Icma.az
close
up
RU
Tramp Putinin vəkili kimi çıxış edir, Ukrayna ABŞ nin yardımı olmadan Rusiya ilə müharibə apara bilər ŞƏRH

Tramp Putinin vəkili kimi çıxış edir, Ukrayna ABŞ nin yardımı olmadan Rusiya ilə müharibə apara bilər ŞƏRH

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"ABŞ-nin Ukraynaya dəstəyi olmasa, vəziyyət gərginləşə bilər. Bunu həm də Avropa İttifaqı istəmir. Ona görə də Avropa İttifaqının rəhbərləri fevralın 17-19-da toplaşdılar ki, onlar Ukraynaya yardım etsinlər ki, o, müharibədə uduzmasın. Çünki Avropa İttifaqının üzvləri bilirlər ki, əgər Ukrayna uduzsa, onun təhlükəsizliyi təmin olunmasa, gələcəkdə Rusiya Avropa İttifaqına, NATO ölkələrinə, ilk növbədə Pribaltika, Balkan ölkələrinə hücum edəcək və onları işğal edəcək".

Bu fikirləri politoloq Elşad Həsənov Redaktor.az-a Ukrayna-Rusiya münaqişəsini şərh edərkən dedi. Onun sözlərinə görə, müharibədə yeni atəşkəsə nail olmaq, danışıqlarla sülh bağlamaq mümkündür:

"ABŞ Prezidenti Donald Tramp fevralın 18-də Ər-Riyadda keçirilən Rusiya-ABŞ görüşlərindən və Putinlə telefon danışığından sonra öz mövqeyini sanki dəyişdi. Birtərəfli olaraq Rusiyanın mövqeyini dəstəkləməyə başlayıb və demokratik yolla Ukraynaya prezident seçilən Volodimir Zelenskini aşağılayıb, onu diktator adlandırdı. Təbii ki, bu, beynəlxalq ictimaiyyətdə bir ajiotaj yaratdı. Onun bu sözü hamıda qıcıq doğurdu, çünki Zelenski diktator deyil, Zelenski Rusiyaya hücum etməyib, əksinə Rusiya müstəqil, suveren ölkəyə hücum edib. Bütün bu hücumlar da dünya ictimaiyyətinin gözü qabağında olub, bu müharibədə də 100 minlərlə insan həlak olub, yaralanıb, şəhərlər, kəndlər dağılıb. Trampın belə danışması, belə ritorika işlətməsi təbii ki, etirazlara səbəb oldu. Onun apardığı bu siyasətə artıq ABŞ-nin özündə etirazlar səslənir. Konqresdə onun qəbul etdiyi qərarları qəbul etmirlər. Eyni zamanda Nyu-York meri Trampın verdiyi qərarı qəbul etmədiklərini bildirirlər. Yəni Tramp hakimiyyətə gələndən sonra bir qarışıqlıq yaradıb. Onun ən düzgün yolu odur ki, müharibəni dayandırsın".

Politoloq bildirdi ki, bu gün ABŞ-nin yardımı olmadan Ukrayna özündə olan silah-sursatla hələ yarım il sərbəst Rusiya ilə döyüşlər, müharibə apara bilər.

"Bundan əlavə Avropa İttifaqı, Ukraynaya yardımları daha da artırır. Onlar istəmir ki, müharibədə Rusiya qələbə qazansın və bunun üçün də ciddi çalışırlar. Elə Makronun Vaşinqtona səfəri məhz Trampın fikrini dəyişdirmək məqsədi daşıyır. Rusiya-Ukrayna müharibəsinin obyektiv qiymətləndirilməsini istəyirlər və bunun üçün də Makron ora gedib. Eyni zamanda fevralın 27-də Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtona səfər edəcək, Trampla görüşüb o da Ukraynaya dəstək üçün danışıqlar aparacaq. Yəni hələlik tam necə mənzərə aydın deyil. Çünki hamının gözlədiyi məsələnin əksinə olaraq, Tramp bir növ Putinin tərəfdarı, onun vəkili kimi çıxış edir. Hətta Birləşmiş Millətlər Təşkilatının fevralın 24-də qəbul etdiyi qətnaməni də geri çəkməyi tələb etdi. Ancaq Ukrayna və Avropa İttifaqı bu qətnaməni geri götürmədilər və Birləşmiş Millətlər Təşkilatı da qətnaməni qəbul etdi. Yəni orada göstərildi ki, Rusiya işğalçı ölkədir, işğal edib və öz qoşunlarını suveren Ukrayna ərazisindən çıxarmalıdır.

Ona görə də yaxın zamanlarda Rusiya Ukrayna müharibəsində atəşkəsə nail olsa, gələcəkdə danışıqlar yolu ilə o ərazi iddialarını təmin etmək olar. Təbii ki, burada həm Rusiya, həm də Ukrayna bir-birinə nədəsə güzəştə getməlidir və müharibəni dayandırmalıdır. Müharibə dayandırılandan sonra artıq Fransanın və Böyük Britaniyanın 30 minlik qoşunu hazırdır ki, Rusiya-Ukrayna sərhədində yerləşsinlər", - deyə E.Həsənov qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Fevral 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri