Icma.az
close
up
RU
Avropanın sınağı: Ukrayna müharibəsi və təhlükəsizlik böhranı

Avropanın sınağı: Ukrayna müharibəsi və təhlükəsizlik böhranı

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq regional hərbi münaqişədən çoxdan çıxaraq həm Avropa təhlükəsizlik arxitekturasını, həm də qlobal güc balansını sınağa çəkən uzunmüddətli qarşıdurmaya çevrilib.

Kreml bu müharibəni öz təhlükəsizliyinin təmin olunması, NATO-nun genişlənməsinin qarşısının alınması və “rusdilli əhalinin müdafiəsi” kimi tezislərlə əsaslandırsa da, faktiki olaraq söhbət postsovet məkanında təsir dairələrinin yenidən bölüşdürülməsindən və Ukraynanın geosiyasi orientasiyasına zor gücünə düzəliş etmək cəhdindən gedir. Putin tərəfi çoxqütblü dünya nizamına sadiqlik, BMT-nin rolunun gücləndirilməsi, Avropa ilə dialoq çağırışları kimi ritorikadan istifadə etməklə özünü beynəlxalq hüququ qoruyan aktor kimi təqdim etməyə çalışır. Lakin Ukrayna ərazisinin işğalı, Mariupol, Buça, Xerson, Xarkov kimi şəhərlərdə mülki əhaliyə qarşı zorakılıq, infrastruktura sistemli zərbələr Moskvanın dedikləri ilə etdikləri arasındakı uçurumu açıq şəkildə göstərir və Rusiyanı Qərb dünyasında etibarlı tərəfdaşdan çox təhlükə mənbəyi kimi təqdim edir.

Digər tərəfdən, bu müharibə Qərb daxilində də ciddi siyasi müzakirələr yaradıb. Avropa dövlətləri bir tərəfdən Ukraynanı hərbi-maliyyə dəstəyi ilə ayaqda saxlamağa, digər tərəfdən isə Rusiya ilə açıq toqquşmadan qaçmağa çalışır. Makron kimi liderlərin həm sərt ritorika, həm də gələcəkdə Rusiya ilə dialoq qapısını açıq saxlamaq istəyi bu dilemmanı əks etdirir. ABŞ-də administrasiyaların dəyişməsi fonunda Trampın “Putin razılaşmaya hazırdır, Ukrayna isə prosesi ləngidir” tipli açıqlamaları Qərbin vahid mövqeyini zəiflədir və Moskvanın “zaman bizim xeyrimizə işləyir” hesablamasını gücləndirir.

Nəticədə Rusiyanın Ukrayna müharibəsi təkcə iki ölkə arasındakı münaqişə deyil, həm də Avropa təhlükəsizlik sisteminin gələcəyi, qlobal güc balansı və beynəlxalq hüququn real təsir gücü üzərində gedən böyük siyasi oyun kimi formalaşır. Bu oyunda Rusiyanın məqsədi sanksiyalar və hərbi itkilərə rəğmən siyasi nəticəni - Ukraynanın tam suverenliyini məhdudlaşdıran, Rusiyanın təsirini isə uzunmüddətli təmin edən razılaşma əldə etməkdir; Kiyevin və onu dəstəkləyən Qərbin hədəfi isə əksinə, müharibəni elə yekunlaşdırmaqdır ki, yeni işğal cəhdlərinə stimul yaranmasın və postsovet məkanında güc siyasəti legitim alət kimi qəbul olunmasın.

Alim Nəsirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri