Icma.az
close
up
RU
Avropanın ABŞ a güvənci azalıb

Avropanın ABŞ a güvənci azalıb

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa qitəni “nüvə çətiri” altına toplamaq istəyir

Dünən Brüsseldə Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçirildi. Əsas mövzu “ReArm Europe” (Avropa ordusunun yenidən silahlandırılması) proqramının müzakirəsi oldu. Aİ-nin hərbi proqramı milli müdafiə sənayesinə investisiyaların artırılmasını və Avropa təhlükəsizliyinin təmin edilməsində ABŞ-dan asılılığın azaldılmasını nəzərdə tutur. Fransa prezidenti Emmanuel Makronun xalqa müraciətində açıqladığı tezislər də onu göstərir ki, “köhnə dünya” təhlükəsizlik və müdafiə sənayesi məsələsində böyük və ciddi dəyişikliyə hazırlaşır.

AK rəhbəri Ursula Fon der Lyayen Aİ-nin müdafiəsini 150 milyard avro gücləndirmək planını martın 4-də təqdim etmişdi. Xanım Lyayenin proqnozlarına görə, yeni tədbirlər 800 milyard avronun səfərbər edilməsinə və Ukraynaya yardımın artırılmasına kömək edəcək. AK rəhbəri əmin olduğunu bildirmişdi ki, bu, Aİ-nin öz müdafiəsi və təhlükəsizliyi üçün məsuliyyəti üzərinə götürməyə və Ukraynaya yardımı artırmağa hazır olduğunu göstərir. Xanım Lyayenin sözlərinə görə, yeni fond vasitəsilə Aİ ölkələri müştərək alışlar həyata keçirə və hərbi texnikanın təcili tədarükü ilə Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə artıra biləcəklər.

Prezident Vladimir Zelenski də sammitə dəvət olundu. Sammitdə Ukraynaya yardımla bağlı hər hansı bir qərarın qəbul ediləcəyi bilinmir. Məsələ ondadır ki, Ukrayna məsələsi sammitin gündəliyinə salınmışdı, lakin Macarıstan Baş naziri Viktor Orbanın etirazından sonra Aİ liderləri AK rəhbərinin təqdim etdiyi planı müzakirə edib təsdiqləyəcəklər. Bütün bunların fonunda Aİ-nin fövqəladə sammiti ərəfəsində “Euractiv” nəşri Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın Ukraynaya 20 milyard avroluq yardım paketinin ayrılması təklifinin yekun bəyanat layihəsindən çıxarıldığını yazmışdı. “Euractiv” Kaja Kallasın təşəbbüsünün Macarıstan tərəfindən əngəlləndiyini iddia edir.

Bununla belə, Brüsseldəki bir sıra mənbələr sammitin mərkəzi mövzularının - Ukraynanın müdafiəsi və Avropanın təhlükəsizliyinin bir-biri ilə sıx əlaqəli olduğunu vurğulayırlar. Sammitdə Avropa sənaye bazasının gücləndirilməsinə yönəlmiş kütləvi müdafiə investisiyaları üçün yeni alətləri təsdiq edəcəyi gözlənilir ki, bu da Aİ-nin gələcəkdə Ukraynanı dəstəkləmək qabiliyyətini gücləndirəcək. Aİ-nin məmurları bildirirlər ki, fövqəladə sammitdə qəbul ediləcək qərarlar yalnız başlanğıcdır: “Avropa tarixində yenidən silahlanmaya həsr olunmuş yeni səhifədir”. Diplomatların və rəsmilərin fikrincə, Aİ-nin bu məsələdə mövqeyi yekdildir və hətta Macarıstan ilə bağlı da heç bir problem olmamalıdır.

Bəs Budapeşt etiraz etsə, necə olacaq? Aİ mənbələri deyirlər ki, üzv ölkələr Ukrayna ilə bağlı bəyanatını Macarıstansız da qəbul etməyə hazırdırlar və bu da onlara güzəştə getmədən məsələni həll etməyə imkan verəcək. Avropa diplomatı martın 5-də keçirdiyi brifinqdə demişdi ki, “Birlik vacibdir, lakin güclü bəyanatlar da vacibdir”. Onun sözlərinə görə, Macarıstana bununla bağlı nə siyasi, nə də şifahi heç bir güzəşt müzakirə olunmur. Sözlər həlledici olacaq, 26 ölkə də çoxdur, lakin “ kənarda tək dayanmaq olduqca tənhadır”.

Beləliklə, bu təlatümlü zamanlarda Aİ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və Brüssel bunu 27 və ya 26 ölkə adından yeni bəyanatında vurğulamaq istəyir, həmçinin 2025-ci ildə Kiyevə yardım üçün 30 milyard avrodan çox vəsait ayırmaq niyyətindədir. Eyni zamanda, Aİ üzvlərinin əksəriyyəti, Aİ-nin yüksək rütbəli rəsmisinin sözlərinə görə, Ukraynaya qarşı daha da böyük öhdəliklər götürə biləcəklərini iddia edirlər, lakin hələlik heç kim əlavə yardım üçün konkret rəqəmlər səsləndirmir. Əlbəttə, “Qoca qitə”ni ABŞ-ın Ukraynaya və Avropaya münasibəti çox əndişələndirir. Xüsusilə də qitənin təhlükəsizlik məsələsində NATO-nun rolunun dəyişib-dəyişməyəcəyi müzakirə olunur. Bu mənada Fransa prezidenti Emmanuel Makronun son sözləri diqqəti cəlb edir.

Xatırladaq ki, martın 5-də Makron xalqa müraciətində bildirdi ki, sülh Moskvanın şərtləri ilə bağlana bilməz: “Ukraynada sülhün nə qədər tez bağlanmasından asılı olmayaraq, biz Rusiya təhlükəsini tanımalı və cavab verə bilmək üçün daha güclü silahlanmalıyıq. Çoxlu silah istehsal ediləcəyini vurğulayan Makron Fransa ordusunu da təriflədi. Onu “Avropanın ən effektiv ordusu” adlandıran Fransa prezidenti əlavə etdi ki, ölkənin üzləşdiyi təhlükələri nəzərə alaraq, onu daha da genişləndirmək lazımdır. Makron bir sıra iddialar da səsləndirdi: “2030-cu ilə qədər Rusiya ordusunu daha 3000 tank və 300 təyyarə ilə təchiz etməyi planlaşdırır. Rusiyanın Ukraynada dayanacağına kim inana bilər? Təhlükələrlə dolu bir dünyada tamaşaçı qalmaq dəlilikdir”.

Fransa prezidenti müraciətində nüvə çəkindirməsi mövzusuna xüsusi toxundu. “Mən inanıram ki, Birləşmiş Ştatlar bizim tərəfimizdə qalacaq”,- deyən Makron həm də xəbərdarlıq etdi ki, işlər başqa cür də ola bilər və Avropa təkbaşına özünü müdafiə etməli olacaq. Onun fikrincə, avropalıların ümumi “nüvə çətiri” olmalıdır. Hazırda Avropa qitəsində iki ölkənin nüvə silahı var: Fransa və Böyük Britaniya birlikdə 500-dən çox nüvə başlığına malikdir. Almaniyanın gələcək kansleri Fridrix Merts də bu imkanların “bölüşdürülməsini” müzakirə etmək arzusunu ifadə edir. Emmanuel Makron da “Köhnə dünya”nı öz nüvə çətiri altına almağa hazır olduğunu bildirir. Makronun sözlərinə görə, gələn həftə davamlı sülhün bərqərar olunmasında iştirak etmək istəyən ölkələrin dövlət başçılarını bir araya toplayacaq. Fransa prezidenti, həmçinin bildirir ki, NATO-ya sadiq qalırlar, lakin müstəqillik də gücləndirilməlidir: “Avropanın gələcəyi Vaşinqton və Moskvada həll edilməməlidir”.

Amma Makronun Avropanı “nüvə çətiri” altında toplamaq istəyi Moskvada birmənalı qarşılanmadı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Makronun nüvə ritorikasının Rusiya üçün birbaşa təhdid olduğunu bildirdi. Rusiyalı nazirin sözlərinə görə, Fransa rəhbəri öz reputasiyasını qorumaq üçün “tamamilə düşünülməmiş hərəkətlərə əl ata bilər”. Lavrov Emmanuel Makronun Rusiyanın “Avropa və Fransaya qarşı müharibə” hazırlaması ilə bağlı bəyanatını da “ağılsız ittihamlar” adlandırdı. Öz növbəsində Kremlin mətbuat katibi Dmitri Peskov Makronun bəyanatlarını “çoxkonfrontasiyaslı” kimi qiymətləndirir və əlavə edir ki, Fransa prezidentinin nüvə ritorikası Parisin müharibəni davam etdirməyə çalışması hissi yaradır.

Səbuhi MƏMMƏDOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri