Avropa supemarketlərə kiberhücum, çox sayda məhsul ziyan olub Video
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqı ölkələrində supermarketlərdə soyuducu sistemlərə yeni kiberhücum halı qeydə alınıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Belçika, İsveç, İrlandiya, Lüksemburq, Estoniya, Finlandiya və Niderlandda hakerlər supermarketlərdə soyuducular və dondurucu kameraların siteminə daxil olaraq temperaturu 50 dərəcəyə qədər yüksəldiblər.
Bu isə çox sayda məhsulun xarab olmasına və supermarketlərin filiallarının işində problemlərə səbəb olub.
Bildirilib ki, tək Belçikada 60, İrlandiyada isə 13 supermarket kiberhücumun qurbanı olub.
Hücumu tənqid edən Avropa Komissiyası bunun qida məhsulları təchizatının pozulmasına yönəldiyini bildirib.
Xatırladaq ki, okrtabrın ortalarında Fransada da analoji kiberhücum baş vermişdi. Bu zaman hakerlər təqribən 150 supermarketdə soyuducu sistemlərdə temperaturu 50 dərəcəyə qədər qaldırmışdılar. Hazırda hücumlarla bağlı araşdırma aparılır.
Baxış sayı:142
Bu xəbər 03 Noyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















