Avropa Parlamentinin Gürcüstanla bağlı qətnaməsi utancvericidir
Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi son qətnamə sənədi utancvericidir”.
Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, məsuliyyət yalnız Avropa Parlamentinə deyil, bütövlükdə Avropa İttifaqının (Aİ) bürokratik strukturlarına aiddir:
“Bu, Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi yeddinci və tamamilə utancverici qətnamədir. Hesab edirəm ki, bu məsuliyyət yalnız Avropa Parlamentinin deyil, həm də bütövlükdə Avropa İttifaqının bürokratiyasının üzərinə düşür. Bu adamlar 2004–2012-ci illərdəki keçmiş hakimiyyətə yaşıl işıq yandırmaqla məsuliyyət hiss etməlidirlər. Həmin dövrdə baş vermiş işgəncələr, reket halları, televiziya kanallarının zəbt edilməsi, ərazilərin güzəştə gedilməsi, bütün bunlara məhz həmin bürokratlar və postsovet siyasətçilər susqun münasibət göstərmişdilər. İndi isə eyni şəxslər utancverici dildə danışır və utancverici qətnamələr qəbul edirlər”, - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 10 İyul 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















