Icma.az
close
up
RU
İran Dağıstanda təsirini kəskin şəkildə artırmağa başlayıb

İran Dağıstanda təsirini kəskin şəkildə artırmağa başlayıb

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Tehran din və təhsildən fəal şəkildə istifadə edir.

...İran Dağıstanda təsirini artırır və “yumşaq güc”dən istifadə edir. İranın regionda artan nüfuzu respublika ilə ticarət dövriyyəsinin artması ilə bağlıdır - Ukraynada müharibə başlayandan bu yana üç dəfədən çox artıb.

SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, Treadstone 71 tədqiqatçılarının hesabatına əsasən, İran Dağıstan limanlarından öz pilotsuz təyyarə və sursatlarını satmaq üçün istifadə edir.

Xəzər dənizi və Dağıstandakı limanlar sanksiyalardan yayınmaq üçün İranın logistika şəbəkəsinin əsas həlqəsinə çevrilib və İran gəmiçilik, eləcə də neft şirkətlərinin maraqları üçün istifadə olunur.

Dərin sulu Mahaçqala dəniz ticarət limanı İranın Fars körfəzindəki Qeşm adasına gedən marşrutda strateji rol oynayır. İranın “Pars Golden Sky” aviaşirkətinin nümayəndələri də 2023-cü ildə bu regionda logistikanın inkişaf etdirilməsi təklifini irəli sürüb, Dağıstanda hava qovşağının yaradılmasını müzakirə ediblər.

...İddialara görə, İran regionda təsirini genişləndirmək üçün din və təhsildən fəal şəkildə istifadə edir, İslam mərkəzlərini və dilini təbliğ edir.

İranda hakim islam hərəkatı olan şiəliyə dağıstanlıların cəmi 5 faizi etiqad edir. Bununla belə, “Special Eurasia”nın analitikləri hesab edirlər ki, şiə hərəkatı Rusiyada strateji təsir aləti olaraq qalır.

Mahaçqala və digər bölgələrdə “Əhli-Beyt” şiə birliyi fəaliyyət göstərir. Dağıstan, Çeçenistan və Stavropol diyarında dini mərkəzlər, universitetlər və kitabxanalar vasitəsilə İran ədəbiyyatı və jurnallarını yayır.

Dağıstan Dövlət Universiteti həmçinin İran nümayəndəliyi, İbn Sina Fondu, Tehran, Gilan və Alame Tabatabai universitetləri ilə əməkdaşlıq edir.

Müqavilələr fars dilinin populyarlaşdırılmasını və müəllimlərin mübadiləsini nəzərdə tutur.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Mart 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see452

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see330

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see314

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see311

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see305

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see284

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see282

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see280

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see275

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see270

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see268

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see263

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see259

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see250

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see247

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see243

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see238

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see223

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see218

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri