Icma.az
close
up
RU
Avropada yeni dünya müharibəsi həyəcanı

Avropada yeni dünya müharibəsi həyəcanı

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsveçrə xarici siyasətində neytrallıq prinsipindən niyə imtina edir?

Dünyada yaşanan kataklizmlər, xüsusilə də geosiyasi və geoiqtisadi qarşıdurmaların artması  fonunda milli dövlətlərin qarşısında dayanan  seçim etmək məsələsinin aktuallığı heç vaxt olmadığı qədər artıb. Güc mərkəzləri arasında qütbləşmə meyllərinin artdığı bir şəraitdə ayrı-ayrı milli dövlətlər mövqelərini müəyyənləşdirir və özlərinə etibarlı müttəfiqlər axtarmaq qayğısına qalırlar. Bunu şərtləndirən çoxsaylı amillər sırasında isə təhlükəsizliyin təmin olunması məsələsi önə çəkilir.

İsveçrə xarici siyasət prioritetini dəyişir

Bu günlərdə İsveçrə hökuməti ölkənin konstitusiyasında sərt bitərəfliyin qorunması, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməmiş sanksiyalarda Bernin iştirakının qadağan edilməsi barədə müddəanın təsbit edilməsinə qarşı çıxıb.

Bu barədə hökumətin məlumatında deyilir. Hökumət parlamentə 2025-ci ildə ümummilli referenduma çıxarılmalı olan bu təşəbbüsə mənfi münasibət bildirməyi tövsiyə edib.

“Federal Şura “İsveçrə bitərəfliyinin qorunması” federal xalq təşəbbüsü ilə bağlı müraciəti qəbul edib”, - məlumatda qeyd olunub. Hökumət Federal Məclisin palatalarına “bu təşəbbüsü rədd etməyi” tövsiyə edib, çünki hökumətin mövqeyinə görə, “konstitusiyaya sərt bitərəflik tərifinin daxil edilməsi İsveçrənin maraqlarına cavab vermir və xarici siyasət məsələlərində onun manevr məkanını azaldacaq”.

Bitərəflik məsələsinin ümumxalq səsverməsinə çıxarılması təşəbbüsü ilə əvvəllər ölkənin ən böyük siyasi qüvvəsi olan mühafizəkar İsveçrə Xalq Partiyasının (İXP) dəstəyinə arxalanan “Pro Suisse” ictimai təşkilatı çıxış edib. Bu ideyanın tərəfdarları konstitusiyada hərbi ittifaqlarda və BMT tərəfindən təsdiqlənməyən müharibə aparan dövlətlərə qarşı sanksiyalarda iştirakın qadağan edilməsini təklif edirlər.

İsveçrə hökumətindən gələn bu məlumat suallar yaradır. Məlumdur ki, İsveçrə xarici siyasətində neytrallıq prinsipinə üstünlük verən ölkə kimi tanınır. Konfederasiya şəklində idarə olunan İsveçrə tarixən inteqrasiya proseslərindən və beynəlxalq təşkilatlara qoşulmaqdan əksər hallarda imtina edib. Bir çox xüsusiyyətləri ilə digər dövlətlərdən fərqlənən İsveçrə  Avropanın mərkəzində yerləşsə də, Aİ-nin üzvü deyil. Qeyd edək ki, İsveçrə 1992-ci ildə Aİ-yə üzvlüyünə dair müraciət edib. Lakin isveçrəlilər elə həmin il keçirilmiş referendumda Aİ-yə  üzv olmağın əleyhinə səs veriblər. 2016-cı idə isə ölkənin Aİ-nin  təsisatlarına qoşulmasına  dair müraciəti geri çağrılıb.

Ancaq belə görünür ki, dünyada cərəyan edən proseslər bu ölkənin də xarici siyasət prioritetlərində korrektələr etmək zərurətini qarşıya çıxarıb. İsveçrənin perspektivdə hansı siyasi və yaxud hərbi blokun üzvü olacağını zaman göstərəcək və bu həm də ölkədə keçiriləcək referendumda cəmiyyətin mövqeyindən asılı olacaq. Onu da vurğulamaq yerinə düşər ki, İsveçrədə tez-tez referendumların keçirilməsi adi haldır.  Məsələn, İsveçrə referendum yolu ilə COVİD-lə bağlı müvafiq  qanun qəbul  edən azsaylı ölkələrdən biridir. Vətəndaşlar ölkədə keçirilən növbəti  referendumda COVID-19 qanununun 30 iyun 2024-cü ilə qədər uzadılmasına səs veriblər.

Ənənəvi siyasətdən geridönüşü şətləndirən amillər

Qeyd edək ki, birtərəflilik məsələsini növbəti dəfə gündəmə gətirən İsveçrə Xalq Partiyası ölkədə ən böyük siyasi qüvvələrdən biridir. Neytrallığa ciddi riayət olunması, ölkənin Avropa İttifaqı və NATO-da iştirak etməməsi və Ukrayna da daxil olmaqla, münaqişə zonalarına silahların təkrar ixracına qadağaların saxlanmasının tərəfdarı olan sağçı mühafizəkar İXP ötən il oktyabrın 22-də İsveçrədə keçirilən parlament seçkilərində qalib gələrək ölkənin ən böyük siyasi gücü statusunu möhkəmləndirib. Partiya Milli Şurada 62 yer qazanıb ki, bu da 2019-cu il seçkiləri ilə müqayisədə 9 yer çoxdur. Onu 41 mandatla Sosial Demokrat Partiyası izləyir.

Bəs İsveçrə hökumətinin ənənəvi siyasətdən geridönüşünü şətləndirən amillər hansılardır? Qeyd olunan məsələyə ilk növbədə Rusiya-Ukrayna müharibəsi kontekstində şərh vermək lazım gəlir. Belə narahatçılıqlar son vaxtlarda yalnız İsvecrədə deyil, əksər Avropa dövlətlərində müşahidə edilir ki, bu da daha çox dərəcədə Rusiya-Ukrayna müharibəsinin artıq qlobal səciyyə daşıması ilə bağlıdır. Kollektiv Qərb lap əvvəlindən müharibə tərəfi olan Ukraynanı dəstəkləyib və Rusiyaya qarşı silsilə sanksiyalar tətbiq edib. Son günlərdə isə Rusiya hücumların intensivliyini artırıb. O cümlədən Ukraynanın Dnepropetrovsk şəhərində yerləşən “Yujmaş” zavodu Rusiyanın atdığı ortamənzilli “Oreşnik” ballistik raketi ilə vurulub. Bununla bağlı Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edib. Müraciətdə Putin Ukraynanın ABŞ və Britaniya istehsalı olan uzaqmənzilli raketlərlə Rusiya ərazisini vurmasına cavab olaraq Rusiyanın Ukrayna ərazisini  ən müasir orta mənzilli “Oreşnik” raketi ilə vurduğunu açıqlayıb. Bu silahdan istifadə olunması Avropanın qorxulu röyasına çevrilib. İndi əksər Avropa dövlətləri üçüncü dünya müharibəsinə hazırlıqlar görürlər, o cümlədən paytaxt şəhərlərdə və regionlarda sığınacaqlar yaradılır. Avropa ölkələrində müşahidə edilən bu kimi proseslərdən o qənaət hasil olur ki, İsveçrənin ənənəvi neytrallıq siyasətindən imtina etməsi də yeni dünya müharibəsinə hazırlıq tədbirlərinin tərkib hissəsidir.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Noyabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri