Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

USAID “dikbaşlar”a qarşı “dollar” dəyənəyi

USAID “dikbaşlar”a qarşı “dollar” dəyənəyi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ və Avropanın bir sıra siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları dünyanın müxtəlif ölkələrində uzun müddət fəaliyyət göstəriblər. Onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirir və aldıqları təlimatlar əsasında ölkələrin siyasi hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmək missiyasını yerinə yetirirlər. USAID də onlardan biridir. Bu qurum xarici ölkələrdə qeyri-hökumət təşkilatlarına və müxtəlif layihələrə maliyyə vəsaitləri ayırmaqla dövlət çevrilişlərinə cəhd edib.

USAID-in Azərbaycandakı fəaliyyəti də məhz milli düşüncənin hədəf alınması, ayrı-seçkiliyin təşviqi və uğurlu diplomatik addımların ləkələnməsi kampaniyasından ibarət olub. Bundan başqa, USAID-dən maliyyələşən “Azadlıq radiosu”, “Amerikanın səsi” və müxtəlif ictimai təşkilatlar Azərbaycan haqqında dəfələrlə dezinformasiya xarakterli məlumatlar yayıblar. İstər 2020-ci ildəki 44 gün sürən Vətən müharibəsi, istər 2022-ci ilin sentyabrında Azərbaycan – Ermənistan sərhədində baş verən toqquşma, istərsə də Qarabağdakı separatçı qurumun varlığına birdəfəlik son qoyan 23 saatlıq antiterror tədbirləri zamanı təşkilat ölkəmiz əleyhinə reallıqdan uzaq məlumatlar yayıb. Guya, Azərbaycan cəmiyyəti müharibəyə qarşıdır. Hətta Azərbaycanın Ermənistan ərazisinə təcavüz etməsi barədə yanlış rəy yaratmağa da səy göstərilib.

Amma Qərb təsisatları, həmçinin USAID-lə əlaqəsi olan qrupların fəaliyyəti cəmiyyətdə heç bir dəstək almayıb, əksinə, 30 il təcavüzdən əziyyət çəkmiş, minlərlə şəhid vermiş və beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa etmiş ölkə sakinlərində ikrah hissi oyadıb.

44 günlük müharibə zamanı ordu sıralarında 1 nəfər də olsun fərarinin qeydə alınmadığı Azərbaycanda bu tip müzakirələr və təşkilatlanmalar, onlara maliyyə ayıranlar uğursuzluğa məhkum oldu. Elə buna görə də antiterror əməliyyatlarının başa çatdığı gün “no war”çılar üçün ayrılmış 80 layihəyə xitam verildi. Dərhal da pulla “no war”çı olanlar susdular. 

Qeyd etmək yerinə düşər ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün bərpası və yaradılan yeni reallıqlarla barışmaq istəməyən mərkəzlərin ortaq şəbəkəsinə çevrilmiş media subyektləri də cəmiyyətdə qeyri-sabitliyi təşviq edən yalan məlumatların tirajlanması ilə bağlı direktivləri də məhz USAID agentlərindən alırdılar.

Bu üzdəniraq qurumun Qarabağda “etnik təmizləmə” barədə “araşdırmaları” da məkrli fəaliyyətin nəticəsi idi. Amma nə qədər səy göstərsələr də Azərbaycanı “etnik təmizləmə aparan ölkə” kimi tanıtmağa nail ola bilmədilər. Bu azmış kimi, tarixi qələbəmizə də kölgə salmağa çalışdılar. USAID nökərləri ərazi bütövlüyümüzün bərpası və həyata keçirilən quruculuq işlərinə qarşı düşmən mövqe sərgilədilər. Halbiki, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər regionun inkişafına böyük təkan verməklə bərabər, investisiya cəlbediciliyini də xeyli dərəcədə artırıb. Dövlətimiz həmin əraziləri yenidən quraraq dünyanın ən gözəl guşələrindən birinə çevirməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə inamla irəliləyir. 

USAID-in Azərbaycanla bağlı pozucu fəaliyyətlərindən biri də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıdır. Tədbirin ölkəmizdə keçirilməsi barədə qərardan sonra anti-Azərbaycan qüvvələr daha da fəallaşdılar. USAID tərəfindən “COP29 tədbirləri ərəfəsində Azərbaycandakı erməni əsirlərin azad olunması“ kampaniyasına start verilməsi üçün “qrant layihələri” ayrıldı. Hətta 60 konqresmen ABŞ-ın sabiq dövlət katibi Antoni Blinkenə müraciət edərək COP29 ərəfəsində Azərbaycana təzyiqlərin artırılmasını və tədbirin baş tutmaması üçün lazımi addımlar atılmasını istədilər. Məlum oldu ki, bu təxribatçı fəaliyyətin maliyyəçisi də USAID-dir.

Bu təşkilatın ölkəmizdəki pozuculuq fəaliyyəti bunlarla bitmir. USAID maliyyələşdirdiyi təşkilatlar vasitəsilə Azərbaycanın müstəqil siyasətini yerli və xarici mediada “digər dövlətlərdən asılılıq” kimi təqdim edib və ölkəmizin ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirləri gözdən salmağa çalışıb. Buna misal kimi “Eurovizion”, “Formula-1” yarışlarını göstərmək yetərlidir. 

Həmçinin, ölkəmizdə keçirilən seçkilərin gözdən salınması üçün “saxtalaşdırılma”ya dair əsassız ittihamlar səsləndirib. Qurum əlaltıları, eyni zamanda, kiçik sosial problemlərin siyasiləşdirilməsi və vətəndaş qarşıdurmasının yaradılması, iqtidar-xalq birliyinin sarsıdılması üçün təbliğat aparıb. Yenə də istəklərinə nail ola bilmədilər. Həm yarışlar, həm də seçki kampaniyalarının ədalətli və şəffaf keçirilməsi xarici mətbuatın səhifələrində yüksək qiymətləndirilib.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı bildirdi ki, son günlər bu təşkilatın ziyankar fəaliyyəti gündəmi zəbt edib: “USAID və onun qaranlıq fəaliyyəti hamıya bəllidir. Vətəndaş cəmiyyəti üzvlərinə, ictimai fəal şəxslərə və qeyri-hökumət təşkilatlarına səxavətli qrantlar, maliyyə dəstəyi və ianələr ayırmaqla öz çirkin niyyətlərini həyata keçiriblər. Ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməyə, qeyri-sabitlik, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb, bu sahədə “gərgin” işlər görüblər. İnqilab cəhdlərinin önündə məhz xaricdən maliyyələşdirilən QHT-lər dayanıb. Bunlar USAID, NED (Demokratiyaya Dəstək Milli Fondu) tərəfindən maliyyələşdirilən təşkilatlardır. Onları artıq ABŞ-ın yeni administrasiyası açıq şəkildə tənqid edir.

USAID Azərbaycana qarşı da daim pozucu fəaliyyətdə olub. Qurum həmişə ermənipərəst mövqeyi ilə seçilib və haylara böyük məbləğdə maliyyə dəstəyi göstərib. Maliyyə dəstəyi əsasən revanşizmə xərclənib, Azərbaycanla düşmənçiliyin daha da artırılmasına xidmət edib. Bu faktlar belə bir təşkilatın ölkəmizdə fəaliyyətinə və yardımlarına ehtiyacın olmadığını təsdiqləyir”.

Milli Məclisin deputatı Arzu Nağıyev isə deyib ki, USAID Azərbaycanda 34 il fəaliyyət göstərib: “O zaman Azərbaycan torpaqları işğal altında idi və USAID dədə-baba torpaqlarından qaçqın düşən azərbaycanlıların üzləşdiyi problemlərin həllinə “soyuq” yanaşırdı. Hələ İkinci Qarabağ müharibəsi zamanı USAID-in dövlətimizə qarşı kampaniya aparması da yaddaşlardan silinməyib. Azərbaycanda oturub işğalçıların müdafiəsinə qalxırdılar. COP29 sammiti ərəfəsində insan hüquqları məsələlərini qabartmaqla ölkəmizə qarşı təzyiq kampaniyası aparmağa çalışırdılar.

Bir sözlə, USAID fəaliyyəti dövründə heç vaxt ikitərəfli humanitar əməkdaşlığın inkişafının təşviqi ilə bağlı bəyan edilmiş məqsədlərə cavab verməyib. Təşkilat ölkələr daxilində xaos yaradan media orqanları və QHT-lərin əsas sponsoru olub.

USAID-in Azərbaycandakı fəaliyyətinin dayandırılması ilə bağlı qərar bilavasitə milli maraqların və təhlükəsizliyin təmin olunması, xarici qüvvələrin dövlətin daxili işlərinə qarışmaq cəhdlərinin qarşısının alınması üçün labüd addımdır”.

Pünhan ƏFƏNDİYEV 
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see560

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see547

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see540

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see459

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see436

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see353

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see330

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see302

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see301

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri