Icma.az
close
up
RU
Avropa Şurasının Azərbaycana qərəzi: Cavabsız qalmayacaq

Avropa Şurasının Azərbaycana qərəzi: Cavabsız qalmayacaq

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Avropa Şurasının Azərbaycana qarşı davam edən qərəzli, qeyri-obyektiv münasibəti bu təşkilatda qalmaq üçün heç bir səbəb olmadığını təsdiq edir. 

2001-ci ilin yanvar ayında Azərbaycan Ermənistanla bərabər Avropa Şurasına üzvlüyə qəbul olsa da, hər iki ölkəyə münasibətdə bu paralellik gözlənilmədi. 26 ildən artıqdır ki, Avropa Şurası Azərbaycan əleyhinə fəaliyyət göstərən bir quruma çevrilib. Həm işğal dövründə, həm də Ermənistanla münaqişənin başa çatmasından sonra Avropa Şurası Azərbaycana baxışda öz mövqeyini dəyişməyib. 

Xüsusilə, Avropa Şurası Parlament Assambleyası erməni diaspor təşkilatlarının sanki bir strukturuna çevrilib. Azərbaycan dövlətinin dəfələrlə etirazlarına, AŞPA nümayəndə heyətləri ilə aparılan danışıqlarda onları ədalətli mövqe tutmağa çağırmasına baxmayaraq, adıçəkilən qurum öz çirkin siyasətini dəyişməyib. 

Avropa Şurasında üstünlük təşkil edən erməni lobbisi Assambleyanın bütün sessiyalarında anti-Azərbaycan məzmunlu qətnamələr qəbul etməyi özlərinə iş üslubu seçiblər. Hətta bu qərəz Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsinə gətirib çıxartdı. 

Ona görə də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti həm ratifikasiya problemi, həmçinin ikili standartlardan çıxış edən qətnamələrə etiraz olaraq 2024-cü ildə təşkilatda fəaliyyətini dayandırmaq qərarına gəlib. 

Əfsuslar olsun ki, ötən müddətdə AŞPA Azərbaycanla fikir ayrılığını aradan qaldırmaq və öz səhvlərini düzəltmək əvəzinə, saxta, uydurma ittihamlarla çıxış edərək təxribatçı qətnamələrin qəbuluna davam ediblər. Ona görə də Azərbaycanın Avropa Şurasından çıxmaqdan başqa yolu qalmayıb. 

Prezident İlham Əliyev də Şuşada “Sülhün təşviqində medianın missiyası:  Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycanın Avropa Şurasından çıxmağı nəzərdən keçirdiyini deyib. Dövlət başçısının məsələnin qoyuluşu ilə bağlı fikirləri tamamilə məntiqli və əsaslıdır:

“Həmin parlamentdə Azərbaycanın ünvanına çox müəmmalı ultimativ qərarlar səsləndirilir. Bu da tamamilə qəbuledilməzdir. 

Bu, bizim qərarımız deyil, çünki onlar bizi səsvermə hüququndan məhrum ediblər. Bu, hansısa legitim qərarlar olmadan baş verib. Onlar bizim nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər”. 

Həqiqətən də, AŞPA-nın sessiyalarında “insan hüquqlarının müdafiəsi” adı altında Azərbaycanın ərazilərini işğal edən terrorçulara və Qarabağda ləğv edilmiş qondarma rejimin hərbi canilərinə dəstək ifadə ediblər. 

Halbuki, 26 il ərzində AŞPA ermənilər tərəfindən etnik təmizləməyə və soyqırıma məruz qalmış dinc azərbaycanlıların hüquqularını müdafiə edən, yaxud işğal faktını pisləyən bir qətnamə belə, qəbul etməyib. 

Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq öz ərazilərini işğaldan azad edəndə və antiterror əməliyyatı keçirəndə Avropa Şurası dərhal ayrıseçkilik nümayiş etdirərək müdafiə cinayətkarlarını azad etməyə çağırıb. Avropa Şurasının bununla reallaşmaqda olan Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurur.
Görünür, Avropa Şurasına və bu qurumda erməni diasporundan “çirkli pullar” qazanan lobbi qruplarına Azərbaycanla Ermənistan arasında sülh deyil, müharibə lazımdır.  Belə bir təşkilatda qalmaq isə Azərbaycanın milli maraqlarına ziddir. Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir və Avropa Şurasının siyasi direktivləri ilə davranış öhdəliklərinə malik deyil. 

Azərbaycan üçün dövlət maraqları, xalqın mənafeyi daha vacibdir. Avropa Şurası isə indiyə qədər Azərbaycan əleyhinə mövqe tutmaqla bu maraqlara zidd gedib. Belə olan halda Avropa üçün strateji əhəmiyyətə malik Azərbaycanı itirməyə görə bütün məsuliyyət Avropa Şurasının üzərinə düşür. 

Süleyman 
“Cebheinfo.az”

Açar sözlər: Avropa Şurası Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 İyul 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri