Icma.az
close
up
RU
Avropa Superliqası Birlik Liqasına çevrildi

Avropa Superliqası Birlik Liqasına çevrildi

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ildə Avropa futbolunda maraqların münaqişəsi fonunda vəziyyətin bir qədər də mürəkkəbləşəcəyi gözlənilir. Səbəb sadədi: UEFA ilə Avropa Superliqasının təsisçiləri və tərəfdarları arasındakı münasibətlərin daha da gərginləşmək ehtimalı çoxdu.

Əvvəla Avropa Superliqası layihəsinin adının dəyişdirildiyini bildirək. İngiltərədə çıxan “The Telegraph” qəzetinin yaydığı məlumatda turniri təşkil etməyi planlaşdıran “A22” şirkətinin bu barədə bəyanat verdiyi bildirilib. Hələlik bir oyunu belə keçirilməyən yeni turnirin adı Birlik Liqasına (ingiliscə Unify League) dəyişdirilib. “A22”nin bəyanatında UEFA-dan yarışın təşkili üçün icazə istəniləcəyi bildirib. Superliqanın tərəfdarları hesab edirlər ki, UEFA Avropa Məhkəməsinin 2023-cü ilin dekabrında çıxardığı qərara uyğun olaraq bunu etməyə borcludu. Xatırladaq ki, bu məhkəmə keçən il dekabrın 21-də FİFA və UEFA-nın klubların Superliqada iştirakına qadağa qoymasını qeyri-qanuni elan edib, ali futbol təşkilatlarının qərarlarının Avropa qanunlarına zidd olduğunu vurğulayıb. Lakin UEFA-nın buna reaksiyası mənfi olmuşdu: qitə futbol qurumu bəyanat yayaraq məhkəmənin qərarının Superliqanın təsdiqi anlamına gəlmədiyini qeyd etmişdi.
Təşkilatçılar yeni turnirə 2025-ci ilin payızında start vermək istəyirlər. Reqlamentə əsasən, yarış 3 divizion olmaqla 4 liqada (Ulduzlar Liqası, Qızıl Liqa, Mavi Liqa, Birləşmiş Liqa) təşkil olunacaq və turnirdə ümumilikdə 96 klub çıxış edəcək. İlk divizionda 32 komanda (hər birində 16 klub olmaqla iki qrupa bölünür) olacaq. Elə digər liqaların hər birində də 32 komanda mübarizə aparacaq. Hər diviziondan 2 komanda olmaqla ümumilikdə 8 komanda 1/4 finala yüksələcək. Bu mərhələ iki, yarımfinal və final isə bir matçdan ibarət olacaq. Yarımfinal və final oyunları neytral meydanda təşkil ediləcək.
Turnir təşkilatçı şirkətin vahid platforması vasitəsilə “Netflix”ə bənzər modelə malik proqram əsasında yayınlanacaq. Abunəçilər nisbətən yüksək səviyyəli reklam məzmunlu oyunlara pulsuz baxa və ya reklamı aradan qaldıran abunə haqqı ödəyə biləcəklər.
Bir maraqlı məqamı da qeyd edək. Rusiya klubları üçün beynəlxalq turnirdə oynamaq fürsəti yaranıb. “A22”nin məlumatında yeni formata əsasən, turnirdə 55 ölkədən 96 klubun iştirak edə biləcəyi göstərilib. Bu, UEFA-nın üzvü olan ölkələrin sayına bərabərdi. Bu ölkələrin siyahısında Rusiyanın da adı var. Bilindiyi kimi, FİFA və UEFA Rusiya - Ukrayna müharibəsinə görə Rusiya komandalarının öz turnirlərində iştirakına qadağa qoyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri