Icma.az
close
up
RU
Avropada ABŞ ordusunun Patriot raketləri ilə bağlı narahatlıq: Ehtiyatlar azalır

Avropada ABŞ ordusunun Patriot raketləri ilə bağlı narahatlıq: Ehtiyatlar azalır

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az Associated Press-ə istinadla xəbər verir ki, bunun əsas səbəblərindən biri ABŞ-nin İranla müharibəsi fonunda raket ehtiyatlarının Avropadan Yaxın Şərqə köçürülməsidir.

ABŞ-nin Avropadakı və NATO rəsmisi anonimlik şərti ilə bildiriblər ki, hazırda Avropada yerləşən Patriot raketlərinin ehtiyatı davamlı ballistik raket hücumlarının qarşısını almaq üçün kifayət deyil. Onların sözlərinə görə, hətta tək bir genişmiqyaslı zərbə zamanı belə ABŞ və NATO-nun bölgədəki hava hücumundan müdafiə imkanları ciddi şəkildə məhdudlaşa bilər.

Patriot sistemləri Rusiyanın ballistik raketlərini ələ keçirə bilən azsaylı hava hücumundan müdafiə vasitələrindən biridir. NATO ərazisində hərbi obyektlərə və ya mühüm infrastruktura genişmiqyaslı raket zərbəsi endiriləcəyi təqdirdə, alyans ölkələrinin Ukraynadakı vəziyyətə bənzər problemlərlə üzləşə biləcəyi bildirilir.

Məlumata görə, ABŞ-nin raket ehtiyatlarının azalmasına son altı aydır davam edən İranla müharibə də təsir edib. Bir sıra Amerika tutucu raketləri Avropadan Yaxın Şərqə göndərilib. ABŞ və müttəfiqləri isə İranın raket və pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə sistemlərindən fəal şəkildə istifadə edirlər.

Bununla belə, NATO və Pentaqon Avropada Patriot raketlərinin “kritik” səviyyədə çatışmadığı barədə məlumatları təkzib edir. Alyansın sözçüsü polkovnik Martin O'Donnell bu iddianı yalan adlandırıb. Pentaqon da ABŞ-nin sursat ehtiyatlarının kritik həddə çatması ilə bağlı xəbərləri rədd edib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, İranla müharibə ABŞ-nin Patriot ehtiyatlarının təxminən 65 faizinin, yəni 2 330 tutucu raketdən təxminən 1 500-nün istifadəsinə səbəb olub. ABŞ-nin 2026-cı ilin sonunadək təxminən 600 belə raket istehsal etməyi planlaşdırdığı, istehsal gücünün isə 2030-cu ilə qədər ildə 2 000 raketə çatdırılmasının nəzərdə tutulduğu bildirilir.

Eyni zamanda, Avropadakı ABŞ ordusunun ATACMS taktiki ballistik raketlərinin çatışmazlığı ilə də üzləşdiyi qeyd olunur. Lakin hücum xarakterli sursatlarla bağlı vəziyyətin o qədər də ciddi olmadığı bildirilir. Buna səbəb Avropa ölkələrinin “Taurus” və “Storm Shadow” kimi öz uzaqmənzilli raket sistemlərinə malik olmasıdır.

Avropa ölkələri hava hücumundan müdafiə sahəsində yaranan çatışmazlığı öz sistemləri hesabına qismən kompensasiya etməyə ümid edirlər. Almaniyanın sentyabr ayında Avropanın ilk Patriot raket istehsalı müəssisəsini açacağı, ilk tədarüklərin isə gələn ilin əvvəlində həyata keçirilə biləcəyi gözlənilir.

Bununla yanaşı, Rusiyanın NATO ölkələrinə raket zərbəsi endirməsi ilə bağlı təhlükənin hazırda yüksək qiymətləndirilmədiyi bildirilir. Ekspertlər hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi Moskvanın eyni vaxtda NATO ərazisinə qarşı genişmiqyaslı hava kampaniyası aparmaq imkanlarını məhdudlaşdırır.

Elvin

Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Avqust 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri