Sloveniya İsrailin “Eurovision”dan kənarlaşdırılmasını tələb edir
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sloveniya Yayım İdarəsi Avropa Yayım Birliyinə (EBU) rəsmi məktub göndərərək İsrailin 2025-ci ilin mayında Bazeldə (İsveçrə) keçiriləcək “Eurovision 2025 Mahnı Müsabiqəsi”ndə iştirakdan məhrum edilməsini tələb edib.
Yeniavaz.com xəbər verir ki, Sloveniya İsrailin mahnı müsabiqəsindən kənarlaşdırılmasını tələb edən ilk ölkə oldu.
Üstəlik, Sloveniyada İsrail təmsilçisinin çıxış edəcəyi təqdirdə daha iki təşəbbüs ortaya çıxarılıb: öz iştirakçısını müsabiqəyə göndərməmək və israilli sənətçinin musiqi ifası zamanı ekranı qaraltmaq. İndiyə qədər iki təklif dəstək tapmayıb.
Xatırladaq ki, 2024-cü ildə bir neçə ölkə İsraili “Eurovision”dan uzaqlaşdırmağa çağırdı, lakin Avropa Yayım Birliyi bütün tələbləri rədd etdi.
Eden Qolan müsabiqədə İsraildən “Hurricane” adlı mahnı ilə çıxış edərək 5-ci yeri tutub. “Eurovision”un keçirildiyi Malmödə (İsveç) müğənni Fələstin tərəfdarı təxribat təhlükəsi səbəbindən ciddi təhlükəsizlik tədbirləri görüb. Şəhərdə İsrail əleyhinə nümayişlər keçirilib.
Bu mövzuda digər xəbərlər:Avropa Yayım Birliyi İsrailin “Eurovision”dan kənarlaşdırılmasını səsverməyə çıxaracaq
26 Sentyabr 2025 23:08
Merz: “İsrailin “Eurovision”dan kənarda qalması qalmaqaldır”
06 Oktyabr 2025 11:49
Finlandiya İsraili “Eurovision” dan kənarlaşdırmağı tələb edir
25 Mart 2025 23:06
İsrailin “Eurovision” dan qovulması ilə bağlı səsvermə təxirə salındı
14 Oktyabr 2025 16:28
İtaliya Estoniya təmsilçisinin “Eurovision 2025”dən kənarlaşdırılmasını tələb edir
05 Mart 2025 19:18
Baxış sayı:107
Bu xəbər 22 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















