Icma.az
close
up
RU
Azərbaycanda qış turizmi hansı səviyyədədir?

Azərbaycanda qış turizmi hansı səviyyədədir?

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qış mövsümünün başlaması ilə Azərbaycanın dağlıq regionlarında turizm canlanır.

Bu barədə Moderator.az –a danışan turizm eksperti Cəfər Qarayev xatırladıb ki, 2012-ci ilə qədər Azərbaycanda turizm mövsümü deyəndə hamı yalnız yay turizmini nəzərdə tutulurdu:

“Amma 2013-cü ildən dövlətin dəstəyi ilə fəaliyyətə başlamış Şahdağ Qış Turizm Kompleksi bu anlayışı dəyişdi. Artıq ölkədə həm yay, həm də qış turizmi mövsümü formalaşdı. Ardınca Qəbələ rayonundakı Tufandağ Qış Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasındakı Ağbulaq İstirahət Mərkəzi fəaliyyətə başladı. Bu mərkəzlərdə xizək yolları, kanat xətləri, yollar və digər infrastruktur inkişaf etdirildi. Hər il bir qış turizmi ilə bağlı yeniliklər tətbiq olunur: yeni attraksionlar, kanat xətləri, xizək yolları, iaşə obyektləri, otellər tikilir. Hazırda Şahdağda və Qəbələdə bir neçə otelin tikintisi davam edir. Bu mərkəzlər regionlarda sosial-iqtisadi inkişafa birbaşa töhfə verir, çünki turistlər yalnız mərkəzlərdə qalmaqla kifayətlənməyib, yaxın kəndlərdə və şəhər mərkəzlərində yerləşirlər. Qış turizminin inkişafına mane olan əsas problemlərdən biri qiymətlərin yüksək olması və xidmət keyfiyyətinin çatışmazlığıdır. Eyni zamanda, regionlarda qar yağdıqda yol infrastrukturunda operativ müdaxilə olmaması logistik problemlərə səbəb olur. Lakin turizm mərkəzlərinin özündə kanat xətləri və xizək yolları ilə bağlı heç bir problem yoxdur və xidmət keyfiyyəti artıq 10 ildən çox davamlı olaraq yaxşılaşdırılır”. 

Turizm  eksperti  qeyd edib ki, xidmət keyfiyyəti artıq 10 ildən artıqdır ki, yüksək səviyyədə təmin olunur. Bu mərkəzlər öz üzərlərində davamlı işləyir, beynəlxalq təcrübələri öyrənir və tətbiq edirlər:

“Beynəlxalq təcrübədən danışarkən qeyd edək ki, 2026-cı il martın 6-8-də Azərbaycanda, Şahdağ Turizm Mərkəzində xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları keçiriləcək. Bu da göstərir ki, xidmət keyfiyyəti beynəlxalq standartlara uyğundur. Təbii ki, xidmət göstərilən hər yerdə müəyyən nöqsanlar ola bilər. Əsas məsələ bu nöqsanları vaxtında müəyyən etmək, araşdırmaq və aradan qaldırmaqdır. Qiymətlər isə bazar səviyyəsinə uyğundur. Bizə yaxın olan qonşu ölkələrdə də xizək mərkəzləri fəaliyyət göstərir – məsələn, Gürcüstanda “Bakuriani”, “Gudauri”. Eyni zamanda Özbəkistanla da bu sahədə sıx əməkdaşlıq mövcuddur. 

Tələb çox olduğundan yeni otellərin tikilməsi də məntiqlidir; beləliklə, qış turizm mərkəzlərinin tutumu artır. İaşə və mehmanxana obyektləri də ətraf rayonlarda, kəndlərdə tikilməkdədir. İşğaldan azad olunmuş dağlıq ərazilərdə isə qış turizmi üçün böyük potensial mövcuddur. Məsələn, Kəlbəcər rayonunda kanat xətti layihələndirilib; kanat xətti qurulandan sonra xizək yolları açılacaq və həmin ərazilərdə qış turizm mərkəzləri fəaliyyət göstərəcək. Həmçinin Şuşadan çıxan kəndlərdə də kanat xətti nəzərdə tutulub. Dağlıq ərazilərdə qarın uzun müddət qalması imkanından maksimum yararlanmaq lazımdır. Bu, təbiətin Azərbaycana verdiyi xüsusi bir hədiyyədir. Nə qədər çox mərkəzimiz olarsa, onlar dekabrdan martın sonuna qədər fəaliyyət göstərəcək. Eyni zamanda, yay mövsümündə də həmin mərkəzlər işləyir, beləliklə ilin bütün mövsümlərində həm qış, həm də yay turizm mərkəzləri kimi fəaliyyət göstərirlər”.

Turizm ekspert Rəhman Quliyev deyib ki, Azərbaycanda qış turizmi hazırda inkişaf mərhələsindədir, durğunluqdan söhbət gedə bilməz:

“Son illər dövlət və özəl sektorun yatırımları nəticəsində infrastruktur formalaşıb, qış turizmi anlayışı artıq cəmiyyət üçün yeni deyil. Xüsusilə Şahdağ və Tufandağ kimi mərkəzlər regionlara turist axınını təmin edir.

Lakin bu inkişaf hələ tam potensial səviyyəsində deyil. Qış turizmi əsasən müəyyən auditoriya ilə məhdudlaşır və kütləvi xarakter almaq üçün əlavə addımlara ehtiyac var.

Bu mərkəzlərin regionların sosial-iqtisadi inkişafına töhfəsi danılmazdır. Yerli əhali üçün yeni iş yerləri yaradılır, xidmət sektoru genişlənir, kənd təsərrüfatı və kiçik sahibkarlıq üçün əlavə bazar formalaşır.

Eyni zamanda, yolların çəkilməsi, kommunal infrastrukturun yaxşılaşdırılması və regionların tanıdılması baxımından da müsbət effekt var. Ancaq gözlənilən maksimum töhfənin əldə olunması üçün turizm mövsümü yalnız qış ayları ilə məhdudlaşmamalı, dörd mövsüm fəaliyyət göstərən modellər qurulmalıdır.

Əsas prioritetlər qiymət siyasətinin balanslaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, nəqliyyat imkanlarının yaxşılaşdırılması və güclü beynəlxalq tanıtımdır. Bu addımlar atılarsa, qış turizmi həm regionların inkişafına, həm də ölkənin ümumi turizm gəlirlərinə əhəmiyyətli töhfə verə bilər”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri