Avroviziyada böhran böyüyür: Daha bir ölkə yarışmadan çəkilə bilər
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avroviziya mahnı müsabiqəsi ətrafında İsrailin iştirakı ilə bağlı yaranan böhran davam edir. 2026-cı ildə beş ölkə yarışmadan çəkilib, Belçika isə 2027-ci ildə iştirak edib-etməyəcəyi ilə bağlı qərarı təxirə salıb.
“Yeni Sabah” xəbər verir ki, Belçikanın flamand yayım şirkəti VRT Avropa Yayım Birliyindən (EBU) İsrail kimi silahlı münaqişədə iştirak edən ölkələrin hansı şərtlərlə Avroviziyaya buraxıldığının açıqlanmasını istəyib. Qurum daha əvvəl İsrail məsələsində dəyişiklik edilməyəcəyi halda yarışmaya iştirakçı göndərməyin ehtimalının aşağı olduğunu bildirmişdi.
2026-cı ildə İspaniya, İrlandiya, Niderland, Sloveniya və İslandiya İsrailin iştirakına etiraz olaraq müsabiqəni boykot edib. Bununla iştirakçı ölkələrin sayı 35-ə düşüb. Toyuqlu pizza
EBU isə İsraili yarışmadan çıxarmaq əvəzinə səsvermə qaydalarını dəyişib. Tamaşaçıların maksimum səs sayı 20-dən 10-a endirilib, peşəkar münsiflər yarımfinallara qaytarılıb və hökumət dəstəkli təbliğat kampaniyalarına məhdudiyyət qoyulub.
2025-ci ildə İsrail nümayəndəsi Yuval Rafael tamaşaçı səsverməsində qalib gəlib. Bundan sonra səsverməyə mümkün kənar müdaxilə və dövlət dəstəkli kampaniyalarla bağlı müzakirələr daha da artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 16 Sentyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















