdur. Amma dövlətimizin daxili işlərinə qarışmağa və ölkədə qeyri-sabitlik yaratmağa cəhd edən xarici dövlətlər və onların cəsusluq fəaliyyətinə cəlb etdikləri azsaylı xainlər var. Azərbaycan hüquq-mühafizə orqanları ölkəmizə qarşı aparılan bu kimi qeyri-qanuni fəaliyyətləri ifşa edəndə və onların ölkəmizdəki cəsuslarını həbs edəndə həmin dövlətlər əlbir şəkildə bütün beynəlxalq platformalarda bizə qarşı qarayaxma kampaniyasına başlayırlar. Ona görə də hər dəfə Avropa Parlamentində ölkəmizə qarşı neqativ məzmunlu bir fikir səsləndiriləndə və ya hər hansı bir qərar qəbul olunduqda başa düşməliyik ki, dövlətimiz növbəti dəfə Azərbaycana qarşı planlaşdırılan hansısa təxribatın qarşısını alıb və Avropa da bizdən bu şəkildə qisas almağa çalışır”.

Millət vəkili düşünür ki, ölkəmizə qarşı saxta iddialar irəli sürən dövlətlərin özündə insan haqları, media azadlığı, qanunun aliliyi kimi demokratik dəyərlərin təmin olunması ilə bağlı kifayət qədər problemləri var:

“Öz vətəndaşlarının problemlərini həll etmək əvəzinə digər ölkələrin vətəndaşlarının hüquqlarının pozulmasını iddia etmək ən azı ikiüzlülükdür. Amma Azərbaycana qarşı kampaniya aparanlar təkcə onlar deyil. Erməni lobbiçiləri də bu arada bütün beynəlxalq platformalarda fəal şəkildə ölkəmiz əleyhinə təbliğat aparırlar. Ayrı-ayrı ölkələrin parlamentlərində, Avropa Parlamentində və hətta bəzi dövlətlərin idarəçiliyində təmsil olunan və erməni diasporundan aldığı rüşvət müqabilində də Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar da var. Dünyanın bütün ölkələrində belə siyasətçilər var. Məsələn, Fransada, ABŞ-də, hətta Rusiyanın özündə erməni lobbisinin maliyyə dəstəyi ilə seçkiləri qazanan və erməni diasporunun ruporuna çevrilən çox sayda siyasətçilər var”.

Cavanşir Feyziyev onu da qeyd edib ki, Azərbaycanın bu cür təzyiqlərə və təhdidlərə qarşı müqaviməti kifayət qədər möhkəmdir:

“Xalqımız öz qəhrəman oğullarının qanı və canı bahasına əldə etdiyi müstəqilliyi və suverenliyi heç zaman və heç kimə güzəştə getməyəcək. Azərbaycan dünya birliyinin suveren üzvü kimi bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa açıqdır. Lakin bizim milli maraqlarımıza qarşı yönələn istənilən cəhdlər, o cümlədən təzyiq və təhdidlər qəbuledilməzdir. Avropa Parlamentinin də beynəlxalq arenada ölkəmizi gözdən salmaq cəhdləri uğursuzluğa məhkumdur”.

Məsələnin digər siyasi tərəflərinə diqqəti yönəldən siyasi şərhçi Elşad Paşasoy Metbuat.az-a deyib ki, Azərbaycan Prezidenti dəfələrlə Avropa Parlamentinin qərəzli qətnamələrini tənqid edib və bu qətnamələrin heç bir real əsasa dayanmadığını vurğulayıb:

“2021-ci ildən bəri qəbul edilən qətnamələr artan Azərbaycanofobiya, islamofobiya və türkofobiya meyillərini əks etdirir. Xüsusilə Qarabağın işğaldan azad edilməsindən sonra bu mövqe daha da kəskinləşib. Erməni lobbisinin təsiri altında olan Avropa Parlamenti Azərbaycana qarşı təzyiqlərini artırıb. Qətnamələrdə "siyasi məhbuslar", "erməni milli dini irsin məhvi" kimi əsassız iddialar irəli sürülür. Azərbaycanın öz hüquqlarını təmin etməsi Avropa Parlamentində narahatlıqla qarşılanır. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Avropa təsisatlarının riyakar və düşmən münasibəti ilə qarşılanır. Azərbaycan enerji sahəsində Avropa ilə əməkdaşlığını davam etdirir. Buna baxmayaraq, Avropa Parlamentinin qərəzli addımları, xüsusilə erməni lobbisinin maraqlarına xidmət edən təklifləri səmərəsizdir”.

Avropa Parlamentinin Azərbaycana qarşı davamlı qərəzli mövqeyini tənqid edən Elşad Paşasoy qeyd edib ki, bu qərarlar Avropa təsisatlarının riyakarlığından irəli gəlir və Azərbaycanın beynəlxalq imicini hədəf alır:

“Avropa Parlamenti Azərbaycanın müstəqilliyini və regiondakı lider mövqeyini zərbə altına qoymağa çalışır, lakin enerji ehtiyatları baxımından Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bir neçə il əvvəl Avropa İttifaqının yalnız iki ölkəsi Azərbaycanla enerji əməkdaşlığı edirdisə, bu gün bu rəqəm səkkizə yüksəlib. Avropa Komissiyası tərəfindən Bakıya bir çox təkliflər irəli sürülüb və Azərbaycan bu əməkdaşlığa dəyər verib.

Ən kritik anlarda, hətta Qərblə Rusiya arasında gərginliyin pik nöqtəyə qalxdığı dövrlərdə belə Azərbaycan beynəlxalq hüquq çərçivəsində ikitərəfli əməkdaşlığa sadiq qalıb. Azərbaycan heç vaxt əməkdaşlıq imkanlarını təhlükəyə atmayan balanslı siyasət yürüdüb. Buna baxmayaraq, Avropa təsisatları bu münasibətə qarşı namərd mövqe sərgiləyir”.

Azərbaycan xalqının və dövlətinin Avropa Parlamentinin Ermənistanla yaxınlaşmasını gördüyünü vurğulayan Elşad Paşasoy bildirib ki, regionda mövcud olan problemlərə biganəlik nümayiş etdirən Təşkilat 30 il ərzində Ermənistanın işğalçılıq siyasəti nəticəsində 4000-dən çox azərbaycanlının taleyi məsələsi ilə də maraqlanmadı:

“Avropa Parlamenti və digər təsisatları bu məsələlərdə Ermənistana heç bir təzyiq göstərmir. Bunun əksinə, Ermənistanı maliyyə yardımları ilə dəstəkləyir və Azərbaycana qarşı təzyiqi artırır. Fransa və Avropa Parlamentinin bəzi dairələri bu siyasəti davam etdirir, lakin bu mövqe yalnız onların öz nüfuzuna zərbə vurur. Avropa Parlamenti, erməni lobbisinin təsiri altında Azərbaycanın müstəqil siyasətinə mane olmağa çalışsa da, nəticədə uğursuzluğa düçar olacaq. Azərbaycan isə qalib dövlət olaraq hüquqlarına hörmət edən ölkələrlə əməkdaşlığı davam etdirəcək və riyakar siyasətə layiqli cavabını verməyə davam edəcək. Azərbaycan qalib ölkə olaraq öz maraqlarına hörmət edən dövlətlər və təşkilatlarla əməkdaşlığa davam edəcək. Lakin qırmızı xətti keçənlərə hər zaman adekvat cavab veriləcək. Bundan əvvəl Strasburqdan verilən o sərsəm qətnaməyə münasibətimiz də bəllidir. Hesab edirəm ki, Avropa Parlamentinin Avropa İttifaqının Bakıya gələn yollarını kəsməyə yönəlmiş davamlı addımları, erməni lobbisinin maliyyə dəstəyi ilə həyata keçirilən bu siyasət günün birində iflasa uğrayacaq”, – deyə siyasi şərhçi qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Dekabr 2024 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri