Icma.az
close
up
RU
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir?

Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir?

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Britaniyanın nüfuzlu The Guardian nəşrində Patrick Wintour tərəfindən qələmə alınan “A bridge, not an obstacle: is Armenia a new crossroads between east and west?” ( Körpü olmaq, maneə olmamaq: Ermənistan Şərqlə Qərb arasında yeni kəsişmə nöqtəsinə çevrilirmi? ) məqaləsi Ermənistanın geosiyasi transformasiyasını təsvir etməklə yanaşı, bu prosesə müəyyən ideoloji çərçivə də verir. Yazı formal olaraq analitik xarakter daşısa da, onun ümumi tonu və vurğuları Nikol Paşinyanın siyasi kursunu legitimləşdirən narrativin bir hissəsi kimi çıxış edir.

Məqalənin mərkəzi ideyası Ermənistanın “maneə”dən “körpü”yə çevrilməsi tezisi üzərində qurulub: “The challenge is how to become a bridge rather than an obstacle.” (“Əsas çağırış Ermənistanın maneə yox, körpüyə çevrilməsidir”)

Bu tezis təsadüfi deyil. O, Ermənistanın regional rolunun yenidən tərif olunması cəhdidir. Yazıda qeyd olunur ki, Azərbaycanla sülh və Türkiyə ilə sərhədlərin açılması Ermənistanı Avropa ilə Asiya arasında strateji tranzit nöqtəsinə çevirə bilər:“The shortest route between east and west goes through Armenia." (“Şərqlə Qərb arasında ən qısa yol Ermənistandan keçir”)

Bu yanaşma Paşinyanın irəli sürdüyü “Real Armenia” konsepsiyası ilə üst-üstə düşür. Bu model tarixi iddialardan imtina etməyi və praqmatik siyasət yürütməyi nəzərdə tutur: “Real Armenia doctrine requires making a painful peace." (“Real Ermənistan doktrinası ağrılı bir sülhə getməyi tələb edir”)

Bu fikir sadəcə sülhün zəruriliyini deyil, onun alternativsiz seçim kimi təqdim edildiyini göstərir.

Maraqlıdır ki, bu narrativ təkcə “The Guardian”la məhdudlaşmır. Qərbin digər aparıcı media qurumlarında da oxşar yanaşma müşahidə olunur. BBC Ermənistanın siyasətini belə təsvir edir: “Armenia is seeking to reduce its reliance on Russia and build closer ties with the West.” (“Ermənistan Rusiyadan asılılığını azaltmağa və Qərblə daha sıx əlaqələr qurmağa çalışır”)

Bu yanaşma Ermənistanın Rusiya orbitindən uzaqlaşmasını problem yox, normal və məntiqi proses kimi təqdim edir. Eyni xətt Politico tərəfindən daha açıq ifadə olunur: “Pashinyan has steered Armenia away from Moscow’s orbit.”(“Paşinyan Ermənistanı Moskvanın təsir dairəsindən uzaqlaşdırıb”)

Bu cümlədə Paşinyan passiv fiqur kimi deyil, aktiv transformasiya aparan lider kimi təqdim edilir.

Reuters isə daha texniki və diplomatik dillə eyni məzmunu ifadə edir: “Armenia is diversifying its foreign policy beyond its traditional alliance with Russia.” (“Ermənistan xarici siyasətini ənənəvi Rusiya ittifaqından kənara doğru şaxələndirir”)

Bu ifadə zahirən neytral görünsə də, mahiyyət etibarilə eyni istiqaməti göstərir: Ermənistanın gələcəyi Moskva ilə deyil, daha geniş geosiyasi seçimlərlə əlaqələndirilir.

Bütün bu sitatlar birlikdə vahid informasiya çərçivəsi yaradır. Bu çərçivədə Ermənistan:

keçmişdə Rusiyaya bağlı,
bu gün transformasiya edən,
gələcəkdə isə Qərbə inteqrasiya olunan dövlət kimi təqdim edilir.

Paşinyan isə bu transformasiyanın əsas memarı kimi göstərilir.

Qərb mediasında Ermənistanla bağlı formalaşan yanaşma təsadüfi və pərakəndə deyil, əksinə, ardıcıl və sistemli narrativ üzərində qurulub. The Guardian kimi nüfuzlu nəşrdə yer alan fikirlər bu yanaşmanın əsas konturlarını aydın şəkildə göstərir.

Məqalədə Ermənistanın yerləşdiyi mühit “a five-way tug of war between Russia, the US, Turkey, Europe and Azerbaijan.” (“Rusiya, ABŞ, Türkiyə, Avropa və Azərbaycan arasında beştərəfli mübarizə”) kimi təqdim olunur. Bu yanaşma ölkəni sadəcə regional aktor kimi deyil, qlobal geosiyasi rəqabətin mərkəzində yerləşdirir.

Bu kursun məntiqi davamı kimi isə belə bir tezis irəli sürülür: “Peace and open borders are the right path for Armenia and the whole region” (“Sülh və açıq sərhədlər Ermənistan və bütün region üçün doğru yoldur”).

Bütün bu yanaşma birlikdə onu göstərir ki, Qərb mediası Ermənistanın gələcəyini sülh, açıq sərhədlər və Qərbə inteqrasiya xətti üzərindən konseptual şəkildə çərçivələndirir. Bu istiqamət təkcə mümkün variant kimi deyil, həm də rasional və zəruri yol kimi təqdim olunur.

Əlbəttə, bu yanaşma tənqidsiz deyil. Məqalədə müxalifətin mövqeyinə də yer verilir. Lakin bu mövqelər daha çox emosional və ya populist kontekstdə təqdim olunur. Bu isə oxucuya dolayı şəkildə hansı tərəfin daha “rasional” olduğu barədə mesaj verir.

Qərb mediasında formalaşan bu düşüncə sadəcə informasiya vermir. O, siyasi seçimləri çərçivələndirir və müəyyən istiqamətləri legitimləşdirir. Paşinyanın siyasəti açıq şəkildə dəstəklənməsə də, onun alternativsiz və rasional yol kimi təqdim edilməsi faktiki olaraq eyni nəticəni doğurur.

Qərb mediası Paşinyanı müdafiə etdiyini elan etmir, amma onun kursunu yeganə realist seçim kimi təqdim edir.

Elbəyi Həsənli.Sürix

P.S Bu kontekstdə ABŞ dövlət katibi Marco Rubionun Ermənistana növbəti səfəri də təsadüfi deyil. Bu cür səfərlər sadəcə diplomatik protokol deyil — onlar siyasi siqnaldır. Vaşinqton bununla açıq şəkildə göstərir ki, Ermənistan artıq onun diqqət mərkəzindədir və regionda yeni geosiyasi düzənin qurulmasında rol oynayır. Bu, Paşinyanın yürüdüyü kursun Qərb tərəfindən qəbul edildiyini və dəstəkləndiyini göstərən növbəti mesajdır. Belə səfərlər həm daxili auditoriyaya, həm də Moskvaya ünvanlanır: Ermənistanın istiqaməti dəyişir və bu dəyişiklik artıq təkcə söz yox, real siyasi hərəkətlərlə müşayiət olunur.

Elbəyi Həsənli. Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 May 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri