Icma.az
close
up
RU
Ermənistan təmsilçisi Simon: Mən də Jivanı dəstəkləyirəm

Ermənistan təmsilçisi Simon: Mən də Jivanı dəstəkləyirəm

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vyanada 70-ci "Avroviziya" mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib. Şəhər bələdiyyəsinin binasında (Rathaus) baş tutan tədbirdə iştirakçılar firuzəyi xalça üzərinə çıxaraq öz geyimlərini nümayiş etdiriblər. Xüsusilə Xorvatiya, İsveç və Bolqarıstan təmsilçiləri qeyri-adi libasları ilə diqqət mərkəzində olublar.
Demokrat.az xəbər verir ki, Azərbaycan təmsilçisi Jiva (Cəmilə Həşimova) da gecənin ən çox danışılan simalarından birinə çevrilib. Onun xalçanın rəngi ilə uyğunluq təşkil edən libası "L’arc" markasının qurucusu Kamilla Babayeva tərəfindən hazırlanıb. Qara dəri kəmərlərlə tamamlanan geyim iki hissədən ibarətdir. İfaçının imici üzərində isə tanınmış stilist Anar Ağakişiyev çalışıb.
Məşqlər barədə danışan Jiva hazırlıq prosesinin uğurla davam etdiyini bildirib. Səhnə performansının texniki çətinliklərinə toxunan müğənni deyib: “Mahnını oxuduğum müddətdə əlimdəki ipləri açmalı və tərəfdaşımdan qurtulmalıyam. Bu, kifayət qədər çətin tapşırıqdır. Rəqqasla hərəkətlərimiz saniyəsinə qədər dəqiq olmalıdır. Çox gözəl şou nümayiş etdirməyə çalışırıq”.
Müsabiqəyə yenidən qatılmaq istəyib-istəmədiyi ilə bağlı suala Jiva “100 dəfə qatılardım” cavabını verib. O, həmçinin Danimarka təmsilçisi Sörenlə gələcəkdə əməkdaşlıq etmək arzusunda olduğunu vurğuayıb.
Mərasim zamanı Ermənistan təmsilçisi Simon da suallarımızı cavablandırıb. O, Jiva ilə münasibətlərindən danışaraq qeyd edib: “Hər şey çox yaxşıdır. Jiva mənim kostyumuma adımı və 'Avroviziya 2026' sözlərini yazıb. Mən də onu dəstəkləyirəm”. Performansındakı sürprizləri sirr saxlayan Simon sadəcə çoxlu rəqs nömrələrinin olacağını bildirməklə kifayətlənib.
Tural Abdulla,
Vyanadan xüsusi olaraq Demokrat.az üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri