Icma.az
close
up
RU
Sabah ın gənc ulduzu Avropada parlayır

Sabah ın gənc ulduzu Avropada parlayır

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası (U-20) 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçiriləcək FİFA U-20 Dünya çempionatında  həm də ev sahibi kimi iştirak edəcək. Portuqaliyanın U-21 yığmasında uzun müddət uğurlu nəticələr qazanmış Rui Jorje Azərbaycanın U-20 komandasını Dünya çempionatına hazırlayır. 

Hazırda U-20 millisinin heyətinə yeni oyunçuların cəlb edilməsi prosesi davam edir. Komanda 2027-ci il Dünya çempionatına ev sahibi kimi hazırlaşdığı üçün baş məşqçi Rui Jorje davamlı olaraq yeni adları sınayır və rotasiyalar edir. Hazırkı heyətdə İspaniyanın "Barselona" (İbrahim Babayev) və "Marset" (Səttar Tahirzadə), eləcə də Türkiyənin "Keçiören Spor" (Həsən Nəzərli) klublarının üzvləri yer alır.

Azərbaycan çempionu, “Sabah” klubunun yetirməsi İslam Həsənov U-20 millisinə cəlb edilməsi ən çox gözlənilən və izlənilən əsas potensial legionerlərdən biridir. 2008-ci il təvəllüdlü hücumameyilli yarımmüdafiəçi hazırda Serbiyanın nəhəng klubu "Srvena Zvezda"nın U-18/U-19 akademiyasında çıxış edir və Azərbaycanın gənc istedadları arasında xüsusi seçilir. İslam ölkəmizin U-19 millisinin aparıcı üzvüdür. Yaşı hələ 18 olduğu üçün o, Rui Jorjenin 2027 Dünya çempionatı üçün quracağı U-20 yığmasının əsas namizədlərindən biri hesab olunur.

Futbolçu karyerasına "Sabah" klubunda başlayan İslam Həsənov 2023-cü ildə 76 qol vuraraq AFFA U-15 Liqasının bombardiri olub. Daha sonra Serbiyanın "Srvena Zvezda" klubuna transfer edilib. Bir müddət "Srvena Zvezda"nın əvəzedici komandası sayılan "Qrafiçar"da forma geyinib, U-19 Liqasında "Partizan" kimi rəqibin qapısına qələbə qolu vurub. İcarə müddəti bitdikdən sonra "Srvena Zvezda"ya   qayıdıb. Klubun rəhbərliyi İslamı əsas komandaya keçid üçün potensial namizəd kimi görür. Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarına, o cümlədən U-17 və U-19 yığmalarına mütəmadi olaraq dəvət alır.

Atası futbol məşqçisi olduğuna görə  uşaqlıqdan tez-tez stadionda olub və futbola həvəsi də məhz buradan başlayıb. Futbolda ilk addımlarını  “Qarabağ” idman klubunda atıb  və ilk məşqçisi elə atası Elvin Həsənov olub.

Elvin Həsənov Zəngilan rayonunda doğulub, məlum səbəblərdən valideynləri ilə Bakıya köçüblər.  10 yaşından Hövsanda məşqlərə başlayıb, “Şəfa”da, “Xəzər Lənkəran”ın əvəzedicilərində və “Şərurspor”da forma geyinib. Zədə səbəbindən erkən yaşda peşəkar oyunçu karyerasını bitirib, İdman Akademiyasının futbol fakültəsində təhsil alıb və məşqçilik karyerasına başlayıb.  “Qarabağ”,  “Vətən” və “Sabah” komandalarında uşaq  məşqçisi kimi çalışıb.

"Sabah"ın U-16 komandası ilə Azərbaycan çempionatlarında 3 dəfə qızıl, 2 dəfə gümüş və 1 dəfə bürünc medal qazanıb. 

Son illərdə Azərbaycanın İkinci Liqasında baş məşqçi kimi "Quba" və "Şəki Siti" komandalarında çalışıb. 

Mütəxəssislərin fikrincə, İslam Həsənov yüksək texniki hazırlığı və hücum potensialı ilə Azərbaycan futbolunun ən parlaq perspektiv vəd edən gənclərindən biridir. O, Avropa futbolunun tələblərinə uyğun keyfiyyətləri ilə diqqət çəkir. Hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayır.  Topla gözəl rəftar edir və kreativliyi ilə seçilir, intuitiv oyun tərzi, meydançanı görmə qabiliyyəti və qəfil ötürmələri ilə hücum xəttində yaradıcı funksiyası diqqət çəkir.

Futbolçunun əsas hədəfi Serbiya klubu ilə Avropa arenalarında debüt etmək və gələcəkdə Top-5 ölkələrinin ən güclü klublarında forma geyinməkdir.

 2027-ci ildə ölkəmizdə keçiriləcək Dünya çempionatında onun Rui Jorjenin rəhbərlik etdiyi U-20 millimizin əsas hücum silahlarından biri olacağı gözlənilir. Avropadakı fiziki və taktiki hazırlıq metodları onun həmyaşıdlarından daha üstün formalaşmasına kömək edir. İslam fiziki inkişaf faktorundan danışarkən  Avropa futbolunda atletik gücün və trenajor hazırlığının rolunu xüsusi vurğulayır. 

Serbiyadakı intensiv dərslər, təlim-məşq toplanışları onun gələcəkdə böyük futbola və milli komandaya tam hazır vəziyyətdə keçidini təmin edəcək.

Hazırda Beynəlxalq Avropa Universitetinin  1-ci kursunda təhsil alan İslamın uşaqlıqdan sevdiyi klub “Real Madrid”dir, kumiri isə Kriştiano Ronaldodur.  

Qəzetimizə müsahibəsində gənc futbolçu deyir: “İdmanda və təhsilimdə bugünədək qazandığım uğurlara və daimi dəstəyə görə valideynlərimə minnətdaram. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan futbolunda çox tanınmış və tarix yazmış oyunçular olub. 2004-cü ildə UEFA-nın versiyasına görə, Anatoli Banişevski ölkəmizdə son 50 ilin ən güclü futbolçusu seçilib. Ələkbər Məmmədov isə 1955-ci ildə Moskva “Dinamo”sunun heyətində  “San-Siro” stadionunda 100 min italyan azarkeşinin tamaşa etdiyi oyunda “Milan”a 4 qol vuraraq böyük rekorda imza atıb. Bu cür əfsanəvi oyunçular mənim üçün böyük motivasiyadır”.  

Dünən Belqraddan aldığımız xəbərə görə, İslam Həsənov çempionatın növbəti görüşündə FC 011 komandasına qol vurmaqla bir daha fərqlənib.

Rizvan CƏFƏROV
Azərbaycan qəzeti

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://sportal.az
archiveBu xəbər 07 İyun 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri