Icma.az
close
up
RU
Avropa ilə Asiya arasında rəqəmsal dəhliz

Avropa ilə Asiya arasında rəqəmsal dəhliz

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel xətti üzrə layihənin əsas mərhələsinə start verib

Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üzrə dəniz marşrutunun tədqiqatına başlanılıb. Dəniz marşrutunun tədqiqatı sahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması mərhələlərini əhatə edəcək. Tədqiqat strateji əhəmiyyətə malik layihənin inşası üçün ən qısa, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Azərbaycan və Qazaxıstanda paralel olaraq başlayan tədqiqat işləri dörd həftəyə qədər davam edəcək.

“Rəqəmsal İpək Yolu” Xəzər-Asiya bölgəsini birləşdirəcək

Qeyd edək ki, Transxəzər Fiber-Optik Kabel xəttinin tikintisinə dair müqavilə Azərbaycan və Qazaxıstanın Baş nazirləri Əli Əsədov və Oljas Bektenovun iştirakı ilə bir neçə ay əvvəl imzalanıb. Müqaviləyə əsasən, Sumqayıt və Aktau şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda sualtı mobil kommunikasiya xətti inşa olunacaq. Bu rabitə platforması çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək.

Tikinti prosesi sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksək keyfiyyətli, davamlı kabellərin layihələndirilməsi və istehsalı, habelə onların daşınması və quraşdırılması da daxil olmaqla bir neçə mərhələdə həyata keçiriləcək.

Rəqəmsal kabelin kommunikasiya təminatçıları iki ölkənin aparıcı telekommunikasiya şirkətləri olan “AzerTelecom” və “Kazakhtelecom”dur. Birgə operatorlar tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov bildirib ki, layihə çərçivəsində işlər sürətlə aparılır və dəniz marşrutu tədqiqatını həyata keçirməklə layihənin tikintisi üzrə əsas mərhələnin icrasına başlanılır.

 “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər xətti təkcə iki ölkənin kommunikasiya layihəsi deyil, eyni zamanda, müxtəlif ölkələrin, o cümlədən Gürcüstan, Türkiyə, və Türkmənistan ərazilərindən keçməklə Asiya-Azərbaycan-Avropa regionları arasında yeni bağlantı hesab edilir. Bu rəqəmsal infrastruktur landşaftı həmin ölkələr arasında məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edəcək.

Bu layihə Xəzər-Asiya regionlarında ən optimal və qısa marşrut olmaqla ölkələr arasında kommunikasiya-rəqəmsal bağlantını təmin etməklə yanaşı, bölgədə çalışan biznes icmasının fəaliyyətində də yeni imkanlar açacaq. Asiyadan Avropaya yayılacaq rəqəmsal xidmətlərin və məhsulların artımı sürətlənməklə bölgəyə yeni tərəfdaşların cəlb olunmasına şərait yaradacaq. Bu çoxtərəfli platforma isə Azərbaycan və Qazaxıstanın inkişafında, eləcə də digər region ölkələrinin dünya miqyasında mövqelərinin yüksəldilməsində mühüm rol oynayacaq.

Qarabağ Bəyannaməsinin prioritetlərindən biri Azərbaycan və Qazaxıstanın təməlini qoyduğu “Rəqəmsal İpək Yolu” platforması həm də Türk dövlətlərinin ortaq maraqlarına xidmət edir. Belə ki, 2024-cü ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün yekununda imzalanan Qarabağ Bəyannaməsinin mühüm prioritetlərindən biri qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin və müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır. Tərəflər 2023-cü ilin noyabr ayında  Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekununda imzalanmış Səmərqənd Bəyannaməsində “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun yaradılmasını və özlərinin IT infrastrukturlarının bu dəhlizə inteqrasiyası üçün mövcud sistemlərin təkmilləşdirilməsi barədə razılığa gəlib. Müəyyən edilmiş strategiyaya əsasən, Xəzərin dibi ilə Trans-Xəzər Fiber-optik kabel xəttinin çəkilişi 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Türk dövlətlərinin hər birinin yerləşdiyi əlverişli coğrafiya onların müasir dünyada ən innovativ iqtisadi platformalardan biri olan “Digital Hub” ətrafında sıx birləşməsi üçün əlverişli imkanlar yaradır.

Fiber-Optik Kabel Xətti müasir rəqəmsal hub olmaqla Türk dövlətləri arasında qabaqcıl kommunikasiyaların mübadiləsi, vahid rəqəmsal platformada koordinasiyanın qurulmasın da öz töfhəsini verəcək. Nəticədə bu, qardaş ölkələr arasında regional ticarət həcmlərinin artması və qarşıdakı illərdə əlavə mal mübadiləsinin, ələxsus da rəqəmsal ticarətin genişlənməsini təşviq edəcək.  Türk ölkələri öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə  yaxın illərdə “Rəqəmsal İpək Yolu” layihəsi ilə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin əsas mərkəzinə çevriləcək.

“Digital Hub” Türk dövlətlərinin inteqrasiyasını daha da gücləndirəcək

“Digital Hub”, həmçinin türk dövlətlərinin digər böyük hədəflərindən biri olan ticarətdə texniki maneələrin aradan qaldırılmasını nəzərdə tutan Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişinin (DEPA) tələblərinin icrasını da tezləşdirəcək. Bu saziş ölkələr arasında güzəştli ticarət rejimlərinin tətbiqi üçün ən sərfəli alətlərdən biri hesab edilir. Həmin sazişin ilkin modelini Azərbaycan və Türkiyə öz ticarət rejimlərində 2 ilə yaxındır ki, tətbiq etməkdədir. Belə ki, preferensial (güzəşt) çərçivəsinə əsasən, iki ölkə bir-birinə idxal edilən bir sıra məhsulların bəzi kateqoriyalarına gömrük rüsumunun həcmini azaldıb. Ona görə də, bu hüquqi mexanizmin bütün türk dövlətlərinin gömrük-ticarət siyasətinə şamil edilməsi nəzərdə tutulur. Bu baxımdan DEPA sazişi səmərələşdirici layihə kimi üzv ölkələr arasında  qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində də vahid çərçivəni təmin edəcək.

Beləlilklə, Azərbaycan və Qazaxıstanın təməlini qoyduğu rəqəmsal layihələr, ümumilikdə, bütün Türk dövlətləri arasında qarşılıqlı mübadilələrin və birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığı daha da gücləndirəcək, eləcə də biznes qurumları arasında işgüzar münasibətləri genişləndirəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Avqust 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri