Icma.az
close
up
RU
Bəzi Avropa ölkələri Moskva ilə dialoqu bərpa etmək istəyir? AÇIQLAMA

Bəzi Avropa ölkələri Moskva ilə dialoqu bərpa etmək istəyir? AÇIQLAMA

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Kreml  İtaliya  və  Fransa da daxil olmaqla bəzi Avropa ölkələrinin Moskva ilə 2022-ci ildə Rusiyanın  Ukraynaya hücumunun başlamasından sonra kəsilmiş dialoqu bərpa etmək  istəyini müsbət qiymətləndirib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib:

“Əgər bu, həqiqətən də avropalıların strateji vizyonunu əks etdirirsə, bu, onların mövqeyində müsbət bir irəliləyişdir”.

O, son günlərdə bir neçə Avropa liderinin verdiyi açıqlamaları nəzərə aldığını  vurğulayıb:

“Parisdə, Romada və hətta Berlində Avropada sabitliyi təmin etmək üçün ruslarla danışmağın vacib olduğunu dedilər. Bu, bizim vizyonumuzla tamamilə uyğun gəlir”.

D.Peskov sülhün bərqərar olmasına töhfə vermək istəməyən Böyük Britaniyanın mövqeyini tənqid edib:

“Londonun mövqeyi dağıdıcı xarakter daşıyır”.

İtaliyanın Baş naziri  Corca Meloni Avropanın da Rusiya ilə danışmasının vaxtı çatdığını bildirərək, vahid səsə imkan verən  Avropa "xüsusi elçisi" nin yaradılmasını müdafiə edib . Fransa Prezidenti Emmanuel Makron  isə öz növbəsində 2025-ci ilin dekabrında avropalılar üçün Rusiya ilə hərtərəfli dialoq çərçivəsində Vladimir Putinlə danışmağın bir daha faydalı olacağını söyləyib.

Almaniya kansleri Fridrix Merts diqqətlərə çatdırıb ki, Rusiya ilə uzunmüddətli tarazlığın tapılması Avropa Birliyinə gələcəyə daha inamla baxmağa imkan verəcək:

“Avropalılar, Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya qarşı genişmiqyaslı hücumunun başlamasından sonra, bir neçə istisna olmaqla, Moskva ilə əlaqələrini əsasən kəsiblər və bu da Vladimir Putini  Qərbdən təcrid etmək niyyətlərini göstərir. Lakin ABŞ prezidenti  Donald Tramp 2025-ci ilin yanvar ayında Ağ Evə qayıtdıqdan sonra münaqişəyə həll yolu tapmaq niyyəti ilə rusiyalı həmkarı ilə dialoqu bərpa edib, bir neçə telefon danışığı və 2025-ci ilin avqust ayında Alyaskada üzbəüz sammit təşkil edib. Avropa Birliyi daxilində Macarıstanın Baş naziri Viktor Orban  və slovakiyalı həmkarı  Robert Fiko  Brüsseli çox məyus edərək, Vladimir Putinlə əlaqələrini davam etdiriblər.

Emmanuel Makron və Almaniyanın keçmiş kansleri Olaf Şolts  da müvafiq olaraq 2025-ci ilin iyul və 2024-cü ilin noyabr aylarında Vladimir Putinlə telefonla danışıblar.

Aydın Baxış 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Yanvar 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri