FIFA “Kəpəz”dən ödəniş tələb edib! EKSKLÜZİV
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
FIFA "Kəpəz" klubu ilə bağlı qərar qəbul edib. Sport24.az xəbər verir ki, qurumun İntizam Komitəsinin 27 may 2026-cı il tarixli qərarı Gəncə təmsilçisinin "FIFA Clearing House" sistemində ilk uyğunluq yoxlamasının uğursuz nəticələnməsi ilə bağlıdır.
Qərarda "Kəpəz"ə aid 4 ödəniş tapşırığı göstərilib. Bu orderlər üzrə "training rewards" məbləği ümumilikdə 152 min 965 avrodur. Söhbət futbolçuların hazırlanmasında iştirak edən klublara çatmalı olan ödənişlərdən gedir.
FIFA ilk uyğunluq yoxlamasının uğursuz nəticələnməsinə görə həmin ödəniş tapşırıqlarının hər birinə 2,5 faiz həcmində əlavə ödəniş tətbiq edib. Dörd order üzrə bu əlavə məbləğ ümumilikdə təxminən 3 824 avro təşkil edir.
Sənəddə orderlər belə göstərilib:
157845 – 55 075 avro
140933 – 70 807,32 avro
140934 – 14 672,13 avro
140935 – 12 410,96 avro.
Qeyd edək ki, FIFA-nın açıqladığı qərarda bu ödənişlərin konkret hansı futbolçularla bağlı olduğu və uyğunluq yoxlamasının niyə uğursuz nəticələndiyi göstərilməyib. Qərara əsasən, 2,5 faizlik əlavə ödənişlər də müvafiq hazırlıq klublarına "FIFA Clearing House" vasitəsilə ödənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 Oktyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















