Icma.az
close
up
RU
Avropaya böyük qaz tədarükləri üçün uzunmüddətli müqavilə mexanizmləri dəstəklənməlidir

Avropaya böyük qaz tədarükləri üçün uzunmüddətli müqavilə mexanizmləri dəstəklənməlidir

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əgər Avropa böyük qaz tədarükü istəyirsə, bu istiqamətdə uzunmüddətli müqavilə mexanizmləri dəstəklənməlidir.

Redaktor.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində “Təchizatın təminatında dəyişən dinamikalar: çətinliklər və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında çıxışı zamanı deyib.

“Əks halda qaz hasilatına böyük sərmayə yatırmaq onu son təyinat nöqtəsinə çatdırmaq və bazarda satmaq üçün zəmanət olmadıqda riskli ola bilər”, - nazir qeyd edib.

P. Şahbazov Azərbaycanın neft və təbii qaz təchizatçısı kimi strateji rolunun müasir reallıqlarda davam etdirilməsi, bu xüsusda Türkiyə ilə birgə reallaşdırılmış layihələrin töhfələrinin artırılması və bu ölkəyə cari ildə təxminən 10 milyard kubmetr qaz tədarükünün planlaşdırılması kimi məqamlardan bəhs edib.

“Türkiyə bizim üçün yalnız istehlakçı deyil, həm də tranzit ölkəsi kimi böyük əhəmiyyətə malikdir. Məhz bu marşrut vasitəsilə Azərbaycan enerji resurslarını Avropa ölkələrinə nəql edir”, - nazir xatırladıb.

O, həmçinin vurğulayıb ki, karbohidrogenlərə qarşı siyasət qlobal enerji sistemində qaz sektoruna investisiyaların azalmasına, enerji resurslarının bazarlara çatdırılmasını təmin edəcək infrastrukturların çatışmazlığına yol açmaqla qaz təchizatı planlarının reallaşdırılmasına mane olur: “Enerji mənbələrinə siyasi və ideoloji prizmadan yanaşmaq əvəzinə, real enerji strategiyalarının necə inkişaf etdiriləcəyi məsələsinə fokuslanmaq vacibdir. Çünki dünyada əhali, enerji tələbatı artır və gələcəkdə enerjini israf etmək lüksümüz olmayacaq. Məhz buna görə də biz hazırda mövcud olan bütün enerji növlərinin inkişaf etdirilməsini prioritet kimi müəyyən etmişik. Bir sıra regional layihələrə start vermişik və bu layihələr reallaşarsa, enerji təhlükəsizliyi və ətraf mühitə müsbət töhfə verəcək”.

“Yaşıl enerji” interkonnektorlarına gəlincə bildirilib ki, Azərbaycan bu xüsusda Türkiyə, Gürcüstan, Rumıniya, Bolqarıstan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir. “Bu layihələr təkcə regionları əlaqələndirməyəcək, həm enerji, həm də iqlim təhlükəsizliyinə xidmət edəcək. Bu layihələr gələcəyin enerji layihələridir”, - deyə, nazir əlavə edib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə keçirilən müzakirələrdə İraq, Misir, Liviya, Bolqarıstan, Rumıniya və Moldova nazirləri də iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 May 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri