Hizbullah İsrailə meydan oxudu: Livandan çıxmasa...
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
"Hizbullah" İsrailin Livanın cənubuna nəzarəti saxlamasına icazə verməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu xəbərdarlıqla "Hizbullah"ın baş katibi Şeyx Naim Qasım çıxış edib:
"İsraildə hansı hökumət hakimiyyətdə olursa-olsun, bilməlidir ki, qoşunlarını Livan ərazisindən çıxarmalı və işğala son qoymalıdır".
Onun sözlərinə görə, "Hizbullah" rəhbərliyinin yəhudi dövlətini kimin idarə etməsi vecinə deyil, çünki liderliyin dəyişməsi münaqişənin mahiyyətini dəyişmir: "Əgər onlar Livan torpağından çıxmasalar, gec-tez İslam müqaviməti onları buna məcbur edəcək".
Şeyx Qasım İsrail seçkilərinin nəticələrini "gələcək məğlubiyyətin göstəricilərindən biri" adlandırıb: "Səsvermənin nəticələri daxili qarışıqlığı, eləcə də İsrail daxilində dərin siyasi, iqtisadi və sosial böhranı nümayiş etdirir".
"Hizbullah" lideri həmçinin ABŞ-nin respublikanın daxili işlərinə müdaxiləsini onun suverenliyinin pozulması kimi qiymətləndirərək "Livanda Amerikanın qərar qəbuletmə üzərində hegemonluğuna" son qoyulmasını tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 29 Oktyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















