Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Avropa Parlamentinin qətnaməsi: qeyri legitim... presedent

Avropa Parlamentinin qətnaməsi: qeyri legitim... presedent

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bir neçə gün əvvəl Avropa Parlamenti Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanımaq qərarı verdi.

Dünyada və bölgədə gedən proseslər fonunda bu hadisə diqqəti o qədər də cəlb etmədi. Həm də Avropa Parlamenti son zamanlar o qədər ciddiyyətsiz qərarlar verib ki, bu qətnamə o səbəbdən də diqqəti çox cəlb etmədi. Ancaq bu mövzuya diqqət yetirmək lazımdır.

Doğrudur, Avropa Parlamentinin qərarları Avropa İttifaqının üzvü olmayan ölkələr üçün məcburi deyil. Gürcüstan üçün də o cümlədən. Amma siyasi qərar olaraq təhlükəli, dağıdıcı presedent yaradır.

Salome Zurabişvilinin prezident kimi Konstitusion səlahiyyət müddəti dekabrda bitib. Yeni prezident də seçilib, artıq öz vəzifəsinin icrasına da başlayıb. Ancaq Avropa Parlamenti iddia edir ki, Salome Zurabişvili hələ də Gürcüstanın qanuni prezidentidir.

AP tövsiyə edir ki, Gürcüstanla bağlı yalnız Zurabişvilinin imzası keçərlidir.

Buna bilmirsən, güləsən, yoxsa heyrətlənəsən. Avropa Parlamentində 400 deputat bu qərara səs verib. 81 deputat bitərəf qalıb. 63 deputat əleyhinə səs verib. Bu o deməkdir ki, Avropa Parlamentində ağlı başında olan deputatların sayı cəmi 63 nəfərdir.

Gürcüstan hökumətinə sanksiyalar tətbiq etməklə yanaşı yeni seçilmiş prezident Mixeil Kavelaşvilinin də legitimliyini tanımır.

Əlbəttə, AP nə qədər qeyri-ciddi qərarlar qəbul etsə də, Avropa siyasətibdə üç mügüm qurumdan biridir. Onun üzvləri milli parlamentlərdən müstəqil olaraq seçilir. AP-da ən çox kreslo sayı Almaniyaya məxsusdur. İkinci yerdə Fransa gəlir. İtaliya üçüncüdür. Qalan dövlətlərin səsləri də məhz bu üç ölkə arasında bölünür. Amma daha çox Almaniya və Fransa arasında. Beləliklə də, AP-da iqlimi bu iki dövlət müəyyənləşdirir.

Dünyanın ən inkişaf etmiş dövlətlərindən sayılan Almaniya və Fransa "Zurabişvili sindromu" ilə başqa ölkələrin suverenliklərinə qəsdin yeni bir presedentini yaratmış olublar. Bundan sonra başqa dövlətlər də eyni üsluba-üsula əl ata bilər. Məsələn, eyni məntiqlə Çin Almaniyada istədiyi siyasətçini "qanuni" federal kansler kimi tanıya bilər. ABŞ prezidenti Tramp elan edə bilər ki, Fransanın legitum prezidenti Emmanuel Makron deyil. Rusiya Polşada öz adamını prezident, yaxud baş nazir kimi tanıya bilər və sair.

Avropalı deputatlar Gürcüstana öz istədikləri şəxsi "legitim prezident" postuna "təyin" etməklə dünya siyasətinə "qeyri-legitim" ənənə gətirir. Halbuki AP yalnız Avropa Komissiyasının üzvlərini təyin etmək səlahiyyətinə sahibdir. Avropa Komissiyasını azad etmək üçün isə AP deputatlarının üçdə ikisinin səsi gərəkdir.

AP deputatlarının bu qərarı Avropa Komissiyasını çətinə salır. AK prezidenti və başqa səlahiyyətli məmurlar artıq Gürcüstan prezidenti Kavelaşvili və baş nazir Kobaxidze ilə danışıqlar apara, hər hansı sənəd imzalaya bilməzlər; bu cür sənədlərdə Salome Zurabişvilinin imzasını tanıyacaqlar. Zurabişvilinin imzaladığı heç bir sənədi, onun götürdüyü öhdəlikləri Gürcüstan hökuməti icra etməyəcək.

Beləliklə, bu qətnamə Avropa İttifaqı ilə Gürcüstanı siyasi-hüquqi qarşıdurmaya cəlb edir. Bu qətnamə başqa dövlətlərin suverenliyini heç saymaq və müstəqil ölkələrin daxili işlərinə qarışmaq deməkdir. Bunun özü beynılxalq hüquq prinsiplərinə ziddir. Buna görə də belə qərarlarla, sanksiyalarla Avropa İttifaqı başqa xalqlar, o cümlədən, postsovet ölkələr üçün cəlbediciliyini itirir. ABŞ-ın qarantiyaları geri çəkmək hədəsi ilə qarşılaşmış və Rusiya təhlükəsi qarşısında tit-tir əsən Avropa siyasəti öz aralarında bir məxrəcə gəlib, vahid silahlı qüvvələr yaratmağa qadir deyil. Öz təhlükəsizliyini özü təmin edə bilməyəcək duruma düşüb. Bu cür özü üçün həyati əhəmiyyətli məsələləri həll etmək əvəzinə, səlahiyyət müddəti bitmiş bir şəxsi Gürcüstana "prezident" "təyin" edir. Üstəlik də bunu demokratiya kimi təqdim etməyə çalışır. Belə bir İttifaq müstəqil dövlətlər üçün cazibə mərkəzi deyil. Bundan əvvəl - ötən ilin sonlarında AP Azərbaycanla bağlı qətnamə qəbul etmiş və Avropa Komissiyasına "tapşırıq" vermişdi ki, Azərbaycandan neft-qaz almasın. Çünki bu ölkədə demokratiya yoxdur vənsair. Sanki neft, qaz "demokratik yolla" hasil olunanda daha yaxşı yanır. Tragikomik bir qərar idi və COP29 əleyhinə yönəlmişdi; kağız parçasından bir fərqi yox idi. Gürcüstanla bağlı məlum qərar da həmçinin. Çox qəribədir ki, bu cür aşağı İQ səviyyəsi və belə məhdud düşüncə daşıyıcıları Avropanın siyasətini müəyyən edirlər və dünya siyasətinə təsir göstərməyə çalışırlar. Nəticədə Avropa İttifaqı faktik Avropa İxtilafı halına gəlib. Öz problemlərini həll edə bilmirlər, üstəlik başqa ölkələrdə problem axtarırlar. Tapa bilməyəndə də süni şəkildə problem yaratmağa çalışırlar. "Zurabişvili sindromu" buna nümunədir.

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Fevral 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri