Icma.az
close
up
RU
Avropada “əzələ” nümayişi

Avropada “əzələ” nümayişi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qitə geosiyasi və strateji mövqeyini gücləndirir

Kənardan baxdıqda Avropada qəribə bir sakitlik hökm sürür. Küçələrdə adi həyat ritmi davam edir, insanlar işə gedir, kafelər dolub-boşalır, amma bütün bu gündəlik axının altında dərin, hiss olunmayan bir titrəyiş gizlənilir. Sanki, qitə yaxın gələcəkdə nəyinsə dəyişəcəyini duyur. Ard-arda qəbul edilən yeni müdafiə paketləri də elə bundan xəbər verir.

Son illər Avropanın təhlükəsizlik gündəmi qəfil yuxudan oyanmış kimi sürətlə dəyişməyə başlayıb. Qitə uzun onilliklər ərzində “müharibələr keçmişin məsələsidir” düşüncəsi ilə yaşayıb, orduları kiçiltməyi modernləşmə hesab edib, müdafiəyə investisiyanı isə büdcə israfı kimi qələmə verib. Amma bu gün həmin ideologiyanın tamamilə dəyişdiyinin şahidi oluruq. “Qoca qitə” bir daha anlayır ki, təhlükəsizliyə laqeyd yanaşmaq nə sülh yaradır, nə də sabitlik.

Sülhü qorumaq üçün ona dayaqlar lazımdır. Avropa Parlamentinin iki gün əvvəl təsdiqlədiyi 1.5 milyard avroluq Avropa Müdafiə Sənayesi Proqramı (EDIP) də kontinentin müdafiə məsələsinə artıq həssaslıqla yanaşdığının əyani sübutudur. Şübhəsiz, müdafiə məsələsinə nəzarətin güclənməsinin əsas səbəbi Rusiya faktorudur. Avropanın illərlə “dialoq tərəfdaşı”, “enerji təminatçısı” kimi təqdim etdiyi rəsmi Moskva indi qitənin bütün müdafiə arxitekturasını silkələyən gücə çevrilib. Qitə gec də olsa dərk edib ki, müdafiə sənayesini bölünmüş saxlamaq, hər ölkənin öz ordusunu, təchizatını, doktrinasını ayrı-ayrılıqda inkişaf etdirməsi XXI əsrin təhlükələrinin qarşısını almaq üçün yetərli deyil. Bu kontektsdə “Birləşmiş Avropa” ideyası müdafiədə vahid düşüncə yaratmağa xidmət edir. EDIP-in mahiyyəti də bir növ bununla oxşardır.

Proqram Avropa daxilində istehsalı stimullaşdırmaqla yanaşı, qitənin silah sənayesini koordinasiya etməyə, istehsal zəncirini bir-biri ilə uyğunlaşdırmağa hesablanır. Sənaye standartları, komponent tələbləri, istehsal qaydalarının hər biri Avropanın parçalanmış müdafiə sistemini vahid mexanizmə çevirmək üçündür. Ən azı 65 faiz komponent tələbi isə Avropanın öz resurslarına istinad etmək niyyətindən irəli gəlir. Sözügedən istiqamətdə atılan addımlar üzv ölkələrin illərdir təlqin etdiyi strateji avtonomiya xəttinin praktik təcəssümü kimi də dəyərləndirilə bilər. İncə bir məqamı da vurğulamaq lazımdır ki, atılan addımlar Skandinaviya ölkələrinin ABŞ-la əməkdaşlığı saxlamaq istəyini də bloklamır. Müəyyən balans formalaşdırılır ki, bu da Avropa siyasətinə xas olan kompromis modelinin yeni nümunəsi kimi dəyərləndirilir.

Bəli, Avropa tədricən 1990-cı illərin illüziyalarından çıxır. Avropanın Müdafiəsi üçün Strateji Texnologiyalar Proqramı (STEP), İrəliləmiş Layihələrə Aktiv Dəstək Proqramı (ASAP), Avropa Müdafiə Fondu (EDF), Dayanıqlılıq, Əlaqəlilik və Təhlükəsizlik İnfrastrukturunun 2-ci Fəslinə dair Proqram (IRIS2) və nəhayət, EDIP kimi proqramların hər biri qitənin öz təhlükəsizliyini NATO-nun əllərinə buraxmasının yanlış olduğunu qəbul etməsi anlamına gəlir. ABŞ-ın prioritetlərini dəyişə biləcəyi ehtimalı da Avropanı narahat edir. Bu narahatlıq siyasi təhlillərin fonunda tez-tez “ABŞ artıq əvvəlki ABŞ deyil” cümləsində əks olunur. Bütün proseslərin fonunda Ukrayna Avropanın öz dəyərlərini nə dərəcədə müdafiə etdiyi və edəcəyi barədə sınaq meydanına çevrilib. EDIP-in Ukraynaya dəstək funksiyası da məhz bunu göstərir. Paralel olaraq “qoca qitə” nə Rusiyanı tamamilə düşmənləşdirmək istəyir, nə də onunla köhnə dostluq illüziyalarını davam etdirmək niyyəti güdür.

Artıq silah istehsalı ilə yanaşı, müdafiə sənayesinin beyin mərkəzləri, tədqiqat proqramları, hərbi innovasiya zəncirləri yenidən formalaşdırılır. Avropa özünü gələcəyin tətbiqi güc mərkəzi kimi görmək istəyir. Amma bütün bunlara baxmayaraq, Avropanın müdafiə psixologiyasında hələ də keçmişin izləri qalır. Qitə militarizmdən həmişə ehtiyat edib. İkinci Dünya müharibəsi Avropanın siyasi yaddaşına elə dərin çöküb ki, bu gün belə müdafiə büdcəsinin artırılması bəzən siyasi müzakirələrdə riskli addım kimi qəbul olunur. Amma reallıq daha sərtdir. Dəqiq desək, dünya artıq postmüharibə erasına qədəm qoyub və Avropa bu dövrdə öz rolunu müəyyən etməlidir.

Burada Azərbaycanın mövqeyi də maraqlıdır. Cənubi Qafqazda yerləşən ölkə olaraq rəsmi Bakı həm enerji resursları, həm də strateji mövqeyi ilə Avropanın diqqətindədir. Qitənin müdafiə və enerji siyasətində ölkəmizin rolu regionun stabilliyini təmin etmək üçün də əhəmiyyətlidir. Avropa Ukraynaya dəstək verib müdafiə sənayesini gücləndirərkən, regiondakı təhlükəsizlik balansını da nəzərə alır. Azərbaycan üçün bu, həm diplomatik, həm də iqtisadi imkanların artırılması anlamına gəlir.

Prosesin nəticəsi sadə olmasa da, aydındır. Avropa artıq sülhü qoruyacaq mexanizmlərə sahib olmaq istəyir. Proqramların davamlılığı və ardıcıllığı qitənin uzunmüddətli perspektivini də göstərir. Çünki həmin proqramlar kontinentin gələcəkdə qarşılaşa biləcəyi müxtəlif təhlükələrə adaptasiya olunmasına imkan yaradır. Hər bir proqram, hər bir investisiya qitənin texnologiya və sənaye baxımından əlavə, strateji və siyasi baxımdan dayanıqlı olmasını təmin edir. Ona görə də EDIP və digər müdafiə təşəbbüsləri qitənin strateji mədəniyyətini formalaşdırır desək, yanılmarıq.

Avropa anlayır ki, artıq diplomatiya və iqtisadi əlaqələrlə kifayətlənə bilməz, məhz müdafiə, hərbi koordinasiya və sənaye imkanları da qitənin geosiyasi mövqeyini qoruyacaq əsas vasitələrdir. Bu yanaşma, həmçinin, Avropanın gələcəkdəki qərar mexanizmlərini də müəyyənləşdirir və qitənin özünü qlobal siyasətdə güclü aktor kimi görməsinə şərait yaradır. Ehtimal olunur ki, gələcək perspektivdə Avropa həm sabitlik, həm təhlükəsizlik, həm də gələcək nəsillər üçün dayanıqlı mühit təmin etmək imkanı qazanacaq.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri