Icma.az
close
up
RU
Avstraliya baş naziri zarafatına görə üzr istədi

Avstraliya baş naziri zarafatına görə üzr istədi

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstraliyanın hökumət rəhbəri Entoni Albanezi tanınmış müğənni Kayli Minouq haqqında səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir yersiz zarafatının geniş müzakirələrə səbəb olmasının ardından ictimaiyyətdən üzr istəyib.

Hadisə "Bush Deep" adlı komediya podkastında baş verib. Verilişin aparıcısı Nikki Osborn siyasətçiyə məşhur qadınlarla bağlı seçim etməli olduğu əyləncəli oyun təklif edib. Seçim variantları arasında Kayli Minouq, Ronda Börçmor və Nikol Kidman yer alıb.

Əvvəlcə Entoni Albanezi cəmi altı ay əvvəl ailə qurduğunu bildirərək suala cavab vermək istəməsə də, israrlı suallardan sonra Kayli Minouqun adını çəkərək onun "bütün meyarlar üzrə" ideal seçim olduğunu deyib.

Baş nazirin bu açıqlaması qısa müddətdə Avstraliya mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi dövlət rəhbərinin bu cür oyunda iştirak etməsini və səsləndirdiyi fikirləri tənqid edib.

Yaranan reaksiyalardan sonra Entoni Albanezinin ofisi onun adından rəsmi bəyanat yayıb. Açıqlamada baş nazir söylədiyi fikirlərə görə qeyd-şərtsiz üzr istədiyini bildirib.

Qalmaqal Avstraliya ictimaiyyətində siyasətçilərin ictimai çıxışlarda davranış sərhədləri ilə bağlı yeni müzakirələrə yol açıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 İyul 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri