Icma.az
close
up
RU
Avropa Parlamentinin qətnaməsi sanki Ermənistan parlamentində hazırlanıb

Avropa Parlamentinin qətnaməsi sanki Ermənistan parlamentində hazırlanıb

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi ərəfədə Azərbaycanın hədəfə alınmasına artıq öyrəncəli olmuşuq. Nə qədər təəssüfedici olsa da, zaman-zaman bu kimi antiAzərbaycan kampaniyası ilə üz-üzə qlmıışıq. Xatirinizdədirsə, İslam Həmrəylik Oyunları, Evrovision mahnı yarışması, Birinci Avropa Oyunları ərəfəsində də Azərbaycan Qərbdən, Avropanın bəzi ölkələri tərəfindən qərəzli bəyanatlar, yalan, iftira dolu fikirlərlə qarşılaşdı. İndi də eyni ssenarini COP29 ərəfəsində Avropa Parlamenti davam etdirir".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədovu bu günlərdə Avropa Parlamentinin “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, tamamilə qərəz dolu fikirlər və yalan, iftira üzərində hazırlanmış bu qətnamə əslində COP29 ərəfəsində Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, belə bir mötəbər tədbirin əhəmiyyətini aşağı salmaqdır:
"Qətnamə ilə tanış olduqda belə təsəvvür yaranır ki, sözügedən sənəd sanki Ermənistan parlamentində hazırlanıb. Hər cümləsində Azərbaycana qarşı qərəz, yalan iddialar əksini tapmış qətnamənin qəbul edilməsində məqsəd Azərbaycanı təsir altında saxlamaqdır. Ancaq avroparlamentarilər unudurlar ki, bu kimi kağız parçaları Azərbaycanı öz yolundan döndərə bilməz. Yuxarıda da qeyd etdiyim kimi Azərbaycan bu illər ərzində bu kimi qərəzli bəyanatlar, qətnamələrlə çox qarşılaşıb və həmin sənədlər tamamilə yalan, iftira üzərində hazırlandığı üçün onların Azərbaycana da təsiri olmayıb. Avropa Parlamentinin qətnaməsi də onlardan heç nə ilə fərqlənmir".
İlham Məmmədovun sözlərinə görə, avroparlamentariləri doğrudan da insan hüquqları məsələsi düşündürsəydi, o zaman Ermənistanın azərbaycanlıları deportasiyaya məruz qoyması, 1 milyon insanımızın qaçqın və məcburi köçkünə çevrilməsinə də zamanında diqqət ayırar, bu məsələni də diqqətdə saxlayardılar:
"Qərb, Avropa üçün insan haqları hər zaman onlar kimi düşünməyən, onların diqtəsi ilə hərəkət etməyən ölkələrə qarşı bir təsir mexanizmi, vasitəsi olub".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Noyabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see319

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see310

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see263

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see257

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see256

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see241

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see235

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see232

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see214

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see214

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see210

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see208

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see207

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see204

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see201

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see201

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see182

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri