Icma.az
close
up
RU
İsrail “Eurovision” dan çıxarılacaq?

İsrail “Eurovision” dan çıxarılacaq?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Yayım Birliyi (AYB) 2026 “Eurovision” Mahnı Müsabiqəsində İsrailin iştirak edib-etməyəcəyi ilə bağlı onlayn səsvermə keçiriləcəyini açıqlayıb. 

Noyabr ayında baş tutacaq fövqəladə ümumi iclasda keçiriləcək səsvermədən sonra İsrailin müsabiqəyə qatılıb-qatılmayacağı dəqiqləşəcək. 

"Cebheinfo.az" xəbər verir ki, AYB prezidenti Delfina Ernotte Cunci üzv qurumlara göndərdiyi məktubda İsrailin iştirakı ilə bağlı “misli görünməmiş müxtəlif fikirlərin” olduğunu və bu səbəbdən məsələnin “daha geniş demokratik müstəviyə” çıxarılmasının vacib olduğunu bildirib. 

Açıqlamada bütün üzv yayım rəhbərlərinin səs verəcəyi iclasın noyabr ayının əvvəlində onlayn şəkildə keçiriləcəyi qeyd olunub. Xatırladaq ki, İsrail müsabiqəyə qəbul edilərsə, İspaniya, Niderland, İrlandiya, İslandiya və Sloveniya kimi ölkələrdəki bəzi yayım qurumları tədbiri boykot edəcəklərini açıqlayıblar. 

Daha əvvəl isə Rusiya 2022-ci ildə Ukraynanı işğal etdikdən sonra “Eurovision”-dan uzaqlaşdırılmışdı. İsrail isə 1973-cü ildən bu yana dörd dəfə birincilik qazandığı müsabiqəyə son iki ildəki mübahisələrə baxmayaraq qatılmağa davam edib. 2024-cü ildə İsveçin Malmö şəhərində, 2025-ci ildə isə İsveçrənin Bazel şəhərində keçirilən yarışmalar zamanı konsert sahələrinin ətrafında güclü Fələstin tərəfdarı etirazlar təşkil olunmuşdu. “Eurovision”-un 70-ci ildönümü olacaq 2026 –cı il müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Ev sahibi ORF bəzi ölkələr boykot etsə belə, yarışmanın planlandığı kimi keçiriləcəyini açıqlayıb. ORF sözçüsü “Eurovision 2026 Vyanada baş tutacaq, iştirakçı sayından asılı olmayaraq müsabiqə keçiriləcək”,- deyə bildirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see277

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see261

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see255

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see239

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see237

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see236

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see207

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see198

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see191

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see183

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see177

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see161

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri