Icma.az
close
up
RU
G20 yə yeni üzv qəbul ediləcək

G20 yə yeni üzv qəbul ediləcək

Icma.az bildirir, Modern.az portalına istinadən.

Birləşmiş Ştatlar 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək İyirmilik Qrupunun (G20) növbəti sammitinin iştirakçıları siyahısına Cənubi Afrikanın əvəzinə Polşanı daxil edib.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Dövlət katibi Marko Rubionun sözlərinə görə, ABŞ Polşanı Cənubi Afrikanın əvəzinə G20 sammitində iştirak etməyə dəvət edir.

Nəşrin yazdığına görə, Amerika rəsmiləri Varşava ilə tərəfdaşlıqlarını yüksək qiymətləndirərək, ölkənin 1989-cu ildə Varşava Müqaviləsi Paktından çıxmasından sonra uğurlu əməkdaşlığı qeyd ediblər. Rubio vurğulayıb ki, “bir vaxtlar dəmir pərdə arxasında qalan ölkə indi dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevrilib və G20-də öz layiqli yerini tutacaq”.

Qeyd olunur ki, Polşa uzun müddətdir ki, G20-yə qoşulmağa çalışır. Bu ilin sentyabrında ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Karol Navroçkini sammitə “müəyyən edilməmiş formada” dəvət edib. Cənubi Afrikanı Polşa ilə əvəz etmək qərarı Vaşinqtonun Pretoriyanı ağdərililərin hüquqlarını pozduğuna görə tənqid etməsi fonunda qəbul edilib.

Noyabrın 26-da Tramp Cənubi Afrikanın Mayami sammitinə dəvət edilməməsinə göstəriş verib. O bəyan edib ki, Cənubi Afrikada keçirilən G20-nin əvvəlki sammitindən sonra ölkə hakimiyyəti bağlanış mərasimində iştirak edən yüksək rütbəli ABŞ rəsmisinə prezidentlik səlahiyyətlərini verməkdən imtina edib. Prezident həmçinin qeyd edib ki, Cənubi Afrikada avropalı müstəmləkəçilərin övladlarına qarşı insan hüquqlarının pozulması davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri