Qərbi Azərbaycan İcmasında Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi qəbul edilib
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qərbi Azərbaycan İcması - Western Azerbaijan Community Türk dünyasını təmsil edən beynəlxalq qurumların nümayəndələri ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə Qərbi Azərbaycan İcmasının rəhbər heyəti iştirak edib. Qonaqları İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov, Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı və İcma Aparatında şöbə müdiri Faiq Kərimov qarşılayıblar.
Görüşdə Qərbi azərbaycanlıların tarixi yurdlarından zorla deportasiya olunması, onların və nəsillərinin doğma torpaqlarına qayıdış hüququ, bu prosesin beynəlxalq hüquq çərçivəsində tanıdılması, eləcə də Türk dünyasında hüquqi əməkdaşlıq və mediasiya mexanizmlərinin rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri Vahid Novruzov çıxışında bildirib ki, Qərbi Azərbaycan məsələsi ayrı-ayrı şəxslərin deyil, bütövlükdə Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizlikdir. O qeyd edib ki, əsrlər və onilliklər boyu doğma torpaqlarından mərhələli şəkildə deportasiya olunmuş Qərbi azərbaycanlıların qayıdışı İcmanın əsas məqsədidir və bu qayıdış yalnız sülh, hüquq və beynəlxalq normalar çərçivəsində həyata keçirilməlidir. Vahid Novruzov vurğulayıb ki, dövlət tərəfindən təsdiqlənmiş Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu fəaliyyətin əsas istiqamətini müəyyən edir.
Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı çıxışında Qərbi azərbaycanlıların XX əsr ərzində bir neçə dəfə – 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə kütləvi deportasiyalara məruz qaldığını diqqətə çatdırıb. O bildirib ki, bu deportasiyalar nəticəsində bu gün Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmayıb və bu fakt etnik təmizləmə kimi qiymətləndirilməlidir. Məlahət İbrahimqızı qeyd edib ki, Qərbi azərbaycanlıların öz ata-baba məzarlarını ziyarət edə bilməməsi, tarixi-mədəni irsdən məhrum edilməsi ciddi insan hüquqları pozuntusudur və beynəlxalq müstəvidə gündəmə gətirilməlidir.
Görüşdə çıxış edən Türk Dünyası Mediatorlar Birliyinin rəhbəri Yakup Erikel Türk dünyasında sülhün və ədalətin təmin olunmasında mediasiya institutunun əhəmiyyətindən danışıb. O bildirib ki, Türk dünyasında formalaşan bu yeni hüquqi əməkdaşlıq modeli tərəflər arasında düşmənçilik yaratmadan, mübahisələri sülh yolu ilə həll etməyə xidmət edir. Yakup Erikel vurğulayıb ki, bu yanaşma türk-islam hüquq və mədəniyyət ənənələrinə əsaslanır və müasir beynəlxalq hüquqla uzlaşdırılaraq tətbiq olunur.
Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov isə çıxışında Azərbaycanın mediasiya sahəsində formalaşdırdığı hüquqi bazanın Türk dünyası üçün nümunə ola biləcəyini bildirib. O qeyd edib ki, Azərbaycan bu sahədə əldə etdiyi təcrübəni dost və qardaş ölkələrlə bölüşməyə, beynəlxalq platformalarda hüquqi dialoqu gücləndirməyə hazırdır.
Görüş zamanı Qərbi Azərbaycan məsələsinin yalnız tarixi deyil, eyni zamanda aktual insan hüquqları problemi olduğu vurğulanıb, bu məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının vacibliyi qeyd edilib.
Sonda Qərbi Azərbaycan İcması adından qonaqlara xatirə hədiyyələri təqdim olunub, qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi bildirilib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Türk Dünyası Mediatorlar Birliyinin rəhbəri və qırğızıstanlı mediatorlar Fəxri xiyabanı ziyarət edib
14 Yanvar 2026 12:59
Səfir Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti ilə görüşüb
12 May 2025 19:25
Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən AZƏRTAC
23 Dekabr 2024 14:02
Türk Dünyası Mediatorlar Birliyi təsis edildi
08 Oktyabr 2025 19:36
Ombudsman Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyəti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
15 Yanvar 2026 11:35
Baxış sayı:107
Bu xəbər 16 Yanvar 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















