Icma.az
close
up
RU
İran Hörmüzü bağlasa nələr olacaq? Rəflər boşalıb...

İran Hörmüzü bağlasa nələr olacaq? Rəflər boşalıb...

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrailin İrana hücumlarından sonra qlobal neft və LNG ticarətinin təxminən üçdə birini təşkil edən Hörmüz boğazı ilə bağlı narahatlıqlar artıb.

Belə ki, Fars körfəzinin ağzında dar su yolu olan Hörmüz boğazı Yaxın Şərqdəki neft və LNG hasilatını Oman dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına birləşdirir. Hörmüz boğazı qlobal neft ticarətinin təxminən üçdə birinin həyata keçirildiyi kritik dəniz yolu kimi seçilir. Yaxın Şərqdəki neft istehsalçıları tərəfindən təmin edilən 17-20 milyon barel xam neft və kondensat Hörmüz boğazı vasitəsilə qlobal bazarlara göndərilir.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, neftin həcminin təxminən 70 faizi bu yolla Asiyaya çatır. Çin, Yaponiya, Hindistan, Cənubi Koreya, Sinqapur, Tailand, Pakistan və Filippin Hörmüz boğazında neft tədarükünün əsas alıcıları sırasındadır.

Qətər və Birləşmiş Ərəb Əmirliklərinin demək olar ki, bütün LNG daşıyıcıları da bu nöqtədən beynəlxalq bazarlara çıxır ki, bu da qlobal LNG ticarətinin 20 faizini təşkil edir. Avropa Hörmüz boğazından LNG tədarükünün əsas alıcıları sırasındadır.

İran daha əvvəl gərginlik zamanı Boğazı bağlaya biləcəyini bildirmişdi, lakin bu hələ baş verməyib. Neft və LNG tədarükünün kəsilməsi ilə bağlı narahatlıqlar neft və təbii qaz qiymətlərini yüksəlməyə yönəldir.

“Global Risk Management Research” prezidenti Arne Lohmann Rasmussen “Linkedin” hesabında etdiyi paylaşımda neft bazarı üçün "ən böyük kabusun" Hörmüz boğazının bağlanması olacağını söyləyib.

Hörmüz boğazı bağlana bilərmi, bu baş verərsə, hansı təsirləri ola bilər?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirovun sözləriə görə, İsrail-İran hərbi qarşıdurması neft bazarını sarsıdıb.

Ekspert qeyd edib ki, Brent markalı neftin qiyməti bir neçə gün ərzində 10%-dən çox bahalaşaraq əvvəlcə 75.15 dollar səviyyəsinə, daha sonra 76.94 dollara çatıb.

Xam neft fyuçersləri 13%-ə qədər artıb. ABŞ-nin VIX indeksi son 3 həftənin maksimumuna qalxıb, sərmayəçilər isə səhmlərdən çıxaraq qızıla və dövlət istiqrazlarına yönəlir.

Mütəxəssis nəzərə çatdırıb ki, münaqişə Hörmüz boğazı ətrafında təhlükəni artırır:

“Gündəlik 18–20 milyon barel neft bu boğazdan keçir ki, bu da dünya neft ticarətinin 20%-i deməkdir. İranın boğazı bağlamatəhdidi neftin qiymətində daha kəskin sıçrayış yarada bilər. BVF hesablamasına görə, neftin 10% bahalaşması inkişaf etmiş ölkələrdə inflyasiyanı 0.4 faiz bəndi artırır. LNG bazarı da risk altındadır. Qətər və BƏƏ-nin bütün maye qaz ixracatı Hörmüz boğazından keçir və bu, qlobal LNG ticarətinin 1/5 hissəni təşkil edir. İran üzərindən keçən marşrut bağlansa, Çin və Hindistan alternativ mənbələrə yönələcək, bu da digər bazarlarda qiymətləri yuxarı çəkacək. Çünki, İran sanksiyada olsa belə bu iki ölkə, ələxsus da Çin öz neft ehtiyacının ciddi bir hissəsini İran hesabına təmin edir.

Ticarət yolları və dəhlizlər təhlükə altındadır. Hörmüz boğazı yalnız enerji deyil, həm də konteyner yükləri, o cümlədən məişət texnikası və istehlak malları üçün əsas dəhlizdir. Münaqişə sığorta haqlarını artırır, gecikmələr və daşınma xərcləri isə son nəticədə istehlakçının ödədiyi qiymətlərə təsir edir.


İsrail daxilində də vəziyyət heç də rahat deyil, panika əlamətləri artır. Şekel dollar qarşısında 2% dəyər itirib. Supermarketlərdə izdiham yaşanır. Məlumatlara görə əksər alış veriş şəbəkələrində alış səviyyəsi 300% artıb, bəzi məhsulların rəfləri boşalıb”.


E.Əmirov əlavə edib ki, aviasiya sektorunda da gərginlik var:

“İran, İsrail, İraq və İordaniya hava məkanlarını bağlayıb. Bir neçə beynəlxalq aviaşirkət regiona uçuşları dayandırıb, Təl-Əvivdən sərnişinsiz təyyarələr Kipr və Avropa şəhərlərinə yönləndirilib. Marşrut dəyişiklikləri səyahət vaxtını uzadır, yanacaq xərclərini artırır və sığorta risklərini böyüdür. Bu isə ciddi həm logistic xidmətlərdə, həm də turizm üzrə qiymət artımlarına səbəb olur”.

Ekspert bildirib ki, Barclays və EY-Parthenon isə bu qarşıdurmanı “qlobal tənəzzülə səbəb ola biləcək ssenari” adlandırır. Neftin bahalaşması təkcə yanacaqla yanaşı, ərzaq, daşınma və istehsal xərclərində də artıma səbəb olacaq.

Firuzə Əliyeva
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:236
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 İyun 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri