Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Avropa və Azərbaycanda elektromobillik hansı səviyyədədir?

Avropa və Azərbaycanda elektromobillik hansı səviyyədədir?

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cari ilin oktyabr ayında Avropa İttifaqında (Aİ) elektromobil qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 faiz artıb. Avtosfer.az xəbər verir ki, yanvar-oktyabr aylarında Aİ-də yeni qeydiyyata alınan avtomobillərin 16,4 faizini elektrik mühərrikli avtomobillər təşkil edib. Bu rəqəm ötən ilin eyni dövründəki göstəricidən (13,2 faiz) 3,2 faiz çoxdur.

Aİ-də elektromobil yarışına hansı ölkə liderlik edir?

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, hesabat dövrü ərzində Aİ-nin 27 ölkəsində 1 milyon 473 min 447 yeni elektromobil qeydiyyata alınıb ki, bu da əvvəlki illə müqayisədə 301 mindən çox artım deməkdir. Almaniyada ən çox, 434 min 600-dən çox yeni elektromobil qeydiyyata alınıb ki, bu da illik 39,4 faiz artımla Aİ-də ən çox artım tempidir.

Aİ-nin dörd ən böyük iqtisadiyyatına malik ölkələri arasında olan İspaniyada elektromobil qeydiyyatı 89,7 faiz artaraq 81 min 100-ə çatıb. Həmçinin İtaliyada 26,5 faiz artım, Fransada isə 5,3 faiz artım müşahidə olunub. Ən kəskin artım isə Polşada olub - elektromobil qeydiyyatı illik müqayisədə 124,6 faiz artıb, lakin yeni qeydiyyatdan keçmiş elektromobil sayı 30 min 641 olub. Bununla da, ölkədə elektrik mühərrikli nəqliyyat vasitələri ölkənin ümumi bazarının yalnız 6,4 faizini təşkil edib.

Bazar payı daha aşağı olan bir neçə ölkədə, o cümlədən Sloveniyada (99,3 faiz artım), Slovakiyada (77,5 faiz artım), Litvada (62,7 faiz artım) və Bolqarıstanda (58,1 faiz artım) elektrik mühərrikli nəqliyyat vasitələrinin satışlarında nəzərəçarpacaq artım müşahidə olunub. Xorvatiya, Lüksemburq, Malta, Rumıniya və Estoniyada isə elektromobil qeydiyyatı azalıb.

Bəs Azərbaycanda elektromobillik səviyyəsi necədir?

Aİ-də elektromobil qeydiyyatında müşahidə olunan kəskin artımlardan fərqli olaraq, Azərbaycanda göstəricilər azalma istiqamətindədir. Belə ki, Azərbaycanda cari ilin yanvar-oktyabr ayları ərzində dəyəri 52 milyon 82 min dollar olan 1732 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu da ötən ilin eyni ayları ilə müqayisədə müvafiq olaraq 50 faiz və 33,2 faiz azalma deməkdir.

Azalmanın bir neçə mümkün izahı var. İlk növbədə, elektromobillərin qiymət dinamikası və dünya bazarlarında bəzi modellərin bahalaşması yerli istehlakçıların seçimlərinə təsir göstərir.

Bundan başqa, elektromobillərin istismarı üçün tələb olunan şarj infrastrukturu ölkədə hələ tam formalaşmadığından, bir çox vətəndaş elektromobil almaq qərarını təxirə salır. Digər tərəfdən, ənənəvi yanacaqla çalışan avtomobillərin mövcudluğu da keçidi ləngidir. Bununla yanaşı, bəzi ekspertlər idxaldakı azalmanı tələb-təklif balansındakı müvəqqəti dəyişikliklə, eləcə də alıcıların daha əlverişli şərtləri gözləmələri ilə əlaqələndirirlər. Mövcud vəziyyət göstərir ki, Aİ ölkələri elektromobil bazarını sürətlə genişləndirdiyi halda, Azərbaycanda bu proses daha yavaş irəliləyir. Bununla belə, infrastrukturun genişləndirilməsi, stimullaşdırıcı mexanizmlərin tətbiqi və bazara yeni modellərin çıxışı mümkün olarsa gələcək illərdə elektromobil idxalında artımın yenidən bərpa olunacağı gözlənilir (Azərtac).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Noyabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri