Avropa süpermarketlərində qida böhranı Rəflər boşalacaq
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransada süpermarketlər və böyük qida markaları arasındakı illik qiymət danışıqları böhranla nəticələnə bilər. Dağıtım şirkətləri xəbərdarlıq edir ki, marketlər qiymət artımlarını qəbul etməsələr, “Nutella” və “Lindt” kimi populyar məhsullar rəflərdən yığışdırıla bilər.
Bakupost.az Fransız mediasına istinadən xəbər verir ki, danışıqlar martın 1-dək davam edəcək. Marketlər, daha sərfəli qiymət üçün bəzi markaları satışdan çıxarma təhdidi ilə qarşı-qarşıyadır.
Danışıqların mərkəzində xüsusilə şokolad və şirniyyat məhsulları dayanır. Böyük marketlər bildirir ki, kakao qiymətləri düşsə də, bəzi şirkətlər 10–20 faiz arası qiymət artımı tələb edir.
“Intermarché” marketlər zənciri açıqlamasında, “Kakao qiymətləri ciddi şəkildə azalıb, buna baxmayaraq bəzi qruplar bizdən 10–20 faiz artımı qəbul etməyimizi istəyir. Bu, qəbuledilməzdir. Bu səbəbdən bəzi məhsullar müvəqqəti olaraq satışda olmaya bilər.
Olivier Dauvers adlı jurnalist bildirib ki, mümkün satışdan yığışdırıplma qərarları “Ferrero” qrupuna aid “Nutella” və “Lindt” məhsullarını əhatə edə bilər. Hazırda rəsmi qərar yoxdur, amma 2026-cı ildə bu markaların bəzi marketlərdə tapılmaması ehtimalı var.
Ekspertlər bildirir ki, şokolad ilə məhdudlaşmayan qiymət təzyiqi digər məhsullara da təsir edir. Xüsusilə qəhvə və mal əti kimi məhsulların qiymətləri yüksəlməkdədir. Bunun səbəbi istehsal xərclərinin artması, qlobal təchizat problemləri və iqlim şərtləri göstərilir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Krımda rəflər boşalır...
09 İyun 2026 18:48
Mağazalarda “sosial rəflər” yaratmaq planlaşdırılır…
25 Dekabr 2024 00:57
Supermarketlərdə rəflər boşaldı: Ərzaq tapılmır
30 Avqust 2026 17:05
İran Hörmüzü bağlasa nələr olacaq? Rəflər boşalıb...
16 İyun 2025 14:10
Müxtəlif qidaları saxlamaq üçün soyuducuda hansı rəflər daha yaxşıdır?
10 Yanvar 2025 11:24
Baxış sayı:67
Bu xəbər 09 Fevral 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















