Avropa Yayım Birliyi İsrailin “Eurovision”dan kənarlaşdırılmasını səsverməyə çıxaracaq
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Avropa Yayım Birliyi (EBU) İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirak edib-etməyəcəyi ilə bağlı onlayn səsvermənin keçiriləcəyini açıqlayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, noyabrda keçiriləcək növbədənkənar Baş Assambleyada İsrailin iştirak edib-etməyəcəyini səsvermə müəyyən edəcək.
EBU prezidenti Delphine Ernotte Cunci üzv təşkilatlara göndərdiyi məktubda İsrailin iştirakı ilə bağlı "görünməmiş baxış müxtəlifliyinin" olduğunu və bu səbəbdən məsələnin "daha geniş demokratik platformaya" çatdırılması lazım olduğunu bildirib.
Bəyanatda əlavə edilib ki, bütün üzv baş direktorların iclası noyabrın əvvəlində onlayn səsvermə keçirəcək.
Bu arada İspaniya, Hollandiya, İrlandiya, İslandiya və Sloveniyadakı bir neçə yayım şirkəti İsrailin müsabiqəyə qəbul olunacağı təqdirdə tədbiri boykot edəcəklərini açıqlayıb.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Sloveniya İsrailin “Eurovision”dan kənarlaşdırılmasını tələb edir
22 Dekabr 2024 14:10
Merz: “İsrailin “Eurovision”dan kənarda qalması qalmaqaldır”
06 Oktyabr 2025 11:49
“Avropa ölkələri “Eurovision 2026“ dan İsrailin iştirakı səbəbi ilə imtina edir“ “Euronews“
11 Dekabr 2025 23:09
İsrailin “Eurovision” dan qovulması ilə bağlı səsvermə təxirə salındı
14 Oktyabr 2025 16:28
İsrail “Eurovision” dan çıxarılacaq?
26 Sentyabr 2025 10:43
Baxış sayı:100
Bu xəbər 26 Sentyabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















