Icma.az
close
up
RU
Avropada insan haqları və ekoloji məsuliyyət davası

Avropada insan haqları və ekoloji məsuliyyət davası

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Hüquqi və siyasi qarşıdurma avroparlamentdə qütbləşmə yarada bilər

Bugünlərdə avroparlamentdə çoxluq təşkil edən deputat qrupları Avropa İttifaqının korporativ dayanıqlılıq qanununa dəyişiklik edilməsi barədə razılığa gəliblər. Əldə olunan razılaşma iqtisadi inkişaf və siyasi balansı qorumaq istiqamətində müşahidə edilən mürəkkəb dilemmanı əks etdirir. Ötən il iyulun 25-də qüvvəyə minən Avropa İttifaqının Korporativ Dayanıqlılıq üzrə Lazımi Araşdırma Direktivinin (CSDDD) əsas öhdəliklərinə görə, şirkətlər insan hüquqları və ətraf mühitin qorunmasına zidd fəaliyyətləri müəyyənləşdirməli və qiymətləndirməlidirlər. Bununla yanaşı, aşkarlanan risklərin qarşısını almaq, onları azaltmaq və ya aradan qaldırmaq üçün tədbirlər görmək mütləqdir.

Təsirlənmiş tərəflər üçün şikayət mexanizmləri yaradılmalı, lazımi araşdırma prosesləri korporativ siyasət və idarəetmə sistemlərinə inteqrasiya edilməlidir. Şirkət fəaliyyətindən zərər görmüş şəxslər üçün hüquqi müdafiə və ədalət imkanları təmin olunmalıdır. Sadalanan öhdəliklərin hər biri Məsuliyyətli Biznes Təcrübəsi üzrə Lazımi Araşdırma Qaydaları ilə uyğunlaşdırılıb və davamlı inkişaf, məsuliyyətli biznes praktikasını təşviq etməyi hədəfləyir. Əgər şirkətlər bu öhdəlikləri yerinə yetirməsələr, qlobal dövriyyələrinin 5 faizi qədər cərimə ilə üzləşə bilərlər. Lakin sənədin tətbiqi ilə bağlı yaranan siyasi və iqtisadi gərginlik Avropanı qanunda dəyişiklik etmək məcburiyyətində qoydu.

Hazırda CSDDD Avropanın ən mübahisəli məsələlərindən biri hesab olunur. Qanunun əhatə dairəsi də genişdir – 1000, yaxud daha çox işçisi olan və illik dövriyyəsi 450 milyon avronu keçən şirkətlər üçün bu qaydalar keçərlidir. Bu isə iri müəssisələrə həm əlavə məsuliyyət, həm də bürokratik yük anlamına gəlir. Brüssel rəsmiləri hesab edirlər ki, direktivi tətbiq etməzdən əvvəl şirkətləri mürəkkəb hesabat tələbləri ilə yükləmək iqtisadi aktivliyi zəiflədə bilər. Ona görə də qanunun daha praktik olması üçün müzakirələr aparılır. Təsadüfi deyil ki, Mərkəz-sağ Avropa Xalq Partiyası (EPP) sosialist və liberal qruplarla birgə qanunun tətbiq dairəsini məhdudlaşdırmaq barədə razılığa gəlib. Yeni qaydalara əsasən, qanun 5000 və ya daha çox işçisi olan, ən azı 1,5 milyard avro dövriyyəyə malik şirkətlər üçün tətbiq olunacaq. Bu isə o deməkdir ki, kiçik və orta müəssisələr artıq ağır öhdəliklərdən azad olacaq. Keçirilən rəy sorğularının əksəriyyətində direktivə ediləcək dəyişikliklərin onların gələcəkdə fəaliyyəti üçün problem yaradacağı düşünülür.

Qanunun yumşaldılması prosesində siyasi oyunlar da nəzərə çarpır. Ümumiyyətlə, Avropa Parlamentindəki fikir ayrılıqları qitənin siyasətinə təsir göstərir. Mərkəzçi, sağçı və solçu fraksiyalar arasında fikir fərqlilikləri Korporativ Davranış və Dayanıqlılıq Öhdəlikləri Direktivi kimi təşəbbüslərin qəbulunda kompromisin çətin tapılmasına gətirib çıxarır. Nəticədə direktivlər ya yumşaldılır, ya da tətbiq müddəti uzanır ki bu da Avropa İttifaqının beynəlxalq standartlarda liderlik rolunu zəiflədə bilər.

Parlamentdəki parçalanma üzv ölkələrin milli siyasi meyllərini də əks etdirir. Mərkəzçi qrupların direktivi yüngülləşdirmək qərarı iqtisadi maraqları sosial və ekoloji öhdəliklərdən üstün tutmaq meylini göstərir. Sağçı və populist qruplar isə bəzən iqtisadi müstəqilliyi ön plana çəkir və Avropa səviyyəsində vahid siyasi mexanizmlərin tətbiqinə mane olur. Üzv ölkələr arasında maraqların toqquşması və koalisiyaların dəyişkənliyi qərarların vahid şəkildə həyata keçirilməsini çətinləşdirir. Parlamentdəki parçalanma həmçinin Avropanın qlobal nüfuzuna təsir edir. Korporativ məsuliyyət və dayanıqlılıq standartlarının tətbiqi Avropanın beynəlxalq liderliyinə bağlıdır. Əgər kompromis tapmaq çətinləşirsə, qitə qlobal standartlarda lider mövqeyini itirə bilər.

Qanunun yumşaldılması ilə bağlı razılaşmanın səsvermədə qəbulolunma şansı yüksəkdir. Amma onun son variantı üzərində Aİ ölkələri ilə danışıqlar hələ başa çatmayıb. Brüssel rəhbərliyi daxili balansı təmin etmək üçün uğurlu diplomatik oyun aparmalıdır. Əslində qanunun özündə ehtiva etdiyi məsələləri təhlil etdikdə onun Avropada iş yerləri və investisiya mühitini daha az risk altında qoyacağı aydın görünür. Eyni zamanda, bu, qitədə siyasi qütbləşmənin və müxtəlif maraqların necə tənzimləndiyini göstərir.

CSDDD-yə dəyişikliklərin tətbiqi siyasi müstəvidə bir sıra problemlər yarada bilər. Üzv ölkələr, xüsusilə iqtisadi baxımdan zəif və ya sənaye strukturu mürəkkəb olan dövlətlərdə əlavə öhdəliklərin milli qanunvericiliyə müdaxilə kimi qiymətləndirilməsi mümkündür. Bu, Aİ daxilində balansın itirilməsinə və siyasi mübahisələrin dərinləşməsinə gətirib çıxara bilər. Xarici siyasət və diplomatik gərginlik riski də mövcuddur. Bir sıra ölkələrin Avropa bazarında fəaliyyət göstərən şirkətlərin yeni qaydalara uyğunlaşmasını tələb edərək ittifaqa diplomatik təzyiq göstərmək ehtimalı da var. Təzyiqlər Avropa İttifaqının xarici siyasətində balans yaratmaq və iqtisadi maraqları qorumaq üçün əlavə çətinliklər yarada bilər. Hüquq müdafiəçiləri və ətraf mühit təşkilatlarının da qanunun yumşaldılmasını tənqid edərək siyasi partiyalara və parlament qruplarına təzyiq göstərməsi mümkündür. Bu, həm daxili siyasi balansı, həm də qanunun həyata keçirilməsini çətinləşdirə bilər. Gələcəkdə siyasi qütbləşmənin dərinləşmə ehtimalı yüksəkdir. Hazırkı kompromis qısamüddətli balans yaratsa da, uzunmüddətli perspektivdə qanunun sərtləşdirilməsi və ya daha da yumşaldılması yeni mübahisələr doğuracaq. Bu, Avropa Parlamentində və üzv ölkələr arasında siyasi qarşıdurmaları artıraraq qərarvermə prosesini mürəkkəbləşdirə bilər.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

Direktivə edilən dəyişikliklərin kiçik və orta biznes sahibləri üçün problem yaratması o qədər də real görünmür. Çünki Avropa İttifaqı onlar üçün kifayət qədər geniş güzəştlər tətbiq edir. Hazırda Aİ-də məşğulluğun 64 faizi və ümumi daxili məhsulun 62 faizi kiçik sahibkarlar tərəfindən formalaşdırılır. Yəni kiçik sahibkarlar həm iqtisadiyyatın inkişafında əsas rol oynayır, həm də iş yerlərinin yaradılması, innovasiyaların tətbiqi və məşğulluğun təmin olunmasında böyük paya malikdir. Eyni zamanda, Aİ iqtisadiyyatın böyüməsi və inflyasiya meyllərini nəzərə alaraq kiçik sahibkarların fəaliyyətinin davamlı təsirini təmin edir. İşçi sayı və dövriyyə artdıqca, praktik olaraq güzəştlərdən faydalanan sahibkarların sayı da artır. Avropa İttifaqı növbəti mərhələdə kiçik sahibkarların dəstəyinin daha da gücləndirilməsini planlaşdırır. Bu baxımdan iqtisadi böyümə, alıcılıq qabiliyyəti və inflyasiya meyarları nəzərə alınaraq müvafiq addımlar atılır. Məqsəd yeni məhsulların payını müəyyən qədər kiçik sahibkarların payının artması hesabına tarazlaşdırmaq və nəticədə onların ümumi iqtisadiyyatdakı rolunu gücləndirməkdir. Avropa Komissiyası tərəfindən belə qərarlar mütəmadi olaraq müşahidə edilir.

Gözləntilər ondan ibarətdir ki, son qərarlar kiçik sahibkarların payının azalmasına səbəb olmayacaq. Məsələyə siyasi aspektdən baxdıqda isə direktivin tətbiq dairəsinin daraldılması üzv ölkələr arasında fikir ayrılıqlarını artıra bilər. Mərkəzçi qruplar tərəfindən təşəbbüslərin yumşaldılması isə bəzi üzv dövlətlərin iqtisadi və sosial maraqları ilə ziddiyyət təşkil edə bilər. Bu, xüsusilə insan hüquqları və ekoloji öhdəliklərin icrası baxımından problemlər yaradır, çünki bəzi ölkələr və fraksiyalar bu sahədə daha sərt standartları müdafiə etmək istəyir.

Parlament daxilindəki parçalanma, milli maraqların ön plana çıxması və ideoloji fərqliliklər direktivin yekdil şəkildə qəbulunu çətinləşdirir. Bu, enerji siyasəti, dayanıqlılıq və sosial məsuliyyət kimi strateji sahələrdə Avropanın vahid mövqeyinin zəifləməsi ilə nəticələnə bilər.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri