Icma.az
close
up
RU
Avropalı deputatlar erməni “dəyənəyi” rolunda...

Avropalı deputatlar erməni “dəyənəyi” rolunda...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Qeyri-aktual mövzularla gündəmə gəlmək istəyənlər

Cənubi Qafqazda əbədi sülh prinsipinə əsaslanan proses aktiv fazaya qədəm qoyan kimi “üçüncü əl” - sülhə mane olmaq istəyən maraqlı mərkəzlər hərəkətə keçir. Qeyri-aktual mövzuları yenidən gündəmə gətirmək, onları maraq vasitəsinə, hətta alver predmetinə çevirmək uğrunda çalışan bu dairələrin məqsədi iki ölkə arasında normallaşma ilə bağlı aparılan danışıqlara hər hansı bir formada mane olmaq və ya prosesi az müddətə də olsa ləngitməkdir. Amma vəziyyət elə bir hal alıb ki, artıq erməni lobbisinin yalanları və ya qondarma iddiaları ciddi qəbul edilmir - bununla belə, prosesdə canfəşanlıq göstərənlərin iç üzü tam açılır.

Lobbinin yeni “yandaşları”...

Avropa məkanında kök atmış ermənipərəst qruplar və onların əlaltısına çevrilmiş ayrı-ayrı fərdlər də davamlı antisülh addımları ilə seçilirlər. Məsələn, isveçrəli deputatlar Erix Fontobelli və Lukas Reymann Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti doktor Con Aybner və Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Dağlıq Qarabağ üzrə İsveçrə Sülh Təşəbbüsü”nü təqdim etmək üçün bu ölkədə səfərdədirlər. Məqsəd “Azərbaycan hakimiyyəti ilə “Dağlıq Qarabağ”ın “köçkün” erməni əhalisinin nümayəndələri arasında beynəlxalq nəzarət altında könüllü, kollektiv və ləyaqətli qayıdış üçün danışıqlara yönəlmiş birbaşa dialoqa başlamaqdır”. Qeyd edək ki, iyulun 7-də nümayəndə heyəti ABŞ Dövlət Departamentində olub və dövlət katibinin köməkçilərinin müavinləri Ceyk Makqi və Monika Eyyqer Yakobsenlə görüşüb. Müzakirələrdə “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin hüquqları, eləcə də Cənubi Qafqazda və daha geniş regionda baş verən proseslər” müzakirə olunub.

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı proses onları qorxudur

Bayden-Blinken administrasiyasının ermənipərəst maraqlara himayədarlıq etməsi heç kimdə şübhə doğurmurdu və avropalı ermənipərəstlər də zaman-zaman bu məsələdən aktiv şəkildə istifadə etməyə çalışırdılar. Sirr deyil ki, əvvəlki illərdə məhz avropalı və amerikalı ermənipərəst dairələr ABŞ-ın keçmiş administrasiyasından “mədəd umurdular”. İndiki halda ABŞ adminstrasiyasının həm bölgəyə, həm də sülh prosesinə baxışı ortadadır. “Erməni qazanının çömçəsi” olmaq üçün canfəşanlıq etməyə çalışan avropalı “deputatlar”ın niyyəti isə yeni yalanlar uyduraraq lokal maddi mənafelərini təmin etməkdir. Oskanyanın onlara “qoşulması” isə bəlli bir məsələdir - Ermənistanın hazırkı gərgin daxili siyasi arenasında önə çıxmaq üçün xal qazanmağa çalışan keçmiş nazir məhz bu kimi yollarla diqqət mərkəzinə düşməyə çalışır. Amma o unudur ki, revanşizm arzusu Ermənistan üçün olduqca mənfi nəticələr doğura bilər.

Ermənipərəst qrupun ortaya qoyduğu “mövqe” bütünlüklə yalandan, qondarma iddialardan ibarətdir. Onların məqsədi son dövrlərdə qlobal səviyyədə ermənilərin əsl simasının açılmasına istiqamətlənən fəaliyyətə mane olmaqdır. Belə ki, Azərbaycan haqlı olaraq qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarında yaşamaq hüququnun bərpası istiqamətində fəal iş aparır. Artıq bir çox beynəlxalq təşkilatlar - İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı özünün Zirvə sammitlərinin yekun qətnamələrində bu fundamental hüququn bərpasının vacibliyini qeyd edir. Ölkəmiz beynəlxalq hüquqa söykənərək Qərbi Azərbaycandan zorla didərgin salınmış azərbaycanlıların haqqını tələb edir. Bundan narahatlıq keçirən erməni lobbisi yenidən ABŞ Dövlət Departamentinə üz tutmaqla guya, “konturarqument” formalaşdırmaq istəyir. Amma nəticə ortadadır - Qərbi Azərbaycandan, öz dədə-baba yurdlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqları mütləq şəkildə bərpa olunmalıdır və bu tələbə artıq beynəlxalq aləmdən ciddi dəstək verilir. 

Qrupun əsas məqsədi...

Qeyd edək ki, “İsveçrə Sülh Təşəbbüsü” (“Swiss Peace Initiative for Nagorno Karabakh”) İsveçrə parlamentinin aşağı və yuxarı palatalarında qəbul edilən 24.4259 saylı qətnamə əsasında Erix Fontobelli və Lukas Reymann daxil olmaqla 19 İsveçrə deputatının iştirak etdiyi çoxpartiyalı komitədir. Bu komandada həmçinin SDLT-nin (International Christian Solidarity / Christian Solidarity International - CSI) rəhbəri Con Aybner və Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan (“Artsax” insan hüquqlarını qoruma Komitəsinin sədri qismində) yer alır. Bu “təşəbbüs qrupu” bu ilin mayın 26-da Bern şəhərində yaranıb. Bu, qrup üzdə “beynəlxalq nəzarətli dialoq” “arzusunu” ortaya qoysa da, əsl mahiyyətdə erməni maraqlarının dəstəkçisi kimi lobbinin maliyyəsinə əsaslanan yeni bir mərkəz funksiyasını üzərinə götürüb. Onlar guya, İsveçrənin “neytrallığını” əsas gətirərək qondarma “erməni qaçqınları” mövzusunda “dialoq” istəyirlər - amma əsl istək, sülh prosesinə mane olmaq, ayrı-ayrı maraqları təmsil etməkdir. Əgər isveçli deputatlar bu kimi məsələlərə “neytral” mövqedən yanaşırdılarsa, 30 illik dövrdə azərbaycanlıların Qərbi Azərbaycandan qovulmasına, Qarabağdan qovulmasına niyə göz yumurdular?

İsveç dövləti bu təşəbbüsü dəstəkləmir - bununla bağlı mənbələrdə vurğulanır ki, “hökumət belə bir forumu təşkil etmək niyyətində deyil, çünki bu, Azərbaycanın ərazi bütövlüyü ilə uyğun gəlmir” - amma təşkilat İsveçrə hökumətinin deyil, parlamentin “təşəbbüsünü” irəli sürür.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyul 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri