Icma.az
close
up
RU
Azərbaycanda ipotekaya əlçatanlıq hansı səviyyədədir? EKSPERT FİKRİ

Azərbaycanda ipotekaya əlçatanlıq hansı səviyyədədir? EKSPERT FİKRİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ümumiyyətlə keçmiş MDB məkanında həm nümunəvi, həm də yaxşı ipoteka şərtlərindən biri də Azərbaycandadır". Bu sözləri SİA-ya açıqlamasında mənzil üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan ilk ölkələrdəndir ki, MDB məkanında faiz dərəcələrinə görə və digər şərtlərə görə hətta digər bir sıra qonşu ölkələri və bəzi Avropa ölkələrini belə qabaqlayır: "Düzdü bəzən suallar yaranır ki, ipotekaya əlçatanlıq aşağı səviyyədədir ona görə ki, qoyulan tələblər mövcud şərtlərlə uzlaşmır. Amma aydın məsələdir ki, Azərbaycanda gəlirlərin rəsmiləşdirilməsi ilə bağlı uzun illərdir ciddi problemlər var idi. Amma bu problemlər artıq ildən-ilə aradan qalxmaqdadır. Hesab edirəm ki, ipoteka kreditlərini satmaq öhdəliyi ilə kirayə mənzillərin verilməsi uzun müddətli bir yoldur. Bəzi inşaatlar dövlət agentliyinin xətti ilə dövlət tərəfindən ortaya qoyulan bu cür layihələrdə stimullaşdırıcı rol oynayır.

İpotekaya əlçatanlıq məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, il ərzində ölkədə verilən ipoteka kreditlərinin həcminə baxdıqda mən hesab etmirəm ki, o qədər də əl çatan deyil. Düşünürəm ki, il ərzində Azərbaycanda 400-450 milyon manatdan artıq ipoteka krediti verilir ki, bu da kifayət qədər böyük rəqəmdir. Bu rəqəmlərin artırılması daşınmaz əmlak bazarında o qədər də müsbət hesab edilmir. Amma bütövlükdə bu günə qədər Azərbaycanda ipotekadan istifadə edənlərin sayı 50 mindən yuxarıdır. Düşünürəm ki, güzəştli 4 faizlə təqdim olunan ipoteka kreditləri eyni zamanda zəmanətli 7 faizli ipoteka kreditləri ümumi ipoteka şərtlərinə uyğun olaraq kifayət qədər əlçatan normal şərtlərdir. Hər halda gələcəkdə zərurət yaranacaqsa yəqin ki, ipoetka kredit zəmanət fondu bu istiqamətdə faiz dərəcələrinin yumşaldılması ilə bağlı lazımi addımları atacaq".

Ziya Hikmətoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Yanvar 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri