Icma.az
close
up
RU
Tramp Putinin vəkili kimi çıxış edir AÇIQLAMA

Tramp Putinin vəkili kimi çıxış edir AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Ər-Riyadda keçirilən görüş əsasən Rusiya və ABŞ arasında münasibətlərin normallaşdırılmasına həsr olunub desək, yanılmarıq. Çünki görüşün Rusiya-Ukrayna müharibəsinin müzakirəsi adı altında məhz Rusiya-ABŞ münasibətinin yaxşılaşdırılması üçün keçirilib".

Bunu mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi. Onun sözlərinə görə, burada xüsusilə Rusiya İnvestisiya Fondunun rəhbəri Dmitriyevin müsahibəsi diqqət çəkir:

"O, ABŞ rəsmilərinin diqqətinə çatdırdı ki, bu dövrdə ABŞ milyard dollarlar itirib. ABŞ Prezidenti bildiyimiz kimi biznesmendir. Onu ən çox maraqlandıran biznes, pul məsələsidir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Trampa çağırışı oldu ki, Ukrayna torpaqlarını Putin işğal edib, təbii mineralları Rusiyanın istifadə etməyindənsə, siz bizə kömək edin, biz ABŞ ilə birlikdə torpaqlardakı mineralları çıxaraq və birlikdə istifadə edək. Anındaca ABŞ da sənəd hazırladı ki, 50 faiz Ukraynanın təbii sərvətlərinin istismarı və emalı ABŞ-yə verilsin. Zelenski buna təbii ki, razılıq vermədi. Fevralın 18-də görüş keçirildi. Görüşdə Rusiya-Ukrayna məsələləri haqqında elə ciddi bir razılığa gəlinməyib. Burada əsas olan məsələ odur ki, Rusiya-Ukrayna məsələsinin həlli üçmərhələli istiqamətdə həyata keçirilsin. Atəşkəsə nail olunmalıdır, Ukraynada seçkilər keçirilməlidir. Seçkilərin keçirilməsi Putinin tələbidir. Son olaraq sülh danışıqları aparılıb, müqavilə imzalanmalıdır".

Politoloq qeyd etdi ki, Tramp hakimiyyətə gəldikdən sonra, həm Avropa İttifaqının, həm ABŞ-nin aparıcı siyasətçilərinin fikrinin əksinə olaraq Putinin vəkili kimi çıxış edir:

"Bu isə gələcəyin daha da gərgin olacağını göstərir. Bu səbəbdən Avropa İttifaqının liderləri görüş keçirdilər. Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı müzakirələr apardılar. Təbii ki, burada heç bir nəticə alınmadı. Bəziləri bildirir ki, Ukraynaya əsgər yardımı göstərilsin. Ancaq konkret nəticə əldə olunmadı. Böyük Britaniyanın baş naziri bildirdi ki, o, bu günlərdə təcili olaraq Trampla görüş keçirəcək. Trampa Rusiya-Ukrayna münaqişəsi ilə bağlı öz məsləhətlərini verəcək. Hələ ki, sülh müharibəsinin əldə olunmasından danışmaq tezdir. Zelenski özü Ukraynanın iştirakı olmadan Ukraynadan danışılmasını qəbul etmir. Bu görüşü eyni zamanda Avropa İttifaqının liderləri pisləyib. Çünki onlar da danışıqlarda iştirak etmək istəyirlər. Marko Rubio görüş başa çatdıqdan sonra bildirdi ki, gələcəkdə Rusiya-Ukrayna məsələsinin müzakirəsində Ukrayna və Avropa İttifaqının rəhbərləri iştirak edəcək. Hesab edirəm ki, bu, son günlərdə Avropa İttifaqının rəhbərlərinin ABŞ-yə təzyiqi nəticəsində baş verir. Yaxın günlərdə düşünürəm ki, Putin-Tramp görüşü keçiriləcək və görüşdə əsas məsələ atəşkəsə nail olmaq olacaq".

E.Həsənov bildirdi ki, atəşkəsə nail olduqdan sonra həm Rusiyanın tələbləri, həm Ukraynanın tələbləri paralel olaraq dinlənilməli, ortaq məxrəcə gəlinməlidir.

"Hər iki tərəf güzəştdə getməlidir. Bu halda sülhə nail olmaq olar. Sülhün əldə olunması asanlıqla başa gəlməyəcək. Buna günlər, aylar, ciddi cəhdlər lazımdır. Artıq ABŞ bu yolda müvafiq işlər aparır. Real şəraitə uyğun olaraq Rusiya da, Ukrayna da sülh istəyirlər. Çünki hər iki tərəfdə həm hərbi ləvazımat, hərbi güc çatışmazlığı, həm də canlı insan qüvvəsi çatmır. Bu səbəbdən müharibəni dayandırmaq lazımdır", - deyə politoloq vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri