Icma.az
close
up
RU
Avropada “ASAN mükafatı təqdim olunub

Avropada “ASAN mükafatı təqdim olunub

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səfərin ilk günü nümayəndə heyəti Buxarest şəhərində Tey Parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstəsi qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb. Dövlət Agentliyinin nümayəndə heyəti Rumıniya Hökumətinin Baş Katibliyinin təşkilatçılığı ilə keçirilən “Dövlət Sektorunda İnnovasiya Forumu”nda iştirak edib.
Açılış mərasimində Dövlət Agentliyinin sədri innovasiyaların və müasir texnologiyaların dövlət xidmətlərinin səmərəliliyinin artmasındakı rolu və bu istiqamətdə “ASAN xidmət” tərəfindən görülmüş işlər barədə məlumat verib. Forum çərçivəsində Rumıniyada dövlət xidmətləri sahəsində tətbiq olunan innovativ həllərin təqdimatı, həmçinin seçilmiş layihələrin mükafatlandırılması mərasimi baş tutub.
“ASAN xidmət” Rumıniya Hökumətinin təşəbbüsü və dəvəti ilə bu ölkədə dövlət xidmətləri sahəsində həyata keçirilmiş layihələrin cari il üzrə qiymətləndirilməsində və mükafatlandırılmasında iştirak edib. “ASAN xidmət” modelinin dövlət xidmətləri sahəsində innovasiyaların və rəqəmsal həllərin tətbiqi ilə əldə etdiyi qabaqcıl nailiyyətlərinə istinad edilərək müsabiqənin qaliblərindən biri Dövlət Agentliyi tərəfindən seçilib və qalibə xüsusi olaraq təsis olunmuş “ASAN" mükafatı təqdim olunub.
Xüsusi “ASAN" mükafatının qalibi Rumıniyanın Yaşı şəhəri tərəfindən həyata keçirilmiş layihə olub. Mükafatın qalibi olmuş layihənin nümayəndələri və Yaşı şəhər rəhbərliyi “ASAN xidmət” təcrübəsi ilə yerində tanış olmaq imkanı əldə edəcəklər.
Xüsusi olaraq qeyd olunmalıdır ki, “ASAN xidmət”ə dair mükafat ilk dəfə olaraq Avropa İttifaqı üzv ölkəsinin nümayəndələrinə təqdim olunub. Bundan öncəki dövrdə müvafiq mükafat Afrika qitəsində dövlət xidmətləri sahəsində qabaqcıl nailiyyətlər əldə etmiş dövlətlərin nümayəndələrinə təqdim edilib.
Forum çərçivəsində, həmçinin “ASAN xidmət”ə həsr edilmiş xüsusi sessiya keçirilib və Dövlət Agentliyinin nümayəndəsi tərəfindən müvafiq sahə üzrə ölkəmizin qabaqcıl təcrübəsi barədə geniş təqdimat edilib. Səfər zamanı baş tutan tədbir və görüşlərdə Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edir.
AzVision.az
Qalereya
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Dekabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri