Icma.az
close
up
RU
Avropa “rəqəmsal feodalizm”ə niyə və necə qayıdır?

Avropa “rəqəmsal feodalizm”ə niyə və necə qayıdır?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Təhlükəsizlik adı altında şəxsi həyata müdaxilə güclənir

Artıq bir neçə müddətdir Fransa hökuməti ilə ulduzu heç cür barışmayan, dünyaca məşhur “Telegram” sosial şəbəkəsinin qurucusu Pavel Durov yenə eyni hədəfi nişan alıb. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) istifadəçilərin şəxsi yazışmalarını skan etməyi məcburi sayan qanun layihəsini qəbul etməyə hazırlaşır. Bu məsələdə təşəbbüskar rəsmi Parisdir. Ölkənin həm keçmiş, həm də hazırkı daxili işlər nazirləri olan Bruno Retayu və Loren Nunez bu təklifi dəstəkləyiblər. Pavel Durov hesab edir ki, layihə formal olaraq cinayətkarlığa qarşı mübarizə məqsədi daşısa da, əslində, yalnız adi istifadəçilərə sirayət edir. Çünki hökumət və polis əməkdaşlarının xidməti yazışmaları qanun layihəsinə əsasən məcburi nəzarətdən azaddır.

Aİ-nin öz vətəndaşlarını nəzarətdə saxlamaq istəyi son zamanlar maraqlı xarakter daşıyıb. XQ-nin ötən saylarında dərc olunmuş “Avropa qanunları sərtləşdirir” sərlövhəli məqalədə qeyd olunurdu ki, qitə yeni rəqəmsal nəzarət sistemi olan "Entry/Exit System"ə (EES) artıq başlayıb. Məqsəd İttifaqa daxil olan ölkələrə giriş zamanı skan prosesinin həyata keçirilməsidir. Yəni, artıq Avrozonaya ayaq basıldığı andan etibarən insanlar öz şəxsi məlumatları ilə birlikdə hökumətin aktiv radarına düşürlər. “Telegram”ın qurucusu Pavel Durovun bəhs etdiyi son qanun layihəsi bu məsələnin ikinci dalğasıdır. Yelisey sarayının bu məsələdə təşəbbüskar mövqeyi isə heç də təəccüblü görünməməlidir. Çünki hökumətləri və nazirləri tez-tez dəyişən Makron hakimiyyəti digər tərəfdən ölkədə hələ ki, episentri məhdud əraziləri əhatə edən etirazlardan sonra vətəndaşları “daha yaxından” izləməyə qərar verib.

Durovun tənqid etdiyi qanun layihəsi oktyabrın 14-də müzakirə edilən Uşaqların Cinsi İstismarının Qarşısının Alınması və Mübarizə Qaydası (CSAR) ətrafında idi. Təəssüf ki, son illərdə azyaşlıların istismarı halları getdikcə artıb. Son statistikaya görə, uşaq istismarı materiallarının 62 faizi məhz Avrozona daxilindəki serverlərdə yerləşir. Lakin qeyd edilən nüans Avropa Aİ-yə üzv ölkələrin öz vətəndaşlarını bu qədər yaxından izləməyə səlahiyyət verirmi? Bəlkə qanun layihəsindən kənarda qalan hökumət üzvləri və polislər bu kimi əməllərə qəti şəkildə yol vermirlər?!.

“Telegram”ın qurucusunun fikrincə, kağız üzərində uşaqlara qarşı cinayətlərin qarşısını almaq olan bu layihənin əsas məqsədi fərqlidir. Layihə bütün mesajlaşma tətbiqlərində – “WhatsApp”, “Signal”, “Telegram” və digərlərində – istifadəçilərin mesajlarını avtomatik şəkildə nəzarətə icazə verir. Lakin bir neçə gün əvvəl müzakirə olunan qanun layihəsi Aİ-yə üzv ölkələr arasında fikir ayrılığına yol açdı və yenidən müzakirəsi gələn il aprelin 3-nə qədər təxirə salındı. Əsas təşəbbüskar Fransa CSAR-ın qəbuluna “okey” desə də, Almaniya başda olmaqla, Danimarka kimi ölkələr bu layihənin narahatedici olduğunu qeyd ediblər.

Elə qanun layihəsinin müzakirə olunduğu gün “Telegram” fransız istifadəçilərə bildirişlər göndərməyə başlayıb. Qeyd edilib ki, Fransa şəxsən bu qanuna təkan verir və ona təşəbbüs göstərir. Daha sonra göndərilən mesajlarda qanun layihəsinin qəbuluna “can atanlardan” iki nazirin kimliyi göstərilib və ifşa edilib. Üstəlik, hər iki nazir “Telegram”ın qurucusu tərəfindən kəskin tənqid edilib. “Telegram”la bərabər digər məşhur sosial şəbəkələr də bu layihəni tənqid atəşinə tutublar. Məşhur iş adamı İlon Mask özünün sosial media platforması “X”də məlum təklifi “təhlükəli” adlandırıb. “Signal” mesajlaşma proqramı təklifini tənqid edərək, onu “Avropada məxfilik hüququnun sonu” olaraq dəyərləndirib və təklif təsdiqlənərsə, çamadanlarını yığıb Aİ-ni tərk etməklə hədələyib. “WhatsApp” mesencerinin ana şirkəti olan “Meta” layihənin məxfiliyi, azadlığı və rəqəmsal təhlükəsizliyi təhlükə altına atdığını söyləyib.

* * *

Aİ-də hər hansı bir qanun layihəsinin qəbul olunması üçün, ən azı, qurumun 15 üzv ölkəsinin və bu ölkələrin ümumi əhalisinin 65 faizinin dəstəyi tələb olunur. Almaniya təklifi açıq şəkildə tənqid etdi. Ölkənin ədliyyə naziri Stefan Hubiq birmənalı olaraq bəyan etdi ki, şəxsi yazışmaların ümumi şübhə altında izlənilməsi demokratik hüquqlarla uzlaşmır. Lakin qanun layihəsini tənqid edən Almaniyanın özü “meta-data” izləmə praktikasına malikdir. Bu isə paradoks yaradır. Yəni Berlinin bu addımı idealist deyil, geosiyasi balansın hesablamasıdır. Fransa Avroməkanda liderliyə can atır, Almaniya isə bu hökmranlığı əngəlləmək istəyir. Uzun sözün qısası, Avropa qitəsinin sakinlərinin şəxsi azadlıqları artıq müzakirə mövzusuna çevrilib.

Durov paylaşımında qeyd edir ki, başda Yelisey sarayı olmaqla bəzi qüvvələr bu layihədən öz məqsədləri üçün yararlanmağa çalışırlar. Fransa hökuməti bu təşəbbüsü “ictimai təhlükəsizliyin müdafiəsi” kimi təqdim edir. Lakin bu qanun layihəsi, sadəcə olaraq, siravi vətəndaşları əhatə edir. Çünki uşaq zorakılığı ilə məşğul olan və bunu sosial şəbəkələrə ötürən cinayətkarlar çox vaxt VPN-lərdən (Virtual şəxsi şəbəkə) və gizli serverlərdən istifadə edir ki, bu da onlara nəzarəti çətinləşdirir. Bu zaman sözügedən qanun layihəsinin icrası, necə deyərlər, “havada qalır”.

Yeni qanun layihəsinə görə, məmurların və polis əməkdaşlarının mesajları skan prosesindən azad edilir. Yəni “müdafiə” yalnız yuxarı təbəqə üçün nəzərdə tutulur. Adi vətəndaş isə dövlətin elektron “lupası” altında yaşamağa məcbur edilir. Bu, bir növ “rəqəmsal feodalizm” adlana bilər: məlumat axını sərbəst deyil, mərkəzləşdirilmiş qaydadadır. Özəl sektor və hökumət arasında informasiya sərhədləri silinir. Avropa azadlığını tənzimləyən qanunlar indi azadlığın özünü tənzimləməyə başlayır.

Məxfilik təkcə şəxsi həyat deyil, həm də ictimai güvənin əsas sütunudur. Əgər insanlar öz yazışmalarında səmimi ola bilmirsə, o, tədricən öz fikrini senzura etməyə başlayır. Beləcə, daxili senzura formalaşır – bu, hər hansı dövlət təzyiqindən daha dərin və təhlükəlidir. Sosioloqlar qeyd edirlər ki, insanın öz mesajına belə etibar etmədiyi cəmiyyətlərdə yaradıcılıq, fikir azadlığı və sosial dinamika geriləyir. “Chat Control” bu mənada texnoloji nəzarət kapitalizminin Avropadakı ilk rəsmi forması ola bilər. Aİ son illər “Digital Services Act”, “AI Regulation”, “Online Safety Framework” kimi qanunlarla rəqəmsal məkanı sıx nəzarətə alır. Hər biri “təhlükəsizlik” bəhanəsi daşıyır, amma nəticədə azadlıq məkanı daralır.

Tacir SADIQOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri