Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avstraliya İkinci Dünya müharibəsinin başa çatmasından bəri ilk dəfə hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Avstraliyanın müdafiə naziri Riçard Marlz Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda çıxışı zamanı bəyan edib.
O, bu addımı təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi və Hind-Sakit okean regionunda təhdidlərin artması ilə izah edib.
"Avstraliya müdafiə qüvvələri hazırda sərt güc transformasiyasından keçir. Müdafiə büdcəmizin 40 %-dən çoxu dəniz imkanlarının inkişafına yönəldilir", - Marlz bildirib.
Onun sözlərinə görə, Kanberra AUKUS tərəfdaşlığı çərçivəsində atom sualtı qayıqlarını, yeni esminsləri, freqatları və pilotsuz dəniz platformalarını əhatə edən yenidən silahlanma proqramını həyata keçirir.
Nazir Avstraliyanın İkinci Dünya müharibəsinin bitməsindən bəri ən mürəkkəb və təhlükəli strateji vəziyyətlə üzləşdiyini bəyan edib. O, sualtı infrastrukturun zədələnməsini, Cənubi Çin dənizindəki gərginliyi, İran ətrafındakı vəziyyəti və "kölgə donanması"nın fəaliyyətini əsas təhdidlər adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 30 May 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















