Icma.az
close
up
RU
Avropada artıq başa düşürlər ki, Tramp Putinin tərəfdaşı kimi çıxış edir ŞƏRH

Avropada artıq başa düşürlər ki, Tramp Putinin tərəfdaşı kimi çıxış edir ŞƏRH

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Rusiya-Ukrayna müharibəsi artıq 4-cü ildir ki, davam edir. ABŞ Prezidenti Tramp bildirdi ki, qısa müddətdə müharibəni dayandıracaq. Doğrudan da, görünən odur ki, o, buna çalışır. Ancaq fevralın 28-də Vaşinqtonda olan Tramp və Zelenski görüşü tənəzzülə uğradı".

Bu fikirləri Redaktor.az-a politoloq Elşad Həsənov Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsi üçün ABŞ lideri Donald Trampdan "təhlükəsizlik zəmanəti" istəməsi mövzusundan danışarkən bildirdi.

"Zelenski Trampın dediyi kimi sülh ilə razılaşmadı. Ukrayna torpaqlarının Rusiyada qalmasını istəmədi. Həm də Ukraynaya “təhlükəsizlik zəmanətinin” verilməsini tələb etdi. Amma ABŞ Prezidenti bundan imtina etdi. Bununla belə görüş uğurlu sonlanmadı. Martın 2-də Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmer və Avropa İttifaqı liderlərinin iştirakı ilə razılığa gəldilər ki, Ukraynaya kömək etsinlər. Onun “təhlükəsizlik təminatı” haqqında məsələ gündəmdədir. Ukrayna Prezidenti bildirdi ki, bağlanılacaq sazişə Putin əməl etmir".

Politoloq qeyd etdi ki, Putin artıq 25 dəfə atəşkəs razılaşmasını pozub.

"Ukrayna da müharibə aparır. Buna görə də etibarlı və dayanıqlı “təhlükəsizlik zəmanəti” istəyir. Məhz NATO-nun və ya tək Amerikanın özünün zəmanəti ilə, yəni bufer zonaya NATO-nun qüvvələri yerləşdirilsin. Rusiya həmin ərazilərə hücum etməkdən çəkinsin. Avropa Birliyi artıq Amerikanın, Tramp hakimiyyətinin apardığı siyasəti analiz edərək, başa düşürlər ki, Tramp Putin hakimiyyətinin tərəfdaşı kimi çıxış edir. Ona görə də Avropa İttifaqının özünün “təhlükəsizlik konsepsiyası” yaranmalıdır. NATO-dan fərqli yeni ordu yaratmaq istəyirlər. Bu haqda artıq debatlar gedir. Çünki onlar bilir ki, Amerika belə mövqe sərgiləsə, təbii ki, sabahı gün Putin Avropa ölkələrinə hücum edə bilər".

E.Həsənov bildirdi ki, Tramp Avropa ölkələrindən tələb edir ki, onlar ümumi daxili məhsulun 5 faizini hərbi xərclərə ayırsın.

"İndiki dövrdə Avropa ölkələrinin bəzilərində 1 faiz, 1 faiz yarım hərbi xərclərə ayrılır. Bu 5 faiz olarsa, Rusiyanın qarşısında durmağa güc hazırlanar. Yaxın zamanlarda Avropa ölkələri bildirdilər ki, onlar Ukraynanı haqlı işində dəstəkləyəcəklər. Etibarlı və dayanıqlı təhlükəsizlik məsələsi həll oluna bilər. Bu, o zaman olacaq ki, onun üçün yeni qüvvələr, silahlar alınmalıdır. Ukraynanın öz ordusu güclü olmalıdır ki, Rusiya hücum edən zaman əks tədbirlər görülsün. Ukrayna-Rusiya müharibəsinin yaxın zamanda dayanacağı gözlənilmir. Məhz bu səbəbdən Zelenski çalışır ki, Ukrayna ordusuna Qərbin yeni silahları verilsin. Onlar da öz torpaqlarını işğalçılardan qoruya və azad edə bilsinlər", - deyə politoloq qeyd etdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Mart 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri