Icma.az
close
up
RU
Avropada qaz bahalaşır: Azərbaycan milyardlarla dollar əlavə gəlir əldə edəcək?

Avropada qaz bahalaşır: Azərbaycan milyardlarla dollar əlavə gəlir əldə edəcək?

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropanın əsas qaz ticarət mərkəzlərindən biri olan Niderlanddakı "Title Transfer Facility"də (TTF) mavi yanacağın qiymətində artım müşahidə olunur. Bu şəbəkədə noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 043 dollara yaxınlaşıb. Bahalaşma enerji bazarlarında baş verən dəyişiklikləri yenidən gündəmə gətirib.

Azərbaycanın 16 ölkəyə təbii qaz ixrac etdiyini nəzərə alsaq, Avropa bazarında qiymətlərin yüksəlməsi ölkəmiz üçün də iqtisadi baxımdan əhəmiyyət daşıyır.

Maraqlıdır, bəs görəsən, "qoca qitə"də qazın qiymətinin yüksəlməsi Azərbaycan üçün hansı müsbət iqtisadi nəticələr vəd edir? İxrac gəlirləri artacaqmı?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov qeyd edib ki, Azərbaycanının təbii qaz ixrac etdiyi ölkələrin 12-si Avropa İttifaqı coğrafiyasında yerləşir:

"Təbii ki, Avropa da daxil olmaqla, dünya bazarlarında təbii qazın qiymətinin artması Azərbaycanın dövlət qazanclarına təsir göstərir və gəlirlərin artmasına şərait yaradır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan növbəti illərdə Avropaya ümumilikdə 30 milyard kubmetrə yaxın təbii qaz nəql etmək niyyətindədir, bunun üçün yeni müqavilələrin və uzunmüddətli sazişlərin imzalanmasına ehtiyac var. Bu baş verəcəyi təqdirdə, Azərbaycan Avropa da daxil olmaqla, ümumilikdə təbii qaz ixracını artırmış olacaq.

Təbii qazın qiymətinin artması ölkəyə qaz ixracından daha çox valyuta daxil olması və enerji ixracının strukturunun dəyişməsi baxımından da əhəmiyyətlidir. Hazırda Azərbaycanın enerji ixracında əsas pay neftin üzərinə düşür. Belə ki, neft hasilatının azalmasına baxmayaraq, dünya bazarında neftin qiymətinin yüksək olması onun satışından ölkəyə daha çox valyuta daxil olmasına imkan yaradır.

2022-ci ildə Avropa bazarında təbii qazın qiymətinin kəskin artması nəticəsində Azərbaycanın neft və təbii qaz ixracından əldə etdiyi gəlirlər bərabərləşdi. Hətta müəyyən müddət ərzində Azərbaycanın təbii qaz ixracından əldə etdiyi valyuta gəlirləri neft ixracından əldə olunan gəlirləri üstələdi.

Lakin sonrakı dövrlərdə enerji ixracının strukturunda neft yenidən üstünlük təşkil etməyə başladı. Ona görə də Avropada təbii qazın qiymətində artım davam edərsə, bu, Azərbaycana daha çox valyuta daxil olmasına, eyni zamanda, enerji ixracında təbii qazın payının artmasına gətirib çıxara bilər".

İqtisadçı Eldəniz Əmirov Oxu.Az-ın sualına cavabında qeyd edib ki, Avropada təbii qazın bahalaşması Azərbaycan üçün ixrac gəlirlərinin artması baxımından əlverişli imkan yaradır:

Avropada qaz bahalaşır: Azərbaycan milyardlarla dollar əlavə gəlir əldə edəcək?

"Azərbaycan artıq Avropaya kifayət qədər böyük həcmdə qaz ixrac edir və bu bazarın əsas qaz təchizatçılarından biridir. Rəsmi statistikada göstərilən rəqəmlərə görə, 2025-ci ildə Azərbaycan ümumilikdə 25.2 milyard kubmetr təbii qaz ixrac edib. Bunun 12.8 milyard kubmetri məhz Avropa bazarına yönəldilib və orada satılıb.

2026-cı ilin ilk doqquz ayında, yəni ilk üç rübdə isə Azərbaycanın ümumi qaz ixracının həcmi 18,4 milyard kubmetr olub. Bunun 8.6 milyard kubmetri Avropaya ixrac edilib.

Bu baxımdan Avropada qaz qiymətlərinin yüksəlməsi Azərbaycan üçün əhəmiyyətlidir. Məsələn, şərti hesablama aparsaq, Avropaya ixrac edilən 12.8 milyard kubmetr qazın hər 1 000 kubmetrinin faktiki satış qiyməti orta hesabla 100 dollar artsaydı, Azərbaycanın illik ümumi satış gəliri əlavə olaraq 1.28 milyard dollar artardı.

Əlbəttə, bu, faktiki gəlir deyil. Sözügedən rəqəm qiymət artımının iqtisadi təsirini göstərən şərti hesablamadır".

Onun sözlərinə görə, burada digər amillər də rol oynayır:

"Məsələn, gəlirlərin payçılar arasında bölüşdürülməsi, infrastruktur xərcləri və digər məsələlər nəzərə alınmalıdır. Digər tərəfdən, yüksək qiymətlər yeni qaz yataqlarının işlənməsini, ixrac infrastrukturuna investisiya qoyuluşunu və uzunmüddətli satış müqavilələrinin bağlanmasını iqtisadi baxımdan daha əlverişli edə bilər. Bu da qeyd olunan istiqamətlərdə daha sərfəli mühitin formalaşmasına şərait yaradır.

Bir məqamı da qeyd edim ki, Avropada qaz qiymətləri əvvəlki dövrlərdə daha yüksək olub. Məsələn, 2022-ci ilin martında, enerji böhranı zamanı TTF qaz ticarət mərkəzində qiymət 1 000 kubmetr üçün 3 900 dollara çatmışdı. Hazırda isə qiymət 1 400 dollar civarındadır. Göründüyü kimi, qiymət əvvəlki maksimum səviyyə ilə müqayisədə təxminən dörd dəfə aşağıdır".

İqtisadçı əlavə edib ki, əsas məsələ Azərbaycanın qazı hansı qiymətə satmasından daha çox, satış zamanı hansı qiymət mexanizminin tətbiq olunmasıdır:

"Azərbaycan qazının mühüm hissəsi uzunmüddətli müqavilələr əsasında satılır, yəni ixrac olunur. Bu müqavilələrdə qiymətlər müxtəlif qaydalarla formalaşa bilər. Məsələn, bəzi müqavilələrdə Avropa qaz bazarının qiymət göstəriciləri, digərlərində isə neftin və neft məhsullarının qiymətləri nəzərə alınır. Buna görə də qiymət dəyişiklikləri müqavilələrdə müəyyən edilmiş qaydalardan asılı olaraq gecikmə ilə tətbiq oluna bilər. Bu səbəbdən, məsələn, TTF qaz ticarət mərkəzində 1 000 kubmetr qazın qiymətinin 1 043 dollara yüksəlməsi Azərbaycanın bütün qazını məhz bu qiymətə satması demək deyil.

Azərbaycan qazı əsasən boru kəmərləri vasitəsilə ixrac olunur. Avropaya qaz tədarükü Cənub Qaz Dəhlizi, o cümlədən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Xətti (TAP) boru kəmərləri vasitəsilə həyata keçirilir. Uzunmüddətli müqavilələrlə yanaşı, qaz ticarətində daha çevik kommersiya mexanizmlərindən də istifadə olunur. Bu mexanizmlərdən biri də svop müqavilələridir. Belə müqavilələr çərçivəsində qaz bir ölkəyə və ya məntəqəyə tədarük edilir, əvəzində isə razılaşdırılmış həcmdə qaz başqa bir məntəqədən təhvil alınır və ya çatdırılır. Fyuçers müqavilələrində isə şərtlər bir qədər fərqlidir. Bu müqavilələr gələcəkdə müəyyən edilmiş tarixdə qazın əvvəlcədən razılaşdırılmış qiymətə alınması və ya satılması ilə bağlı öhdəlikləri nəzərdə tutur.

Bir sözlə, Avropada qazın bahalaşması Azərbaycanın ixrac gəlirlərini artıra bilər. Lakin bu artımın real miqyası birja qiymətlərindən daha çox mövcud müqavilələrin şərtlərindən asılıdır. Eyni zamanda, gəlirlərin həcmi ixracın miqdarından və əlavə qaz tədarükü imkanlarından da asılı olaraq dəyişə bilər. Burada sonuncu bir məqamı da qeyd edim ki, qaz satışından əldə olunan ümumi gəlir bütövlükdə dövlət büdcəsinin gəliri demək deyil. Qazın hasilatı, nəqli və digər əməliyyatlarla bağlı müxtəlif xərclər mövcuddur. Bundan əlavə, bu layihələrdə iştirak edən şirkətlərin də payları var. Bununla belə, həmin şirkətlərin ödədikləri vergilər vasitəsilə qaz ixracı dövlət büdcəsinə müsbət təsir göstərir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Oktyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri