“Patriot” raketləri ilə bağlı ABŞ ın tərəddüdü KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampdan 300 ədəd “Patriot” raketi istəməsi Vaşinqtonun Kiyevə hərbi dəstəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bununla belə, Ağ Ev bu məsələ ilə bağlı hələlik yekun qərar verməyə tələsmir.
Bəs, ABŞ administrasiyasının ehtiyatlı mövqeyinin arxasında hansı siyasi və geosiyasi amillər dayanır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Vaşinqton hazırda “Patriot” raketlərinin Ukraynaya verilməsi məsələsində ehtiyatlı siyasət yürüdür.
“Rusiya ABŞ-ın bu silahları Kiyevə göndərməməsi üçün diplomatik səylərini davam etdirir. Eyni zamanda, İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla təmaslarında Ukrayna-Rusiya müharibəsində vasitəçilik perspektivini ön plana çıxarması da Vaşinqtonun hərbi yardım qərarını ləngidən amillərdən biri kimi qiymətləndirilə bilər”, – deyə politoloq bildirib.
Məhəmməd Əsədullazadənin fikrincə, ABŞ-ın hərbi yardımın göstərilməsini gecikdirməsi faktiki olaraq Rusiyaya müəyyən güzəşt kimi qəbul oluna bilər. O hesab edir ki, bu yanaşma strateji baxımdan doğru deyil və əksinə, Vaşinqtonun maraqlarına zidd nəticələr doğura bilər.
“Rusiyanın Ukraynadakı mövqelərinin daha da güclənməsi ABŞ-ın həm beynəlxalq nüfuzuna, həm də qlobal geosiyasi planlarına ciddi zərbə vurur. Bu baxımdan, Tramp administrasiyasının hazırkı mövqeyi Amerikanın uzunmüddətli geosiyasi maraqları ilə tam uzlaşmır”, – deyə politoloq vurğulayıb.
Aynurə İsmayıl,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 04 Avqust 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















