Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

“Avroviziya”nın maliyyələşdirilməsi dayanadırıla bilər SƏBƏB

“Avroviziya”nın maliyyələşdirilməsi dayanadırıla bilər SƏBƏB

Icma.az, Lent az portalına istinadən məlumat verir.

2026-cı ildə “Avroviziya”nın maliyyələşdirilməsi ən böyük sponsorların itirilməsi ehtimalına görə təhlükə altına düşüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Avstriyada keçirilməsi planlaşdırılan "Avroviziya" mahnı müsabiqəsi gələn il büdcə azalması ilə üzləşə bilər. Buna səbəb İspaniya, Niderland, İrlandiya və Sloveniya tərəfindən müsabiqədə iştirakdan imtina etmək niyyətlərinin açıqlanmasıdır. Hər dörd ölkə bu qərarını İsrailin yarışda iştirakına etirazla əsaslandırır.

"Avroviziya"nın beş ən böyük sponsorundan biri olan İspaniyanın, həmçinin iqtisadi cəhətdən güclü iki Avropa ölkəsinin boykotu reklam gəlirlərinin azalmasına və tamaşaçı sayının düşməsinə səbəb ola bilər. Qeyd edilir ki, bu şou dünya üzrə milyonlarla izləyici toplayır və belə iştirakçıların itirilməsi tədbirin büdcəsinə ciddi təsir göstərə bilər.

Avstriyanın ORF teleradio şirkəti bir neçə ölkənin olmamasının hiss olunacağını təsdiqləyib. Şirkətin rəhbəri Roland Vaysman bildirib ki, mümkün maliyyə çətinlikləri əvvəlcədən nəzərə alınıb və yarışın keçirilməsi təhlükə altında hesab edilmir. Onun sözlərinə görə, hər bir ölkənin iştirakı ümumi büdcəyə töhfə verir, lakin təşkilatçılar bir sıra ölkələrin səhnəyə çıxmaması ehtimalına hazırdırlar.

Avropa Yayım Birliyi daha əvvəl İsrailin yarışa buraxılması məsələsinin səsverməyə çıxarılması ilə bağlı çağırışları rədd etmişdi. Birlik hökumətlərin müsabiqə ilə bağlı qərarların qəbulunda iştirakını istisna edən yeni qaydaları da təsdiqləyib.

"Avroviziya"nın maliyyə modeli milli yayımçıların ödədiyi vəsaitlər, sponsorluq müqavilələri və tədbirin özündən əldə olunan gəlirlərdən ibarətdir. Əsas yük iqtisadi cəhətdən ən güclü ölkələrin üzərinə düşür. Məsələn, 2025-ci ildə müsabiqənin auditoriyası İspaniyada demək olar ki, altı milyon, Niderlandda isə üç milyondan çox izləyici təşkil edib.

Müsabiqənin direktoru Martin Qrin bildirib ki, "Avroviziya" maliyyə baxımından sabit olaraq qalır. Onun sözlərinə görə, mümkün auditoriya itkisi Bolqarıstan, Rumıniya və Moldovanın yarışa qayıtması ilə kompensasiya oluna bilər.

Təşkilatçılar qeyd edirlər ki, şouya hazırlıq davam edir və siyasi fikir ayrılıqlarına baxmayaraq, beynəlxalq iştirakin stabil səviyyədə olacağına ümid edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri