Icma.az
close
up
RU
Avropanın gerçəkliyə qayıdış zərurəti

Avropanın gerçəkliyə qayıdış zərurəti

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan, ABŞ və gözəgörünməyən digər strateji amillər

Cənubi Qafqazda son illər formalaşan yeni geosiyasi reallıqlar regionun siyasi xəritəsini köklü şəkildə dəyişib. Bu dəyişikliklərin mərkəzində Azərbaycan dayanır. Uzun illər münaqişə və qeyri-müəyyənliklə diqqət mərkəzində olan Cənubi Qafqaz bu gün Bakının təşəbbüsləri və prinsipial mövqeyi sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan artıq regionda təkcə proseslərin iştirakçısı deyil, onların məzmununu və istiqamətini müəyyən edən əsas siyasi və strateji mərkəzdir. Bu mövqenin formalaşmasında ölkənin balanslaşdırılmış, müstəqil və praqmatik xarici siyasət xətti həlledici rol oynayıb.

Yeni reallığın mühüm dayaqlarından biri Azərbaycan və ABŞ arasında ardıcıl inkişaf edən çoxşaxəli əməkdaşlıqdır. Rəsmi Bakı ABŞ ilə münasibətlərini qarşılıqlı maraqlar, beynəlxalq hüquq normaları və regional sabitliyin möhkəmləndirilməsi üzərində qurub. Vaşinqton da öz növbəsində Bakının postmünaqişə dövründə Cənubi Qafqazda oynadığı sabitləşdirici rolunu dəstəkləyir. Bu yanaşma təsadüfi deyil. Çünki Azərbaycan münaqişədən sonra revanşizm və qarşıdurma yolunu deyil, sülh, əməkdaşlıq və inteqrasiya xəttini seçib.

Xüsusilə Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycanın irəli sürdüyü 5 təməl prinsip region üçün alternativsiz sülh yol xəritəsi kimi çıxış edib. Dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından imtina, təhlükəsizliyə təhdid etməmək, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi müddəalar beynəlxalq hüququn fundamental normalarına əsaslanır. Bu prinsiplər yalnız iki ölkə arasında münasibətlərin tənzimlənməsi üçün deyil, bütövlükdə Cənubi Qafqazın sülh və iqtisadi inteqrasiyası üçün real hüquqi baza yaradıb. Məhz bu konstruktiv və şəffaf yanaşma Azərbaycanın ABŞ və digər Qərb paytaxtlarında etibarlı tərəfdaş imicini möhkəmləndirib.

Bu məsələdə TRIPP təşəbbüsü Azərbaycanın regional və qlobal əhəmiyyətini artıran mühüm layihədir. ABŞ-ın layihəyə strateji dəstək verməsi onun təkcə iqtisadi deyil, həm də geosiyasi mahiyyətindən irəli gəlir. TRIPP Avrasiyada uzun illər formalaşmış asılılıqları azaldan, alternativ və müstəqil əlaqələr sistemi yaradan yeni geosiyasi xətt deməkdir. Azərbaycanın bu prosesdə aparıcı rol oynaması Bakının regional balans yaradan əsas aktor statusunu bir daha təsdiqləyir.

Eyni zamanda, Avropa İttifaqı (Aİ) üçün də Azərbaycanın strateji əhəmiyyəti mübahisə mövzusu ola bilməz. Bu əhəmiyyət çoxdan iqtisadi çərçivəni aşaraq təhlükəsizlik və geosiyasi müstəviyə keçib. Bu qurum Azərbaycanın ən böyük ticarət tərəfdaşı və aparıcı investorudur. Azərbaycan və Aİ Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə Naxçıvan dəmir yolu layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlamaq barədə razılığa gəlməsi də göstərir ki, Brüssel ilə Bakı arasında mövcud ticarət və investisiya əlaqələri qarşılıqlı asılılıq və maraqlara əsaslanan möhkəm təməl üzərində qurulub. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılan Azərbaycan qazı qitənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu layihə Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaldıb, enerji xəritəsində real alternativ yaradıb və strateji təhlükəsizliyə birbaşa töhfə verib.

Məhz bu amillər Avropanın Azərbaycanla münasibətlərini köhnə yanaşmalar və selektiv meyarlar əsasında deyil, real maraqlar əsasında qurmalı, ölkəmizi bu proseslərin mərkəzi tərəfdaşı kimi qəbul etməlidir. Yəni qarşılıqlı faydalı əməkdaşlığa kölgə salmaq istəyən qüvvələr də var. Bəzi Avropa siyasi dairələrində hələ də emosional, subyektiv və selektiv yanaşmaların şahidi oluruq. Xüsusilə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iştirakını dondurmasını siyasi təzyiq alətinə çevrilmək cəhdləri mövcud strateji tərəfdaşlıq ruhuna daban-dabana ziddir. Dialoq platforması olması nəzərdə tutulan qurumların qərəzli və bəzən islamofob çalarlı yanaşmaları, əslində Avropa institutlarının regional proseslərdəki obyektivliyinə və effektivliyinə kölgə salır.

Bundan başqa, Aİ-nin bəzi siyasi sənədlərində Ermənistanla əlaqələrə üstünlük verilməsi münasibətlərə mənfi təsir edir. Azərbaycan tərəfi haqlı olaraq bu yanaşmanı postmünaqişə dövrünün reallıqlarına uyğun olmayan, qərəzli mövqe kimi qiymətləndirməklə xəbərdarlıq edib ki, belə addımlar Brüssel–Bakı xəttində əməkdaşlığın inkişafına mənfi təsir göstərə bilər. Rəsmi Bakının mövqeyi aydındır: Azərbaycan onunla kənar geosiyasi planların fonunda deyil, bərabərhüquqlu tərəfdaş kimi rəftar edilməsini gözləyir.

Onu da əlavə edək ki, bu kimi neqativ hallara baxmayaraq Aİ-nin Avropanın enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan və Qərblə münasibətlərini getdikcə gücləndirən Azərbaycan kimi tərəfdaşa böyük ehtiyacı var. “EU Today” kimi nüfuzlu nəşrlərdə dərc olunan məqalə də bundan xəbər verir. Qəzet yazır ki, Aİ Azərbaycanla əməkdaşlıqda maraqlı olmalıdır. Tanınmış ekspert Qeri Kartraytın vurğuladığı kimi, Azərbaycan Ermənistanla 30 illik münaqişədən təkcə hərbi-siyasi qalib kimi deyil, həm də Qərbə yönələn, regional sülhü və inteqrasiyanı təşviq edən rasional tərəfdaş kimi çıxıb. O qeyd edib ki, rəsmi Bakının ərazi bütövlüyünü təmin etdikdən sonra iqtisadi yenilənməyə və diplomatik əlaqələrə, xüsusən də Qərblə inteqrasiyaya üstünlük verməsi qısamüddətli siyasi gediş deyil, dərin struktur dəyişiklikdir. Bu, Azərbaycanın uzunmüddətli strateji seçimini Qərb dəyərləri və iqtisadi sistemi üzərində qurduğunu göstərir.

Siyasi icmalçı Brüsseli yaranmış bu yeni reallığı düzgün qiymətləndirməyə çağırıb. Müəllif vurğulayıb ki, Azərbaycan artıq Aİ-nin ən böyük ticarət tərəfdaşı və aparıcı investorudur. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə qitənin enerji xəritəsini dəyişən Azərbaycan Avropanın ənənəvi təchizatçılardan asılılığını azaldaraq onun enerji təhlükəsizliyinə “maddi və ölçülə bilən” töhfə verib. Bu baxımdan, Brüssel üçün cənub-şərq sərhədlərində sabitliyi möhkəmləndirmək və geosiyasi mövqeyini gücləndirmək üçün nadir fürsət yaranıb.

Kartrayt hesab edir ki, Bakı Xəzər dənizi ilə Avropa arasında nəqliyyat əlaqələrini gücləndirməklə, Ukraynadan Gürcüstana və Cənubi Qafqaza qədər uzanan sabit əməkdaşlıq qövsünü formalaşdırıb. Bu kontekstdə Azərbaycanın “Şərq Tərəfdaşlığı” strategiyaları üçün əsas tərəfdaş kimi qəbul edilməsi Aİ-nin regional maraqları üçün həlledicidir. Müəllifin qənaəti ondan ibarətdir ki, Aİ Azərbaycana artıq özünə bərabər tərəfdaş kimi baxmalıdır: “Brüsselin bu yeni reallığı uzaqgörən strateji vizyonla qəbul etməsi regionun gələcək onilliklərdəki sabitliyinin əsas qarantı olar”.

Beləliklə, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar Aİ-nin regiona baxışını yenidən dəyərləndirməyi zəruri edir. Bu reallığın mərkəzində isə Azərbaycan dayanır. Avropanın Azərbaycanla münasibətlərini köhnə yanaşmalar və selektiv meyarlar əsasında deyil, real maraqlar kontekstində qurmasını qaçılmaz edir. Son dövrlər müşahidə olunan dəyişikliklər ümidvericidir.

Bəli, Azərbaycanın münaqişədən sonrakı strateji kursu qısamüddətli manevr deyil, regionun gələcək onilliklərini və qitələrarası əlaqələri müəyyən edən dövlət iradəsidir. Bakının təklif etdiyi əməkdaşlıq formatı yalnız inkişafa və sabit tərəfdaşlığa əsaslanan gələcək vəd edir. Aİ Avropanın enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan və Qərblə münasibətlərini getdikcə gücləndirən Azərbaycan kimi tərəfdaşı itirmək riskini gözə ala bilməz.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri