Icma.az
close
up
RU
“Avropa üçün Azərbaycan yalnız enerji tədarükçüsü deyil...”

“Avropa üçün Azərbaycan yalnız enerji tədarükçüsü deyil...”

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

“Avropa İttifaqı -Azərbaycan əlaqələri keyfiyyətcə yeni mərhələyə keçir. Azərbaycan xarici siyasətdə son illərdə mühüm uğurlar əldə edib. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqı və onun təsisatları ilə münasibətlərdə yaranmış gərginlik mərhələsi tədricən aradan qalxmaqdadır. Avropa Şurası və Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi birtərəfli qətnamələr, eləcə də Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi ikitərəfli  münasibətlərdə  böhran vəziyyətinə gətirib”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, lakin son aylarda baş verən diplomatik fəallıq, xüsusən Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Kopenhagen sammitində iştirakı və Avropa liderləri ilə keçirdiyi görüşlər nəticəsində bu böhran tədricən arxada qalır: 

“Fransa ilə uzunmüddətli gərgin münasibətlər Kopenhagendə iki ölkə prezidentlərinin nümayəndə heyətləri səviyyəsində apardığı görüşlə yumşalma istiqamətinə yönəlib. Eyni zamanda, İtaliyanın Azərbaycanla bağlı məsələlərdə dəstəyi, bu yaxınlaşmanı gücləndirir. Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı yeni geosiyasi nizamdan iqtisadi və nəqliyyat maraqları üçün faydalanmaq niyyətindədir. Xüsusilə, Çinlə quru nəqliyyat əlaqələrinin, eləcə də Mərkəzi Asiyanın enerji resurslarının Avropaya daşınmasının əsas tranzit xətti kimi Azərbaycan ön plana çıxır. Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Cənubi Qafqaza artan diqqəti və Orta Dəhlizin əsas hissəsi olan Zəngəzur dəhlizi – TRİP marşrutunun elan edilməsi Avropanı regionda daha fəal siyasət yürütməyə vadar edib”. 

Politoloq deyib ki, bu proses fonunda Avropa İttifaqının Azərbaycanla münasibətlərdə yeni mərhələyə keçidi real görünür:

“Gələn ilin yanvar ayında Azərbaycanın Avropa Şurasında səsvermə hüququnun bərpa olunması mümkündür. Artıq Azərbaycanla -Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Avropa İttifaqı üçün bu, regional sabitliyə və enerji təhlükəsizliyinə xidmət edir, Azərbaycan üçün isə Avropa ilə siyasi və iqtisadi əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətlidir. Azərbaycan–Avropa münasibətləri qarşılıqlı maraqlar üzərində formalaşan və keyfiyyətcə yeni mərhələyə qədəm qoyan strateji əməkdaşlıq xəttinə çevrilir. Bu vəziyyət Azərbaycanın çoxvektorlu xarici siyasətinin effektivliyini nümayiş etdirir. Avropa üçün Azərbaycan yalnız enerji tədarükçüsü deyil, həm də Cənubi Qafqazda sabitlik yaradan güc mərkəzidir”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri