Azərbaycan artıq Avropa üçün sadəcə enerji təchizatçısı deyil
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
"Avropa ölkələrinin Azərbaycana marağının nəzərəçarpacaq dərəcədə artması əslində başa düşüləndir və bunun başlıca səbəbi dəyişən beynəlxalq geosiyasi şəraitdə ölkəmizin strateji əhəmiyyətinin yüksəlməsidir. Azərbaycan artıq Avropa üçün sadəcə enerji təchizatçısı deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat-logistika mərkəzi və Cənubi Qafqazda regional proseslərə təsir imkanlarına malik tərəfdaşdır".
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, ilk növbədə, enerji təhlükəsizliyi amilini qeyd etmək lazımdır:
"Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsinə xüsusi əhəmiyyət verməyə başlayıb. Bu şəraitdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm alternativlərdən biri kimi ön plana çıxıb. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına təbii qaz ixracı, gələcəkdə tədarük həcmlərinin artırılması perspektivləri və bərpaolunan enerji sahəsində əməkdaşlıq ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Elə Avropa İttifaqının Azərbaycanı mühüm enerji tərəfdaşı kimi qiymətləndirməsi də bunun göstəricisidir".
Politoloq qeyd edib ki, ikinci mühüm amil Orta Dəhlizin geosiyasi və iqtisadi əhəmiyyətinin artmasıdır:
"Avropa Çin və Mərkəzi Asiya ilə ticarət əlaqələrində alternativ, təhlükəsiz və etibarlı nəqliyyat marşrutlarının inkişafında maraqlıdır. Azərbaycan Xəzər dənizi, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxış təmin edən əsas tranzit ölkələrdən biridir. Naxçıvan istiqamətində dəmir yolu bağlantısının inkişafı və Zəngəzur marşrutunun perspektivləri bu imkanları daha da genişləndirə bilər. Avropa İttifaqının noyabrın 16-da Brüsseldə keçirilən regional bağlantılar üzrə nazirlər görüşündə Orta Dəhlizin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirməsi də bunu təsdiqləyir.
Digər tərəfdən, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni siyasi reallıqlar da Avropanın diqqətini artıran amillərdəndir. Ermənistanla münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması və sülh gündəliyinin irəlilədilməsi Avropa üçün yeni iqtisadi və siyasi imkanlar yaradır. Brüssel artıq anlayır ki, regionda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu nəzərə almadan uzunmüddətli strategiya formalaşdıra bilməz".
Yusif Bağırzadə hesab edir ki, Avropanın Azərbaycana artan marağının əsas səbəbi ölkəmizin dəyişən beynəlxalq sistemdə enerji, nəqliyyat və geosiyasi baxımdan əhəmiyyətli tərəfdaşa çevrilməsidir və bizim də əsas məqsədimiz bu marağı uzunmüddətli investisiyalara, iqtisadi şaxələndirməyə və milli maraqlara uyğun strateji əməkdaşlığa çevirməkdir.
Süleyman
Baxış sayı:88
Bu xəbər 18 Noyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















